MediPark Mingachevir

MediPark Mingachevir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MediPark Mingachevir, Hospital, Mingechaur.

Dəyərli nevroloqlar!Beynəlxalq Nevroloqlar Günü münasibətilə sizləri ürəkdən təbrik edirik!Sinir sistemi xəstəliklərinin...
01/12/2025

Dəyərli nevroloqlar!

Beynəlxalq Nevroloqlar Günü münasibətilə sizləri ürəkdən təbrik edirik!
Sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsində göstərdiyiniz yüksək peşəkarlıq, diqqət və fədakarlıq hər bir pasiyent üçün böyük ümid mənbəyidir.

Sizin bilik və təcrübəniz sayəsində insanlar sağlam həyat sürməyə, ümid və inam tapmağa davam edir.

Peşə bayramınız mübarək olsun!

29/11/2025

9-cu ad günümüzün verdiyi qürur hissini pasiyentlərimizlə birlikdə yaşadıq!

Referans Medical Group hər zamankı kimi bu özəl gündə də qayğı ilə yanaşdığı pasiyentlərini unutmadı.

Ad günü 29 noyabr – bizimlə bir gündə olan pasiyentlərimizə Referansı seçdikləri üçün özəl hazırladığımız hədiyyələrimizi təqdim etdik.

Referans Medical Group
Hər kəsə qayğı ilə...

29/11/2025

Hər kəsə qayğı ilə yanaşan Referans Medical Group 9 yaşında!

Bu illər ərzində milyonlarla insana xidmət etməklə vətəndaşlarımızın sağlamlığında böyük payı olan quruma çevrilməkdən qürur duyuruq!

Referans Medical Group. Hər kəsə qayğı ilə...

🎉 Referans 9 yaşında!Sizinlə birlikdə keçdiyimiz bu 9 il ərzində milyonlarla insanın inamını və etibarını qazanaraq, onl...
25/11/2025

🎉 Referans 9 yaşında!

Sizinlə birlikdə keçdiyimiz bu 9 il ərzində milyonlarla insanın inamını və etibarını qazanaraq, onların sağlamlıq yolunda dayaq olduq. Hər zaman ən dəqiq laborator nəticələri, etibarlı xidmətləri və daim yenilənən texnoloji yanaşmamızı təqdim etməyə çalışdıq.

Bu xüsusi gün münasibətilə yalnız 29 noyabr tarixində bütün mərkəzlərimizdə laborator xidmətlərimizə 9% ENDİRİM tətbiq edirik!

Qeyd: Endirim genetik və xaricə göndərilən analizlərə şamil edilmir.

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

24/11/2025

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,

Bakıdan dəvət olunmuş təcrübəli Onkoginekoloq, Op. Dr. Könül Mərdanova 13 dekabr tarixində Referans MediPark Hospitalda pasiyent qəbulu həyata keçirəcək.

Əziz xanımlar, sağlamlığınızın qorunması üçün vaxtında müayinə çox önəmlidir!

🔹 Ginekoloji onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi
🔹 Yumurtalıq, uşaqlıq və süd vəzi problemləri
🔹 Müntəzəm profilaktik müayinələr

📍 Peşəkar tibbi xidmət üçün Referans MediPark Hospitala müraciət edin və sağlamlığınızı mütəxəssislərə etibar edin!

Qeyd: Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir.

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

Hörmətli Ədliyyə işçiləri,Referans Medical Group kollektivi olaraq ədliyyə sistemində fədakar xidmət göstərən bütün əmək...
21/11/2025

Hörmətli Ədliyyə işçiləri,

Referans Medical Group kollektivi olaraq ədliyyə sistemində fədakar xidmət göstərən bütün əməkdaşları peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ədalətin qorunması, qanunun aliliyinin təmin olunması və cəmiyyətin hüquqi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz şərəfli fəaliyyət yüksək dəyər kəsb edir.

Bu əlamətdar gündə sizə sağlamlıq, uğurlar və yeni nailiyyətlər arzu edirik.

Hörmətlə,
Referans Medical Group

Milli Dirçəliş Günü xalqımızın azadlıq ruhunun, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəmzidir. Müstəqil Azərbayca...
16/11/2025

Milli Dirçəliş Günü xalqımızın azadlıq ruhunun, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəmzidir. Müstəqil Azərbaycanımızın gələcəyi daim işıqlı, xalqımızın birlik və əzmi möhkəm olsun.

Milli Dirçəliş Günümüz mübarək!

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,Bakıdan dəvət olunmuş təcrübəli Cərrah Mama-Ginekoloq Op. Dr. Vüsalə Eyvazov...
14/11/2025

Dəyərli Mingəçevir və ətraf rayon sakinləri,
Bakıdan dəvət olunmuş təcrübəli Cərrah Mama-Ginekoloq Op. Dr. Vüsalə Eyvazova 30 noyabr tarixində Referans MediPark Hospitalda pasiyentlərini qəbul edəcək!

Qeyd: Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir.

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

Bu gün biz diabetlə yaşayan insanlara dəstək olur, sağlam həyat tərzinin əhəmiyyətini bir daha xatırladırıq.Sağlam qidal...
14/11/2025

Bu gün biz diabetlə yaşayan insanlara dəstək olur, sağlam həyat tərzinin əhəmiyyətini bir daha xatırladırıq.
Sağlam qidalanmaq, aktiv qalmaq və mütəmadi həkim müayinəsi həm qorunmaq, həm də nəzarətdə saxlamaq üçün ən vacib addımlardır.
Kiçik dəyişikliklər böyük fərq yarada bilər.

Uşaqlarda uzunmüddətli və səbəbi bilinməyən qarın ağrıları bəzən bağırsaq qurdlarının (helmintlərin) göstəricisi ola bil...
13/11/2025

Uşaqlarda uzunmüddətli və səbəbi bilinməyən qarın ağrıları bəzən bağırsaq qurdlarının (helmintlərin) göstəricisi ola bilər. Bu parazitlər uşaqların immun sisteminə, iştahasına və yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlarda gigiyenik qaydalara tam əməl edilməməsi yoluxma riskini artırır.

Şübhə yaradan əlamətlər:
- Qarın ağrısı
- İştahasızlıq
- Yuxusuzluq, diş qıcırdatma
- A**l nahiyədə qaşınma
- Halsızlıq, arıqlama

✅ Yoxlanılması tövsiyə olunan laborator testlər:
- Nəcisin ümumi analizi
- Perianal yapışqan lent testi (enterobioz üçün)
- Helmint paneli PCR

Hər kəsə qayğı ilə... 🩵

Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 50 234 50 62
WhatsApp dəstək nömrəsi: +994 50 234 50 63
Ünvan: Mingəçevir şəh., N. Nərimanov küç. 28

Address

Mingechaur
4500

Alerts

Be the first to know and let us send you an email when MediPark Mingachevir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MediPark Mingachevir:

Share

Category