Oğuz Rayon Mərkəzi Xəstəxanası

Oğuz Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

27/08/2026
Oğuz Rayon Mərkəzi Xəstəxanasında uşaqların dispanserizasiyası aparılırOğuz Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb i...
27/08/2026

Oğuz Rayon Mərkəzi Xəstəxanasında uşaqların dispanserizasiyası aparılır

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə dispanserizasiya müayinələri aparılır.

Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir, valideynlərə sağlam həyat tərzi, düzgün qidalanma və profilaktik tədbirlərlə bağlı tövsiyələr verilir.

Səhhətində hər hansı problem aşkarlanan uşaqlar daha ətraflı müayinə və müalicə üçün aidiyyəti tibb müəssisəsinə yönləndirilir.

Uşaqların vaxtında tibbi müayinədən keçirilməsi onların sağlamlığının qorunması və mümkün sağlamlıq problemlərinin erkən aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır.

26/08/2026
Oğuz Rayon Mərkəzi Xəstəxanasında əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici təlim keçirilib...
26/08/2026

Oğuz Rayon Mərkəzi Xəstəxanasında əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici təlim keçirilib

Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibb və texniki heyətin təhlükəsiz iş şəraitinin təmin edilməsi, peşə risklərinin minimuma endirilməsi və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə maarifləndirici təlim keçirilib.

Əməyin mühafizəsi bölməsinin müdiri Tofiq Əlizadə və Müəssisədaxili təlimlərin təşkili üzrə koordinator, Tibb bacıları şöbəsinin baş tibb bacısı Oksana Mirzəyeva əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması, yanğın təhlükəsizliyi, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Əməkdaşların sağlam və təhlükəsiz iş mühitində fəaliyyət göstərməsinin təmin edilməsi istiqamətində maarifləndirmə və nəzarət tədbirləri davam etdirilir.

26/08/2026
6–12 aylıq dövr uşaqların immun sisteminin formalaşmasında mühüm mərhələlərdən biridir. Bu yaş dövründə peyvəndlərin vax...
24/08/2026

6–12 aylıq dövr uşaqların immun sisteminin formalaşmasında mühüm mərhələlərdən biridir. Bu yaş dövründə peyvəndlərin vaxtında aparılması uşaqların bir sıra təhlükəli yoluxucu xəstəliklərdən qorunmasına kömək edir.

6 aylıq uşaqlarda peyvənd təqviminə uyğun olaraq:

Poliomielitə qarşı OPV peyvəndi;

Poliomielitə qarşı vaksin;

Pnevmokok peyvəndinin təqvimə uyğun dozası tətbiq olunur.

12 aylıq dövrdə isə:

Qızılca, parotit və məxmərək əleyhinə QPM (MMR) peyvəndi;

Pnevmokok peyvəndinin təqvim üzrə növbəti dozası tətbiq olunur.

Valideynlərə tövsiyə:

Peyvəndlərin vaxtında aparılması uşağın sağlamlığının qorunması üçün çox vacibdir. Peyvənd kartını qoruyun və hər peyvənddən əvvəl uşağın fərdi peyvənd tarixçəsini həkimlə dəqiqləşdirin.

Peyvənd — xəstəliklərdən qorunmağın ən etibarlı yollarından biridir!

Address

Dədə Qorqud Küç 1
Oguz
AZ4800

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994242153503

Alerts

Be the first to know and let us send you an email when Oğuz Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Oğuz Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share