Göyçay Rayon Mərkəzi Xəstəxanası

Göyçay Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. https://its.gov.az/

29/07/2026

❗️ Diabetin gizli forması: LADA

LADA – (Latent Autoimmune Diabetes in Adults) ilk baxışda 2-ci tip diabetə bənzəsə də, əslində autoimmun mənşəli və yavaş inkişaf edən diabet növüdür. Buna görə də çox vaxt gec aşkarlanır.

🔎 Xüsusilə:

• 30 yaşdan sonra diabet diaqnozu alanlar;
• Normal və ya arıq çəkidə olub şəkəri yüksələnlər;
• Ailəsində autoimmun xəstəlik olanlar;
• Qan şəkəri qısa müddətdə sürətlə yüksələnlər diqqətli olmalıdır.

🩺 Erkən diaqnoz düzgün müalicə və xəstəliyə nəzarət üçün vacibdir.

👉 Diabetinizin növünü dəqiqləşdirmək və vaxtında tədbir görmək üçün həkimə müraciət edin!

29/07/2026
28/07/2026
🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də q...
28/07/2026

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!

💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də qoşulun!

27/07/2026

Hepatit: Xəbərdar ol, sağlam qal!

Tədqiqatlar, yeni texnologiyalar və innovativ yanaşmalar hepatitin erkən aşkarlanması, profilaktikası və müalicəsində mühüm rol oynayır. Əməkdaşlığın və innovativ həllərə çıxışın artırılması daha çox insanın keyfiyyətli xidmətlərdən yararlanmasına imkan verir.

Sağlam qalmaq üçün bunları edin:

✔️ Hepatit B və C üzrə müayinədən keçin;
✔️ Hamiləliyin erkən dövründə hepatit B ilə bağlı müayinə olunun;
✔️ Uşaqlarınızı Milli Peyvənd Təqviminə uyğun peyvənd etdirin: doğulduqdan sonra ilk 12 saat ərzində hepatit B peyvəndi, 2, 3 və 4 aylığında isə heksavalent peyvəndi almasını təmin edin;
✔️ Erkən diaqnostika və müalicə ilə bağlı həkiminizlə məsləhətləşin;
✔️ Etibarlı məlumat paylaşaraq stiqmanın aradan qaldırılmasına dəstək olun.

23/07/2026

❗️Hepatit: Xəbərdar ol, sağlam qal!

🤝Hepatitlə mübarizə hər birimizin məsuliyyətidir. İnsanların və icmaların fəal iştirakı, məlumatlılığı və dəstəyi həm xidmətlərin daha effektiv təşkilinə, həm də hepatitin qarşısının alınmasına töhfə verir. Bunun üçün:

• Məlumatı yalnız etibarlı mənbələrdən əldə edin və paylaşın.

• Vaxtında müayinədən keçin və yaxınlarınızı da buna təşviq edin.

• Stiqmaya yox deyin, hepatitlə yaşayan insanlara dəstək olun.

22/07/2026

Əziz media nümayəndələri, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirik!

Address

Nizami Kuc. 183
Göyçay
2300

Telephone

+994202741840

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Göyçay Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share