24/03/2022
Terapevt- Dermatoveneroloq Dr. Vüqar Şükürov NURANƏ HOSPİTAL-da
Qonoreya – silindrik və vəzili epitelli orqanların (uretra, uşaqlıq, düz bağırsaq, udlaq, gözün konyunktivası) selikli qişalarının zədələnməsinə səbəb olan zöhrəvi xəstəlikdir. Patologiya cinsi yolla ötürülən xəstəliklər (CYYX) qrupuna aid edilir; törədicisi qonokoklardır. Xəstəlik uretra və vaginadan selikli və irinli ifrazat, sidik ifrazı zamanı ağrı və diskomfort, a**l dəlikdən ifrazat və həmin nahiyədə qaşınma ilə xarakterizə olunur. Udlağın zədələnməsi zamanı boğazın və badamcıqların iltihabı inkişaf edir. Qadınlarda və kişilərdə müalicə olunmamış qonoreya sonsuzluğa gətirib çıxaran kiçik çanaq orqanlarının iltihabına; hamiləlik zamanı qonoreya doğuş zamanı uşağın yoluxmasına səbəb olur.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
📲 +994 55 755 37 95
📍 Ünvan:Azərbaycan,Cəlilabad,H.Əliyev Pr 159
⚫📍 E-mail :[email protected]
və Nuranə Hospital .