Fatya Absv

Directions

Fatya Absv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fatya Absv, Psychologist, Cəlil Məmmədquluzadə 85z, Baku.

Bəzən analarımızdan, nənələrimizdən bu cümləni eşidirik:“Bizim vaxtımızda uşaqlıq belə idi…”Və gülümsəyərək danışılan o ...
30/06/2026

Bəzən analarımızdan, nənələrimizdən bu cümləni eşidirik:
“Bizim vaxtımızda uşaqlıq belə idi…”
Və gülümsəyərək danışılan o hekayələrin arasında; erkən böyümək, hər şeyə dözmək, bacı-qardaş böyütmək, susmaq, öz ehtiyaclarını təxirə salmaq da var. Uşaq zehni böyüdüyü mühiti normal qəbul edir. Buna görə də xaosun içində böyüyən bir uşaq, yetkin olanda belə daim ayıq-sayıq ola bilər. Duyğusal olaraq diqqətdən kənarda qalan bir uşaq, kömək istəməyi öyrənməyə bilər. Kiçik yaşda çox məsuliyyət götürən bir uşaq isə illər sonra belə hər kəsi özündən əvvəl düşünə bilər. Bunlar “xarakter qüsuru” deyil. Bir vaxtlar içində olduğumuz mühitə uyğunlaşa bilmək üçün inkişaf etdirdiyimiz baş etmə yollarıdır. Bəlkə hələ də çox məsuliyyət götürürük. Bəlkə dincəlməyi bilmirik. Bəlkə kömək istəmək hələ də boğazımızda düyünlənir. Amma bu gün dönüb bunlara baxa bilmək, keçmişi günahlandırmaq deyil; özümüzə daha anlayışlı baxa bilmək deməkdir.
Çünki içimizdəki uşaq keçmişi dəyişdirməyimizi gözləmir. Sadəcə sonunda birinin onu anlamasını gözləyir. Uşaqlıq təcrübələri yetkinlikdəki davranışlarımıza təsir edə bilər amma təkbaşına şəxsiyyətimizi müəyyən etmir.
Seansa yazılmaq üçün DM və ya WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz🧡✨

İkili münasibətlər hər zaman diqqət, zəhmət və qarşılıqlı anlayış tələb edən həssas mövzulardan biri olub. Çox zaman düş...
15/04/2026

İkili münasibətlər hər zaman diqqət, zəhmət və qarşılıqlı anlayış tələb edən həssas mövzulardan biri olub. Çox zaman düşünürük ki, sevgi varsa, hər şey həll olunacaq. Bəs həqiqətən sevginin nə olduğunu, sağlam münasibətin hansı təməllər üzərində qurulduğunu bilirik? Bu təlim münasibətində çətinlik yaşayanlar, sevgi axtarışında olanlar və münasibətlər psixologiyasını daha dərindən anlamaq istəyən hər kəs üçün nəzərdə tutulub💫
Təlim proqramı ərzində siz:
• Sağlam münasibətin əsas prinsiplərini öyrənəcək
• Münaqişələrin səbəblərini anlayacaq
• Emosional bağlanma tərzlərini kəşf edəcək
• Öz münasibətinizdəki çıxılmaz görünən nöqtələrə fərqli baxış qazanacaqsız.
Proqramın sonunda isə yalnız yeni biliklər əldə etməklə kifayətlənməyəcək, eyni zamanda öz daxili konflikt və anlaşmazlıqlarınıza həll yolları axtaracağınız qrup terapiyasında da iştirak etmiş olacaqsız. 🌿
Qeydiyyatdan keçməyə tələsin. İştirak üçün şərhlərdə “+” yazmağınız kifayətdir. ✨

Address

Cəlil Məmmədquluzadə 85z
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Fatya Absv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category