Biləsuvar Rayon Mərkəzi Xəstəxanası

Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

25/08/2026
21/08/2026
20/08/2026

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Daha ətraflı: https://president.az/az/articles/view/73301

0–3 Aylıq Körpələrdə Milli Peyvənd Təqviminə Uyğun Aparılan PeyvəndlərBiləsuvar Rayon Mərkəzi Xəstəxanası valideynlərin ...
20/08/2026

0–3 Aylıq Körpələrdə Milli Peyvənd Təqviminə Uyğun Aparılan Peyvəndlər

Biləsuvar Rayon Mərkəzi Xəstəxanası valideynlərin və qanuni nümayəndələrin diqqətinə çatdırır ki, uşaqların sağlam böyüməsinin təmin olunması, yoluxucu xəstəliklərdən etibarlı mühafizəsi və immunitetinin formalaşdırılması məqsədilə peyvəndlərin Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq müəyyən edilmiş müddətlərdə aparılması zəruridir.

Doğulduqdan sonrakı ilk 24 saat ərzində:

- Hepatit B peyvəndi – I doza
- BCG peyvəndi – vərəm xəstəliyinə qarşı

2 aylıq yaşda:

- DTaP–Hib–HepB kombinə edilmiş peyvəndi (difteriya, tetanus, göyöskürək, B tipli hepatit və Haemophilus influenzae tip b infeksiyasına qarşı)
- İnaktiv poliomielit (İPV) peyvəndi
- Pnevmokok infeksiyasına qarşı peyvənd
- Rotavirus infeksiyasına qarşı peyvənd (oral – ağızdan tətbiq olunur)

3 aylıq yaş dövrü:

Bu dövrdə növbəti peyvəndlərin tətbiqi Milli Peyvənd Təqvimi əsasında planlaşdırılır. Valideynlərə uşağın peyvənd cədvəlinə uyğun olaraq ailə həkiminə və ya tibb müəssisəsinə vaxtında müraciət etmələri tövsiyə olunur.

Hörmətli valideynlər!

Peyvəndlər uşaqların difteriya, tetanus, göyöskürək, poliomielit, hepatit B, vərəm, pnevmokok və digər təhlükəli yoluxucu xəstəliklərdən qorunmasının ən etibarlı və effektiv profilaktik vasitəsidir. Peyvəndlərin vaxtında aparılması həm uşağınızın sağlamlığının qorunmasına, həm də cəmiyyətin epidemioloji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.

Övladınızın sağlam gələcəyi üçün peyvəndlərin təyin olunmuş tarixlərdə aparılmasını təmin etməyinizi xahiş edirik.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanası

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
19/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Address

H. Əliyev Küç. 84 Bilyasuvar
Bilyasuvar
1300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+994252953867

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Biləsuvar Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category