04/04/2026
İlk baxışdan bunun nə olduğunu tapmaq çətindir, elə deyilmi? Şirin bir oyuncaq, yoxsa qeyri-adi bir çanta aksesuarı? Əslində bu, 19 yaşlı qızımızın (pasiyentim) ömürlük istifadə edəcəyi bir inhalyator müşdüyü və qapağıdır!
Pasiyentim bu möhtəşəm dizaynı sadəcə əyləncə üçün deyil, çox incə və düşündürücü bir məqsədlə edib: Cəmiyyətdən bunun bir dərman olduğunu gizlətmək !
Gənclər çox vaxt ictimai yerlərdə inhalyatordan istifadə etməkdən, fərqli görünməkdən və yersiz diqqət çəkməkdən çəkinirlər. Lakin pasiyentim bu vəziyyətdən, bu psixoloji baryerdən qaçmaq əvəzinə, ona yaradıcı bir 'kamuflyaj' tapıb. O, cihazını elə bəzəyib ki, kənardan heç kim onun tibbi ləvazimat olduğunu anlamasın.
Bir həkim olaraq, gənc bir qızın ömürlük qəbul etməli olduğu dərmanın müşdüyünü belə böyük bir yaradıcılıqla öz həyatına, öz gündəlik tərzinə birləşdirməsi məni həqiqətən də çox təsirləndirdi.
Öz sağlamlığını qoruyarkən xəstəliyin gətirdiyi çətinlikləri və cəmiyyətin baxış bucağını belə rəngarəng bir yolla aşmaq əsl daxili güc göstəricisidir. Xəstəliklər həyatımızın sonu deyil, bəzən sadəcə ona fərqli rənglər qatmaq üçün bir fürsətdir.
Nəfəsiniz hər zaman sağlam , həyatınız rəngli olsun!
# spirometriya