Xocalı Rayon Mərkəzi Xəstəxanası

Xocalı Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

26/08/2026
26/08/2026
Vaksinasiya yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv üsullarından biridir. Peyvəndlər immun sistemini xəstəlik tör...
20/08/2026

Vaksinasiya yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv üsullarından biridir. Peyvəndlər immun sistemini xəstəlik törədən mikroorqanizmlərə qarşı müdafiə yaratmağa hazırlayır və xəstəliklərin ağır gedişinin və ağırlaşmaların qarşısını almağa kömək edir.

Peyvəndlər Milli Peyvənd Təqviminə uyğun olaraq vaxtında tətbiq edilməlidir. Peyvənddən əvvəl uşağın sağlamlıq vəziyyəti, allergiyaları və əvvəlki peyvəndlərə reaksiyaları barədə həkimə məlumat verilməlidir.

Peyvəndlərə əks göstərişlər hər uşaq üçün fərdi şəkildə qiymətləndirilir. Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya, bəzi immun sistemi xəstəlikləri və müəyyən hallarda kəskin xəstəliklər peyvəndin təxirə salınmasına və ya tətbiq edilməməsinə səbəb ola bilər. Yüngül soyuqdəymə isə hər zaman peyvənd üçün əks göstəriş deyil. Son qərarı həkim verir.

Valideynlərə tövsiyə: Peyvənd təqvimini izləyin, vaksinləri vaxtında etdirməyə çalışın, peyvənd kartını qoruyun və peyvəndlərlə bağlı suallarınızı tibb mütəxəssisləri ilə müzakirə edin.

💙 Peyvənd – sağlam gələcəyə atılan mühüm addımdır!

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
20/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Address

Azerbaycan
Geran'boy
AZ2200

Alerts

Be the first to know and let us send you an email when Xocalı Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xocalı Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category