Balakən Rayon Mərkəzi Xəstəxanası

Balakən Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

28/07/2026

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!

💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də qoşulun!

22/07/2026

Əziz media nümayəndələri, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirik!

15/07/2026

TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 24 iyul 2026-cı il tarixində Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.

📍 Qəbul Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.

📞 Vətəndaşlar [email protected] elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

Balakən Rayon Mərkəzi Xəstəxanasında Təcili tibbi yardım şöbəsinin əməkdaşları üçün təlim keçirilib.Təlimdə travmatoloq,...
14/07/2026

Balakən Rayon Mərkəzi Xəstəxanasında Təcili tibbi yardım şöbəsinin əməkdaşları üçün təlim keçirilib.
Təlimdə travmatoloq, cərrah, terapevt, reanimatoloq, pediatr, ginekoloq, nevroloq, uroloq, endokrinoloq, lor və oftalmoloq ixtisasları üzrə həkimlər iştirak ediblər.
Təlimin məqsədi Təcili tibbi yardım şöbəsinin həkimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin daha da artırılması olub.
Təlim zamanı hər bir həkim öz ixtisası üzrə çıxış edərək müvafiq mövzular ətrafında iştirakçılara ətraflı məlumat verib. Yaralanmalar və yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, hamilələrdə və yeni doğulmuşlarda təcili hallar zamanı tibbi yardım, qanaxmalar zamanı tibbi yardım, epileptik status zamanı təxirəsalınmaz yardım, hiperqlikemik və hipoqlikemik koma zamanı düzgün tibbi yanaşma barədə təqdimatlar edilib.
Təlim çərçivəsində mövzu ilə bağlı aktual məsələlər müzakirə olunub, iştirakçı həkimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

14/07/2026
02/07/2026

Suveren, müstəqil ölkəmizin hər bir nöqtəsində xidmət aparan və asayişin təminatçıları olan polis əməkdaşlarını təbrik edirik!

26/06/2026

Vətənin müstəqilliyi və suverenliyi naminə daim keşiyimizdə dayanan, lazım gəldikdə canını belə fəda etməyə hazır olan qəhrəman hərbçilərimiz!

Sizin şücaətiniz, qətiyyətiniz və vətənə sədaqətiniz xalqımızın qürur mənbəyidir.

Bayramın mübarək, Azərbaycan əsgəri! 🇦🇿

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Balakən Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.Tədbir ç...
17/06/2026

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Balakən Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

Tədbir çərçivəsində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılıb.

Tədbirin ikinci hissəsi Balakən Rayon Mərkəzi Xəstəxanasının akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə səhiyyə sahəsinin inkişafı, əldə olunan nailiyyətlər və son illərdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.

Daha sonra il ərzində səmərəli fəaliyyəti və peşəkar xidmətləri ilə fərqlənən həkim və tibb işçilərinə fəxri fərmanlar təqdim olunub.

Tədbirin sonunda çıxış edən həkimlər və digər tibb işçiləri həmkarlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

15/06/2026

🇦🇿15 İyun – Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və güclü dövlətçilik ənənələrinin təcəssümüdür. Bu gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkəmizə davamlı inkişaf, rifah və tərəqqi arzulayırıq.

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik!

Uşaqların sağlam, təhlükəsiz və xoşbəxt böyüməsi cəmiyyətimizin prioritet məsələlərindəndir. Onların sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətlə əhatə olunması və parlaq gələcəyinin təmin edilməsi hər birimizin ortaq məsuliyyətidir.

Bütün uşaqlara sağlam, qayğısız və sevinc dolu bir ömür arzulayırıq!

Address

Belokan
0800

Telephone

+994242955295

Alerts

Be the first to know and let us send you an email when Balakən Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Balakən Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category