Neftçala Rayon Mərkəzi Xəstəxanası

Neftçala Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

11/08/2026
3-6 aylıq körpələr üçün nəzərdə tutulan peyvəndlərin siyahısı və tətbiq qrafiki. Heksa- difteriya, göyöksürək, tetanus, ...
10/08/2026

3-6 aylıq körpələr üçün nəzərdə tutulan peyvəndlərin siyahısı və tətbiq qrafiki.

Heksa- difteriya, göyöksürək, tetanus, Hepatit B, B tipli hemofil infeksiya, poliomielit.
Kombinə olunmuş peyvənddir, bir inyeksiya ilə uşağı bir neçə infeksiyadan qoruyur. Bir ay fasilə ilə 3 dəfə vurulur.

Pk (pnevmokok infeksiyası) - 2 ay fasilə ilə 3 dəfə vurulur.
2 yaşa qədər uşaqlarda pnevmokok infeksiyası ciddi ağırlaşmalara, ömürlük əlilliyə (karlıq, beyin zədələnməsi və s.) və ölümə səbəb ola bilər. Pnevmokok bakteriyaları bir çox antibiotiklərə qarşı dözümlü olduğuna görə müalicəsi çətinləşmişdir. Belə halda uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

Poliomielit- eyniadlı virus tərəfindən törədilir, iflic yaradır, çox təhlükəli yoluxucu xəstəlikdir. Övladımızı OPV və İPV peyvəndi vurdurmaqla müdafiə edə bilərik. İPV- heksa vaksininin tərkibinə daxildir. OPV damcı şəklində 6 və 18 aylığında qəbul edilir.

📌 Peyvəndlərin vaxtında və Milli Peyvənd Təqviminə uyğun vurulması körpənizin sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır.

10/08/2026

Bu gün hepatitlə mübarizə üçün effektiv vasitələr mövcuddur.

Vaxtında peyvənd, erkən diaqnostika və müalicəyə müraciət həm sağlamlığınızı qorumağa, həm də hepatitin ağır fəsadlarının qarşısını almağa imkan verir.

!

10/08/2026

TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 20 avqust 2026-cı il tarixində Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

📍 Qəbul Şirvan Şəhər Mərkəzi Xəstəxanasında keçiriləcək.

📞 Vətəndaşlar [email protected] elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

10/08/2026
Görmə sağlamlığınızı qorumaq həyat keyfiyyətinizi qorumaq deməkdir.Beynəlxalq Oftalmologiya Günündə göz sağlamlığının qo...
08/08/2026

Görmə sağlamlığınızı qorumaq həyat keyfiyyətinizi qorumaq deməkdir.

Beynəlxalq Oftalmologiya Günündə göz sağlamlığının qorunmasının vacibliyini bir daha xatırladırıq.

🔹 Müntəzəm göz müayinələri bir çox göz xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.
🔹 Uzun müddət ekran qarşısında çalışanlar gözlərini mütəmadi olaraq dincəltməli, sağlam qidalanma və düzgün işıqlandırmaya diqqət yetirməlidirlər.
🔹 Görmədə bulanıqlıq, ağrı, qızartı və ya digər narahatlıqlar hiss etdikdə vaxt itirmədən həkimə müraciət edin.

Gözlərinizə qayğı göstərin, dünyanı sağlam baxışlarla kəşf edin.

Address

Neftçala M. Ə. Sabir Küçəsi 506
Neftçala
AZ4700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:45

Telephone

+994212633848

Alerts

Be the first to know and let us send you an email when Neftçala Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Neftçala Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share