Gence Beynelxalq Xestexanasi

Gence Beynelxalq Xestexanasi Gəncə Beynəlxalq Xəstəxanasının rəsmi Facebook səhifəsi

20 Yanvar - Qürur və Hüzn Günü 🇦🇿20 Yanvar Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı gündür.Bu tarix təkcə ...
20/01/2026

20 Yanvar - Qürur və Hüzn Günü 🇦🇿
20 Yanvar Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı gündür.
Bu tarix təkcə faciə deyil - milli ruhun, cəsarətin və müstəqillik yolunda sarsılmaz mövqenin simvoludur.

Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq.
Onların xatirəsi qəlbimizdə daim yaşayacaq.

ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin!

31/12/2025

Əziz izləyicilərimiz, Yeni iliniz mübarək olsun! 🎉

Yeni il hər birinizə sağlamlıq, xoş günlər, uğurlu addımlar və gözəl xəbərlər gətirsin. Ümid edirik ki, 2026-cı il arzuların gerçəkləşdiyi, birlik və pozitiv enerji ilə yadda qalan bir il olacaq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik! 😊🎄

Birlik, həmrəylik və pozitiv enerji ilə dolu 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyimiz...
30/12/2025

Birlik, həmrəylik və pozitiv enerji ilə dolu 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyimizi böyük məmnuniyyətlə qeyd etdik.

Kollektiv olaraq bir məqsəd ətrafında insan sağlamlığı üçün çalışaraq birləşmişik və bu birlik, həmrəylik və mehribanlıq ruhu tədbirimizə xüsusi rəng qatdı.

Şənlik boyunca kollektivimizin səmimi ünsiyyəti, maraqlı oyunlar, canlı musiqi və gülüş dolu anlar tədbirimizə xüsusi canlılıq gətirdi.

Eyni zamanda, Vətən qarşısında şərəflə xidmət etmiş Qarabağ müharibəsi veteranlarına göstərilən hörmət və diqqət bu axşamın ən mənalı məqamlarından biri oldu.

Hər birimizə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayır, çətin, amma şərəfli peşəmizdə daim uğurlar diləyirik.
Yeni il hamımıza birlik, sevinc və uğur gətirsin!

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günüdür.Ölkəmizin inkişafı, güclü dövlət siyasət...
24/12/2025

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günüdür.

Ölkəmizin inkişafı, güclü dövlət siyasəti və qlobal arenada mövqeyimizin möhkəmlənməsi həyata keçirilən ardıcıl, sistemli və düşünülmüş siyasətin nəticəsidir.

Doğum gününüz mübarək, cənab Prezident.

8 Noyabr- Xarıbülbülün oyanışı!Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində böyük şücaətlə tarix yazdığı gün! Bu qələb...
08/11/2025

8 Noyabr- Xarıbülbülün oyanışı!
Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində böyük şücaətlə tarix yazdığı gün! Bu qələbəni bizə yaşadan Şəhidlərimizə ALLAHdan rəhmət, Qazilərimizə şəfa, Hərbiçilərimizə, Əsgərlərimizə möhkəm can sağlığı arzu edirik!

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatı dəstəyi ilə  “Ürək çatışmazlığı da yeni dövr” adlı elmi-praktiki konfrans keçi...
04/11/2025

Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatı dəstəyi ilə “Ürək çatışmazlığı da yeni dövr” adlı elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Gəncə, Göygöl, Goranboy, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olmaqla, 200-dən çox həkim və tibb mütəxəssisləri iştirak etmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin müstəqilliyi uğrunda Şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılış nitqi ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri hörmətli Hikmət İbrahimli tədbirin regional səviyyədə bilik və təcrübə mübadiləsinə verdiyi töhfəni vurğulamışdır.
Elmi proqram çərçivəsində Gəncə Beynəlxalq Xəstəxanasının Aritmologiya şöbəsinin həkimi kardioloq, aritmoloq Dr. Günay Rəhimovanın, həmçinin Türkiyə Respublikasından dəvət olunmuş Prof. Dr. Mesut Demir, Prof. Dr. Nihan Turhan Çağlar və Doç. Dr. Özge Çetinarslanın məruzələri dinlənilmiş, ürək çatışmazlığı sahəsində ən son elmi yeniliklər təqdim edilmişdir.
Konfrans çərçivəsində canlı xəstələr üzərində Exokardioqrafiya üzrə praktiki trening də təşkil olunmuş, iştirakçılar üçün real klinik nümunələrlə müasir yanaşmalar nümayiş etdirilmişdir.
Tədbirin sonunda bölgədən qatılan mütəxəssislər tərəfindən aktiv müzakirələr aparılmış, məruzəçilərə ünvanlanan suallar elmi fikir mübadiləsinin daha da zənginləşməsinə şərait yaratmışdır.

03/11/2025

Dəyərli və əziz, gözəl səsli Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Şahnaz xanım Haşımova Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunub. Əməliyyat uğurla həyata keçirilib, hazırda səhhəti yaxşıdır.

Bizi mahnıları ilə sevindirən, sənəti və səsi ilə hər zaman qəlblərimizdə xüsusi yer tutan Şahnaz xanımın sağlamlığına diqqət göstərmək bizim üçün çox xoşdur.

Gəncə Beynəlxalq Xəstəxanası kollektivi Şahnaz xanıma möhkəm can sağlığı, uzun ömür və gələcək yaradıcılığında bol-bol uğurlar arzulayır. 🌸

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət...
20/09/2025

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, hər il 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Bu münasibətlə xalqımızı təbrik edir, milli sərvətimiz olan suverenliyimizin, müstəqilliyimizin hər daim olmasını arzulayırıq!

13/09/2025

Ürək və damar cərrahı, fleboloq Dr.Ümid Mahmudov .umidmahmudov

Həkimin qəbulu:
1-5 günlər 09:00-dan 17:00 kimi
6 gün 09:00 -13:00
Həkim müayinəsi 40 AZN

Həkim tərəfindən icra edilən əməliyyatlar:
• Abdominal aorta anevrizmaları zamanı anevrizmektomiya
• Aorta-bifemoral protezlənməsi
• Periferik arteriyaların autovenoz şuntlanması (bypass)
• Karotid endarterektomiya, arterioplastika
• Periferik arteriyalardan endarterektomiya, trombembolektomiya
• Torakal və Lumbar simpatektomiya
• Anadangəlmə angiodisplaziyaların cərrahi korreksiyası
• Fleboloji əməliyyatlar: flebektomiya, Linton əməliyyatı
• Hemodializ xəstələrinə arterio-venoz fistulların qoyulması
• Damar-sinir-vətər zədələnmələri zamanı anatomik strukturların bərpası və s.
Açıq Ürək-damar əməliyyatları:
• Anadangəlmə ürək qüsurları
• Aorta qapağının protezləşdirilməsi
• Aorta qapağının tamiri
• Aorta-koronar şuntlama əməliyyatı
• Aorta-qapaq + Assendan aorta əməliyyatı
• Aorto-koronar şuntlama + LV anevrizması tamiri
• ASD-qulaqcıqlararası çəpərin qüsurunun aradan qaldırılması
• Benthall əməliyyatı Çıxan aortanın protezləşdirilməsi
• İki qapaq protezləşdirilməsi
• Mediastinal şişin ekstripasiyası
• Mitral qapağın plastikası
• Qapaq protezləşdirilmə əməliyyatı
• Ürək şişlərinin çıxarılması
• VSD-mədəciklərarası çəpərin qüsurunun aradan qaldırılmas
• Aorta koronar şunt
• Əməliyyatdan sonra sternumdan sim çıxarılması
• Ekspoloarativ torakotomiya
• İntrakardiyak kateter taxılması (kateter xaric)
• Perikardiektomiya
• Perikardiektomiya (ciddi riskli)
• Sternum subksifoidal perikardsentez və s.

Əlavə məlumat almaq üçün:
☎ (022) 303
📞 (055) 500 71 00 (WhatsApp)

#Гянджа #диагноз

Xəstəxanamızda çalışan həkimlər, tibb bacıları və digər əməkdaşlar öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşırlar....
09/09/2025

Xəstəxanamızda çalışan həkimlər, tibb bacıları və digər əməkdaşlar öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşırlar. İşçilərin peşəkar keyfiyyətləri, etik davranış normalarına riayət etmələri və pasiyentlərlə səmimi ünsiyyətləri xəstəxanamızın uğurunun əsas səbəblərindəndir.
Xəstəxanamızın personalı, xəstələrə yüksək səviyyədə xidmət göstərməklə, onların sağlamlıq və rifahını ön planda tutur.

Xəstəxanamızım əsas prioriteti sağlamlığınıza hər zaman qayğı göstərməkdir!

10 yaşın mübarək ! 🎉

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, xalqımızın sevimlisi Mehriban xanım Əli...
26/08/2025

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın doğum günüdür. 🌹
Gəncə Beynəlxalq Xəstəxanasının kollektivi olaraq, Mehriban xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və xalqımız üçün gördüyü nəcib işlərdə uğurlar arzulayırıq. 💐

Address

G***a
2010

Telephone

+994555007100

Alerts

Be the first to know and let us send you an email when Gence Beynelxalq Xestexanasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gence Beynelxalq Xestexanasi:

Shortcuts

Share

Category