Dr.Parvin Akbarov

Dr.Parvin Akbarov Fizioterapiya – fiziki amillərdən istifadə etməklə insan bədənində aparılan müalicə tə Sayı S1.

Ali Təhsili:

University of Social Welfare & Rehabilitation Sciences, Tehran - Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq dərəcəsi

National Univercity of Medical Sciences, Spain - Doctor of Philosophy in Osteopathic Clinical Rehabilitation

Gazi Üniversitesi, Sağlık Bilimleri Fakültesi, Fizyoterapi ve Rehabilitasyon, Phd

İxtisası: Reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mutəxəssis, o

steopat

İş təcrübəsi:

2008-dən bu günə qədər Tusi Memorial Klinikasında şöbə müdiri

2020-ci ildən bu günə qədər Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri

2017-2021 ci il Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri

2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor

2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasında Tibb və Antidopinq komitəsinin sədri

2018–ci ildən bu günə qədər Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri

2021-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetində müəllim

2022-2023-cü il Elmi tədqiqat tibbi bərpa institutunda direktor

2023-cü ildən bu günə qədər TƏBİB-in icraçı direktorunun müşaviri

2023-cü ildən bu günə qədər Yeni Klinika-nın idarə heyəti

Təlim təcrübəsi:

“Enraf-nonius” təlim və təhsil mütəxəssisi sertifikatı. (12 dekabr, 2010-cu il, Niderland, Rotterdam)

Spinemed (lokal traksiya) dekompressiya sistemi, “Canada universal pain technology” mərkəzi. (4 fevral, 2011-ci il, Kanada, Toronto)

Zərbə-dalğalı terapiya olan DUOLITH SD1 ilə ESWT-nin tətbiqi üzrə təlim (STORZ MEDICAL AG.) (28 fevral, 2011-ci il, Almaniya)

Yüksək intensivlikli lazer terapiyası, “ASA energy” (25 sentyabr, 2012-ci il. İtaliya, Venesiya)

“A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. (buraxılıb: 3 may, 2013-cü il)

OrtoFED skoliozun müalicəsi üsulu, “El Centro De Rehabilitacion Y Medicina Fisica Sastre-Roca S.L”. (28 noyabr, 2013-cü il, İspaniya, Barselona)

Xroniki əzələ-skelet ağrıları ilə yanaşı gedən xəstəliklər. (5 iyun, 2014-cü il, İran\Tehran)

Kəskin bel ağrısı olan xəstələrdə seqmental traksiyanın yırtıq ölçüsünə təsirləri. Onurğanın xüsusi fizioterapiyası üzrə 14-cü seminar (25 iyun, 2014-cü il, Tehran/ İran)

Ürək reabilitasiyası (“Tehran Heart Center” xəstəxanası. 24 sentyabr, 2014-cü il)

İran Ortopediya Assosiasiyası. Kəskin bel ağrıları olan xəstələrdə seqmental traksiya müalicəsi ilə bərabər aparılan 15 günlük fizioterapevtik müalicənin təsirləri. (9 oktyabr, 2015-ci il Tehran)

Beynəlxalq Zərbədalğalı və Yüksək intensivli lazer mütəxəssisləri kursu (25 iyul 2016, Praqa, Çexiya Respublikası)

Spinetronics Antalgic-Trak Spinal Dekompressiya sisteminin texnikası, istifadə və tətbiqi (22.04.2017 USA, Florida)

Dünya Fizioterapevtləri İttifaqının Konqresi (2-5 İyul 2017 Cənubi Afrika)

İdman zədələnmələrinin müalicə və reabilitasiyasına müasir yanaşma (10 may 2018, Bakı, Azərbaycan)

Onkologiyada Fizioterapiyanın tətbiqi üzrə 1-ci Beynəlxalq Konqres (5 iyun 2018, Amsterdam)

Super induktiv sistem terapiyası təhsili (8 iyun 2018, Moskva)

Andrologiyada fizioterapiya. Kişilərdə kişik çanaq patologiyaları (22-23 dekabr, 2018 Ankara)

Skoliozun konservativ müalicəsi və kontrolu üzrə 1-ci Beynəlxalq Konfransı (12-13 aprel 2019 İstanbul)

İnnovativ Occiflex metodu ilə müalicə (iyul 2019 Rotterdam, Niderland)

iTrustİnternational Ali osteopatik müalicə texnikaları və Kliniki yanaşmalar (13 Oktyabr 2019 İtaliya, Roma)
Kranial osteopatiya (21-22 sentyabr, 2019 Hindistan, Yeni Dehli)

Amerika Osteopatlar Assosasiyası və Amerika Osteopatlar Akademiyası tərəfindən COVİD- 19 dövründə yaranan respirator simptomların osteopatik manipulyasiyası (May 23, 2020)

Yüksək intensivlikli TT HIRO lazer terapiyası, “ASA energy” (25 fevral, 2021-ci il, İtaliya)

"GCP Certificate Good Clinical Practice" beynəlxalq sertifikat (18-19 İyun 2022-ci il)

Üst servikal onurğa disfunksiyaları (Fevral 2022, Ankara)

Temporomandibular oynaq disfunksiyaları (May 2022, Ankara)

Robotik reabilitasiya texnologiyaları – Hocoma Akademiyası ( 3-7 oktyabr, 2022, İsveçrə)

Robotik reabilitasiya texnologiyaları-BTL Mediacal İnternational (25 aprel 2023,Çexiya, Praqa)

İnternational Train The Trainers-INDIBA (15-16-17 may 2023, İspanya, Barselona)

Konfranslarda iştirak:

Skoliozun konservativ müalicəsi və kontrolu üzrə 1-ci Beynəlxalq Konfransı (12-13 aprel 2019, İstanbul)

Onkologiyada Fizioterapiyanın tətbiqi üzrə 1-ci Beynəlxalq Konqres (5 iyun 2018, Amsterdam)

Dünya Fizioterapevtləri İttifaqının Konqresi (2-5 İyul 2017, Cənubi Afrika)

İnsultun reabilitasiyası Modul-1 “Covid-19dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri” – İyul 07-08, Bakı

İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma - “Covid-19 dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri” – Oktyabr 22, Gəncə

Kardiologiya və Reabilitasiya: nailiyyətlər və perspektivlər – “Baypass greft əməliyyatından sonra reabilitasiya” - Noyabr 5, Bakı

“Future Health Summit” “Səhiyyənin gələcəyi”

Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 100-cü İldönümünə Həsr Olunmuş “6-cı Beynəlxalq 2-ci Xəzər Dənizi Ətrafı Dövlətlərin, 4-cü Türk Dilli Xalqların Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər Kongresi( 27 may 2023 Bakı)

"World Physiotherapy Congress" "Dünya Fizioterapiya Konqresi" (2-4 iyun 2023 Dubay)

Məruzəçi:

Xroniki əzələ-skelet ağrıları ilə yanaşı gedən xəstəliklər. (5 iyun, 2014-cü il, Tehran, İran İslam Respublikası)

Kəskin bel ağrısı olan xəstələrdə seqmental traksiyanın yırtıq ölçüsünə təsirləri. Onurğanın xüsusi fizioterapiyası üzrə 14-cü seminar (25 iyun 2014, Tehran, İran İslam Respublikası)

İran Ortopediya Assosiasiyası. (9 oktyabr 2015, Tehran, İran İslam Respublikası)

İnternational Conference on Advances in Allied Health Sciences – “Veterans’ rehabilitation program in Azerbaijan after the Second Karabakh war” (October 25-27, Lahore, Pakistan)

II Qarabağ müharibəsinə həsr olunmuş Azərbaycan Travmatoloq və ortopedlərin IV qurultayı – “İkinci Qarabağ müharibəsi qazilərinin reabilitasiya strategiyası və ortopedik əməliyyatlardan sonra reabilitasiya tədbirləri” (Dekabr 17-18, Bakı)

Serebral iflic və cəmiyyət - Talassemiya mərkəzində Yeni Klinika tibb müəssisəsinin təşkilatçılığı ilə keçirilib (07.02.2023)

Fizioterapiya və reabilitasiyanın nadir xəstəliklərdə rolu - Pasiyent təşkilatları ittifaqı ilə Azərbaycan Hematologiya Mütəxəssisləri ictimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib (28.02.2023)

Hemofiliyada əzələ-skelet sisteminin müalicəsi -Yeni klinika tibb müəssisəsində Təbibin təşkilatçılığı ilə keçirilib (17.04.2023)

Spinal Dekompressiyası üzrə Ekspertlərin toplantısı-Çexiyanın Praqa şəhərində keçirilib (24.04.2023)

Çap olunan elmi məqalələri:

Fizioterapiya və Reabilitasiya üzrə Avropa Jurnalı, (Journal of Back and Musculoskeletal Rehabilitation) “Maqnit-rezonans tomoqrafiyası ilə müəyyənləşən kəskin bel ağrılarından əziyyət çəkən xəstələrdə bel fəqərə disk yırtığı ilə bağlı seqmentar traksiya terapiyasının təsirləri“
(25 iyun 2015, Tehran, İran İslam Respublikası)

"Dünya Cərrahiyyəsi Jurnalı" Sialolitiazların müalicəsində sialolitotripsiyanın istifadəsi (cild 42. May 2018)

İdiopatik skoliozlu xəstələrin müalicəsində dorsal transpedikulyar fiksasiyadan istifadə təcrübəsi

Diz oynağı artrozunun MSKT (multispinal kompyuter tomoqrafiyası) təzahürləri

ƏLAQƏ
Tel:
050-5006525
050-5006515
051-5006535

Döyüşən və təslim olmağı bacarmayan pasiyentlər silsiləsindən... ❤️Bəzən ən böyük qələbə ayağa qalxmaq deyil, təslim olm...
31/07/2026

Döyüşən və təslim olmağı bacarmayan pasiyentlər silsiləsindən... ❤️

Bəzən ən böyük qələbə ayağa qalxmaq deyil, təslim olmamaqdır.

Reabilitasiya uzun, səbir və iradə tələb edən bir yoldur. Bu yolda hər kiçik irəliləyiş, hər uğurlu hərəkət və hər təbəssüm böyük bir zəfərin başlanğıcıdır.

Bu gün mübarizə aparan bütün pasiyentlərimizə demək istəyirəm:

Heç vaxt ümidinizi itirməyin. Özünüzü başqaları ilə deyil, dünənki halınızla müqayisə edin. Hər gün atdığınız kiçik addım sizi sağlamlığınıza və arzularınıza daha da yaxınlaşdırır.

Biz yalnız müalicə etmirik, biz birlikdə mübarizə aparırıq, birlikdə inanırıq və birlikdə uğur qazanırıq.

Çünki reabilitasiyada ən güclü dərman iradə, ən böyük motivasiya isə ümiddir.

💚 Biz inanırıq. Siz bacaracaqsınız. Birlikdə bacaracağıq.

09/07/2026
Elm, texnologiya və beynəlxalq əməkdaşlığın gücü Bakıda bir araya gəldi.TƏBİB-in dəstəyi və Yeni Klinikanın təşkilatçılı...
07/05/2026

Elm, texnologiya və beynəlxalq əməkdaşlığın gücü Bakıda bir araya gəldi.

TƏBİB-in dəstəyi və Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən “III Beynəlxalq Fiziotexnoterapiya Konqresi – ICPTT 2026” fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri eyni platformada birləşdirdi.

Xüsusilə Türkiyədən təşrif buyuran dəyərli professor heyətinin elmi təcrübəsi, çıxışları və paylaşdıqları innovativ yanaşmalar konqresə böyük töhfə verdi. Bu əməkdaşlıq yalnız bilik mübadiləsi deyil, həm də Azərbaycan və Türkiyə arasında səhiyyə və akademik inteqrasiyanın daha da güclənməsinin göstəricisidir.

İnanırıq ki, gələcəyin reabilitasiyası texnologiya, multidissiplinar yanaşma və beynəlxalq birlik üzərində qurulur. Biz isə bu gələcəyi artıq bu gündən birlikdə formalaşdırırıq.

Bütün iştirakçılara, tərəfdaşlara və uzaq yoldan gələrək bizə dəstək olan professorlarımıza təşəkkür edirik.
🇦🇿🤝🇹🇷

“Vərəmlə mübarizədə innovativ yanaşmalar” mövzusunda konfrans keçirilibTƏBİB və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Resp...
15/03/2026

“Vərəmlə mübarizədə innovativ yanaşmalar” mövzusunda konfrans keçirilib
TƏBİB və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Ağciyər Xəstəlikləri Mərkəzinin təşkilatçılığı ilə “Vərəmlə mübarizədə innovativ yanaşmalar” mövzusunda konfrans keçirilib.
Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə ağciyər xəstəlikləri ilə mübarizə sahəsində yeni yanaşmaların tətbiqi, avadanlıqların alınması və müvafiq tibbi infrastrukturun qurulması istiqamətində müsbət irəliləyişlər var.
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov 2024-cü il ilə müqayisədə 2025-ci ildə vərəmli xəstələrin ümumi sayının 12 faiz, həssas vərəmli xəstələrin sayının 19,4 faiz, yeni aşkarlanan xəstələrin sayının isə 12,7 faiz azaldığını diqqətə çatdırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov qeyd edib ki, bu ildən etibarən Vərəmlə Mübarizə üzrə Tədbirlər Proqramının maliyyələşməsi icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilir.
Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov isə bildirib ki, qısa zaman çərçivəsində Mərkəz tərəfindən vərəmlə mübarizə sahəsində bir sıra mühüm addımların atılıb, institusional inkişaf, tibbi xidmətlərin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülüb.
Konfrans çərçivəsində Ağciyər Xəstəlikləri Mərkəzi ilə Özbəkistan Respublikasının İxtisaslaşdırılmış Elmi-Praktiki Ftiziatriya və Pulmonologiya Tibb Mərkəzi arasında əməkdaşlığın inkişafına xidmət edən Anlaşma Memorandumu imzalanıb.

TƏBİB-in dəstəyi ilə pasiyent təhlükəsizliyi və müasir tibbi yanaşmalar müzakirə olunubYeni Klinikada Azərbaycan Respubl...
14/03/2026

TƏBİB-in dəstəyi ilə pasiyent təhlükəsizliyi və müasir tibbi yanaşmalar müzakirə olunub
Yeni Klinikada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in dəstəyi, Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı ilə “Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair” mövzusunda elmi konfrans təşkil olunub.
Eyni zamanda “Azərbaycan Revmatoloqlar Assosiasiyası” İctimai Birliyinin, Daxili Xəstəliklər Dərnəyinin, Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyasının, "Azərbaycan Hematologiya Mütəxəssislər" İctimai Birliyinin, "Azərbaycan Laboratoriya Mütəxəssisləri" İctimai Birliyinin "Azərbaycan Tibb Bacıları Assosiasiyası" İctimai Birliyinin dəstəyi ilə keçirilən konfransda dövlət qurumlarının nümayəndələri, ölkənin müxtəlif tibb müəssisələrində çalışan həkim-mütəxəssislər, tibb işçiləri, səhiyyə təşkilatlarının nümayəndələri iştirak edib.
Konfransın əsas məqsədi pasiyent təhlükəsizliyinin təmin olunması, müasir müalicə metodlarının tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin müxtəlif ixtisas sahələri üzrə mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin təşviq edilməsi olub.
Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Pərvanə Vəliyeva, Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin baş məsləhətçisi Nərgiz Allahverdiyeva çıxış ediblər.
Çıxışlar zamanı ölkədə səhiyyə sisteminin inkişafında pasiyent təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir diaqnostika və müalicə üsullarının tətbiqi, eləcə də pasiyent məmnuniyyətinin yüksəldilməsi səhiyyə siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Səhiyyə müəssisələrində təhlükəsizlik standartlarının gücləndirilməsi, tibbi personalın davamlı təlim və peşəkar inkişafının təmin olunması, eləcə də multidissiplinar yanaşmanın tətbiqinin pasiyentlərin daha təhlükəsiz və effektiv müalicəsinə imkan yaratdığını qeyd ediblər. Həmçinin səhiyyə sahəsində dövlət qurumları, tibb müəssisələri, pasiyent təşkilatları və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İki gün davam edən konfrans çərçivəsində səhiyyənin müxtəlif sahələrini əhatə edən panel sessiyaları təşkil olunub. Panel müzakirələrində terapiya, nevrologiya, nefrologiya, hematologiya, revmatologiya, laboratoriya işi, endokrinologiya və pediatriya sahələri üzrə aktual mövzulara toxunulub, müasir diaqnostika və müalicə yanaşmaları təqdim edilib.
Sessiyalar zamanı pasiyent təhlükəsizliyinin artırılması, klinik qərarların qəbulunda sübutlara əsaslanan tibbin rolu, xəstəliklərin erkən diaqnostikası, multidisiplinar yanaşmanın əhəmiyyəti, həmçinin klinik praktikada innovativ texnologiyaların tətbiqi kimi mövzular geniş müzakirə olunub. Mütəxəssislər tərəfindən təqdim olunan məruzələr və klinik təcrübəyə əsaslanan çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
İnteraktiv formada baş tutan konfrans zamanı iştirakçılar arasında geniş müzakirələr aparılıb, mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib və qarşılıqlı təcrübə paylaşımı üçün faydalı platforma formalaşıb.

Honored to receive a recognition gift from The White House, presented by JD Vance, Vice President of the United States, ...
11/03/2026

Honored to receive a recognition gift from The White House, presented by JD Vance, Vice President of the United States, and Usha Vance, Second Lady of the United States.
This meaningful gesture reflects the growing importance of international cooperation in healthcare, where knowledge, innovation, and leadership transcend borders.
As a healthcare professional and a student at Johns Hopkins University, I remain committed to contributing to global dialogue, advancing healthcare systems, and building stronger bridges between nations through science and professional collaboration.
Grateful for this recognition and inspired to continue working toward a healthier and more connected world.



04/03/2026

Mərkəzimizə araba ilə müraciət edən pasiyentimiz bu gün artıq öz ayaqları üzərində dayanır.
Fərdi müalicə planı, müasir yanaşma və komandamızın davamlı dəstəyi sayəsində əldə olunan bu nəticə bir daha sübut edir ki, düzgün istiqamatləndirilmiş reabilitasiya böyük dəyişikliklər yarada bilar.
Pasiyentimizin səmimi təşəkkürü isə bizim üçün ın böyük motivasiyadır.


It is a great honor to welcome distinguished colleagues, researchers, and professionals to Baku for the 3rd Internationa...
27/02/2026

It is a great honor to welcome distinguished colleagues, researchers, and professionals to Baku for the 3rd International Congress on Physiotechnology, taking place on May 1–3, 2026.

This important scientific platform brings together physiotherapists, engineers, and healthcare leaders to advance evidence-based innovation in rehabilitation technologies and modern physiotherapy practice. I believe the congress will contribute significantly to international collaboration, knowledge exchange, and the future development of neurorehabilitation.

We look forward to productive discussions and to hosting the global rehabilitation community in Azerbaijan.

Two pioneers. One vision.Robotic surgery and robotic rehabilitation — shaping the future of healthcare in Azerbaijan.   ...
29/01/2026

Two pioneers. One vision.
Robotic surgery and robotic rehabilitation — shaping the future of healthcare in Azerbaijan.

18/01/2026

Xizək sürmək balansdır.
Koordinasiyadır.Cəsarətdir.
Reabilitasiya da eynidir.
Bədən yenidən öyrənir, beyin yenidən uyğunlaşır, hərəkət tədricən geri qayıdır.
Burada sürüşən insan sadəcə xizək sürmür —beyin–bədən əlaqəsini məşq edir.
Pasiyentlərimə hər zaman dediyim kimi:
✅️ Hərəkət qorxudan güclüdür.
✅️ Davamlılıq nəticə yaradır.

Address

N. Narimanov 206 A/"Capital Towers" Bisness Center
Baku

Alerts

Be the first to know and let us send you an email when Dr.Parvin Akbarov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Parvin Akbarov:

Shortcuts

Share