dr.yolchuamiraslanov

dr.yolchuamiraslanov Ortoped-Vertebroloq: Bel ve oynaqların ağrısız və qansız müalicəsi

04/07/2026

👨🏻‍⚕️🩺 Diz oynağı Koksartrozunda tətbiq etdiyimiz müalicəvi oynaqdaxili inyeksiya çox təsiredici effektə malikdir💉✅

13/07/2024

Tik Tok : Dr.Yolchu

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəblərindən yarana bilir. Boyun ağrısına səbəb olan halla...
04/05/2023

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəblərindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları - viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzlərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və s.aiddir. Bəzən isə səbəb boyunda olmadığı halda ağrının boyunda hiss edilməsi halları da olur. Buna yansıyan ağrılar deyilir. Bunlara aiddir:
Stressə bağlı ağrılar
Əzələyə bağlı ağrılar
Düzgün olmayan duruş (osanka)
Göz xəstəlikləri ilə əlaqəli
Revmatizimlə əlaqəli
Yüksək arterial təziqlə əlaqəli
Daxili orqanlarla əlaqəli

Müalicə zamanı ilk öncə məqsəd ağrının səbəbini tapmaq, ağrını kəsmək, gərginləşmiş əzələləri boşaltmaq və məhdudlaşmış boyun hərəkətlərini bərpa etməkdir.
______________________________
📍GƏNCƏ ŞƏHƏRİ
👨🏻‍⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yoçu
📱055 976 98 38
#лечение #шея #шейныйотдел #шейныйостеохондроз #доктор #ортопед #вертебролог #азербайджан #гянджа #медицина

OSTEOARTRİT nədir?Azərbaycanda “oynaqlara duz yığılması”, “duzlaşma” kimi təqdim olunan osteoartritlər, artrozlar dahq ç...
04/11/2021

OSTEOARTRİT nədir?
Azərbaycanda “oynaqlara duz yığılması”, “duzlaşma” kimi təqdim olunan osteoartritlər, artrozlar dahq çox fizioloji yaşlanma ilə bağlı olan xəstəlikdir. Buna ən çox yaşlı insanlarda rast gəlinir. Qığırdaq toxumasında yeni qığırdaq hüceyrələri əmələ gələ bilmədiyi, o potensialı itirdiyi üçün ən çox diz oynaqlarında qığırdaq yeyilir, sümüklər bir-birinə sürtünür, ətrafdakı əzələ və bağlar zəifləyir və beləliklə ağrı şikayətləri əmələ gəlir. Cavan insanlarda isə bu müəyyən travmalardan, oynaq içi sınıqlardan, düzgün bitişməyən sınıqlardan sonra, metobolik xəstəliklərlə bağlı inkişaf edə bilər.
Normal halda isə oynaqlarda, ən çox dizlərdə yaşlanma prosesi 60 yaşından sonra başlayır. Həmçinin bu xəstəliyi daha da sürətlərndirən faktorlardan ən başlıcası artıq çəkidir. Dizlər daha böyük yüklə çalışdığı zaman bu proses daha gənc yaşlarda başlayır, diz və bud-çanaq oynaqlarında problemlər yaranır.
Bəzən oynaqlarda şişkinlik,sərtlik əmələ gəlir. Zamanla hərəkət məhdudlaşır, çox ağrılı olur. Oynaqdan asılı olaraq şikayətlər dəyişir. Məsələn, oynaqlarda problem olanda ayaqqabı geyinən zaman ağrılar ortaya çıxır, dizlərdə problem olanda daha çox şikayətlər pilləkənləri qalxanda meydana gəlir. Hansı oynaq daha çox hərəkət edirsə, o zamam problem ortaya çıxır.
Bu problemə daha çox qadınlar arasında rast gəlinir. Amma 45 yaşına qədər kişilər arasında da bu xəstəliklə tez-tez qarşılaşmaq olur.

MÜALİCƏLƏR XÜSUSİ APARATLAR vasitəsilə, dünya üzrə tətbiq edilən eyni növ müalicə yöntəmləri ilə həyata keçirilir
____________________________
📍GƏNCƏ ŞƏHƏRİ
📱055 976 98 38
HƏKİM ORTOPED-VERTEBROLOQ ƏMİRASLANOV YOLÇU

Address

G***a

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 17:00

Telephone

+994559769838

Website

Alerts

Be the first to know and let us send you an email when dr.yolchuamiraslanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to dr.yolchuamiraslanov:

Shortcuts

Share

Category