Göygöl Rayon Mərkəzi Xəstəxanası

Göygöl Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

01/08/2026

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Göygöl Rayon Mərkəzi Xəstəxanasında Milli İmmunlaşdırma Kampaniyası ilə bağlı geniş tərkibli tədbir və görüşlər keçirili...
31/07/2026

Göygöl Rayon Mərkəzi Xəstəxanasında Milli İmmunlaşdırma Kampaniyası ilə bağlı geniş tərkibli tədbir və görüşlər keçirilib

TƏBİB-in icraçı direktoru Anar Bayramovun 6 iyul 2026-cı il tarixli 18-1/3-1-1135/2026 nömrəli “Milli İmmunlaşdırma kampanyanın keçirilməsinə dair tədbirlər planının” təsdiq edilməsi əmrinə əsasən, məktəbəqədər və ümumtəhsil müəssisələrinə qəbul ərəfəsində 0-10 yaşlı uşaqlar arasında immunlaşdırma səviyyəsinin yüksəldilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanasında genişmiqyaslı işlərə start verilib.

Bu çərçivədə Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, direktor müavini – baş həkim Vüsalə Qələndərova, Səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Firuz Zeyniyev və İlkin səhiyyə xidməti şöbəsinin müdiri Nailə Şəmilovanın iştirakı ilə kənd tibb və həkim məntəqələrinin tibb işçiləri üçün xüsusi tədbir keçirilib.

Tədbirdə rəhbərlik tərəfindən immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənar qalmış uşaqların müəyyənləşdirilməsi və həftəlik planların icrasına ciddi nəzarət olunması barədə müvafiq tapşırıq və göstərişlər verilib.
Kampaniyanın icrası çərçivəsində, həmçinin direktor müavini – baş həkim Vüsalə Qələndərova və İlkin səhiyyə xidməti şöbəsinin müdiri, həkim-pediatr Nailə Şəmilova rayonun kəndlərində valideynlərlə görüşlər keçiriblər.

Görüşlər zamanı valideynlərə uşaqların peyvənd olunmasının yoluxucu xəstəliklərdən qorunmaqdakı əhəmiyyəti barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb və peyvənddən yayınma hallarının qarşısının alınması istiqamətində maarifləndirmə söhbətləri aparılıb.

31/07/2026
29/07/2026
28/07/2026
28/07/2026

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!

💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də qoşulun!

27/07/2026

Hepatit: Xəbərdar ol, sağlam qal!

Tədqiqatlar, yeni texnologiyalar və innovativ yanaşmalar hepatitin erkən aşkarlanması, profilaktikası və müalicəsində mühüm rol oynayır. Əməkdaşlığın və innovativ həllərə çıxışın artırılması daha çox insanın keyfiyyətli xidmətlərdən yararlanmasına imkan verir.

Sağlam qalmaq üçün bunları edin:

✔️ Hepatit B və C üzrə müayinədən keçin;
✔️ Hamiləliyin erkən dövründə hepatit B ilə bağlı müayinə olunun;
✔️ Uşaqlarınızı Milli Peyvənd Təqviminə uyğun peyvənd etdirin: doğulduqdan sonra ilk 12 saat ərzində hepatit B peyvəndi, 2, 3 və 4 aylığında isə heksavalent peyvəndi almasını təmin edin;
✔️ Erkən diaqnostika və müalicə ilə bağlı həkiminizlə məsləhətləşin;
✔️ Etibarlı məlumat paylaşaraq stiqmanın aradan qaldırılmasına dəstək olun.

27/07/2026

Yenidoğulmuşlar üçün peyvəndlər və onların əhəmiyyəti!

Hər bir valideyn üçün övladının sağlamlığı hər şeydən önəmlidir. Körpənizin güclü immunitetə sahib olması və ağır xəstəliklərdən qorunması üçün ilk günlərdən etibarən peyvənd təqviminə əməl etmək mütləqdir.

Peyvənd, bədənin immun sistemini gücləndirərək müəyyən xəstəliklərə qarşı qoruma təmin edir. Peyvəndlər tərkibində olan zərərsizləşdirilmiş mikroorqanizmlərin və ya onların zülallarının təsiri nəticəsində orqanizmdə immun reaksiyanı stimulasiya edir. Bu proses, bədənin həmin xəstəliklərlə qarşılaşdıqda sürətli və effektiv müdafiə etməsini təmin edir.
körpənizi ilk günlərdən qoruyun!

İlk günlərdə hansı peyvəndlər vurulmalıdır?
• İlk 12 saat ərzində: Hep B (Hepatit B infeksiyasına qarşı) və BCG peyvəndi (vərəm xəstəliyinə qarşı) qoruma təmin edir. Bu peyvəndlər həmin infeksiyalara qarşı uzunmüddətli immunitet yaradır.
• 2 ayinda Heksavaksin (6 xəstəliyə qarşı peyvənd - Difteriya, Göyöskürək, Tetanus, Poliomielit, Hepatit B, B tipli Hemofillus infeksiyası) və PK (Pnevmokokk infeksiyası)
* 3 ayında - Heksavaksin
* 4 ayında - Heksavaksin və PK
* 6 ayında - OPV(oral Poliomielit vaksini,uşaq iflici əleyhinə)və PK
* 12 ayında - QPM (Qızılca, Parotit, Məxmərək)
* 18 ayında - OPV və GDT ( Göyöskürək, Difteriya, Tetanus), Vitamin A
* 6 yaş - QPM və DT (Difteriya, Tetanus), Vitamin A

Peyvəndlər niyə bu qədər vacibdir?
• Uşaqları əlillik və ölüm riski daşıyan ağır yoluxucu xəstəliklərdən qoruyan ən effektiv vasitədir.
• Körpələrin immun sistemini təhlükəsiz şəkildə məşq etdirərək mikroblara qarşı dözümlü edir.
• Peyvənd olunmuş uşaqlar cəmiyyətdə xəstəliklərin yayılma zəncirini qırır və digər körpələri də qoruyur.
• Peyvənd təqvimi uşaq orqanizminin ən həssas dövrlərinə uyğun tərtib edilib. Gecikmə yoluxma riskini kəskin artırır.
Valideynlərin nəzərinə:
• Dövlət tibb müəssisələrində tətbiq edilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına tam cavab verir.
• Peyvəndlərin vurulması üçün yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət edə bilərsiniz.
• Hər hansı səbəbdən peyvənd dozası gecikibsə, fərdi tamamlayıcı qrafik üçün dərhal sahə həkim-pediatrı ilə əlaqə saxlayın.

Peyvəndin fəsadları adətən yüngül və keçicidir. Bu fəsadlar arasında peyvənd yerində ağrı, şişkinlik, qızarıqlıq və yüngül qızdırma yer alır. Peyvəndin fəsadları arasında nadir hallarda, allergik reaksiyalar və ya daha ciddi yan təsirlər meydana gələ bilər. Lakin, peyvəndin fəsadları nadirdir və əksər hallarda peyvəndin faydaları yan təsirlərindən qat-qat üstündür.

Sağlam gələcək vaxtında edilən peyvəndlərlə başlayır! 🤍

Address

Göygöl Rayon Mir Cəlal Paşayev Küç 01
Khanlar
2500

Telephone

+994222052079

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Göygöl Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share