Qobustan Rayon Mərkəzi Xəstəxanası

Qobustan Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Görmə sağlamlığınızı qorumaq həyat keyfiyyətinizi qorumaq deməkdir.Beynəlxalq Oftalmologiya Günündə göz sağlamlığının qo...
08/08/2026

Görmə sağlamlığınızı qorumaq həyat keyfiyyətinizi qorumaq deməkdir.

Beynəlxalq Oftalmologiya Günündə göz sağlamlığının qorunmasının vacibliyini bir daha xatırladırıq.

🔹 Müntəzəm göz müayinələri bir çox göz xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.
🔹 Uzun müddət ekran qarşısında çalışanlar gözlərini mütəmadi olaraq dincəltməli, sağlam qidalanma və düzgün işıqlandırmaya diqqət yetirməlidirlər.
🔹 Görmədə bulanıqlıq, ağrı, qızartı və ya digər narahatlıqlar hiss etdikdə vaxt itirmədən həkimə müraciət edin.

Gözlərinizə qayğı göstərin, dünyanı sağlam baxışlarla kəşf edin.

07/08/2026
07/08/2026
05/08/2026

🏥 Həkim qəbuluna növbə almaq üçün artıq xəstəxanaya getməyə ehtiyac yoxdur.

📱 mygov vasitəsilə TƏBİB tabeli tibb müəssisələrində həkim qəbuluna onlayn növbə götürə, sizə uyğun tarix və saatı seçə bilərsiniz.

Bir neçə addımda onlayn növbəniz hazırdır:
🔹 mygov-a daxil olun
🔹 “Xidmətlər” bölməsindən “Sağlamlıq” kateqoriyasını seçin
🔹“Tibbi xidmət almaq üçün növbə” xidmətinə keçid edin
🔹 Tibb müəssisəsini, həkimin ixtisasını, tarixi və saatı təyin edib növbənizi təsdiqləyin

🕣 Vaxtınıza qənaət edin, növbənizi mygov ilə əvvəlcədən planlaşdırın.

Yenidoğulmuşların sağlamlığının qorunmasında peyvəndlərin rolu və 0–3 aylıq körpələrin müayinəsinin əhəmiyyətiQobustan R...
04/08/2026

Yenidoğulmuşların sağlamlığının qorunmasında peyvəndlərin rolu və 0–3 aylıq körpələrin müayinəsinin əhəmiyyəti

Qobustan Rayon Mərkəzi Xəstəxanasında yenidoğulmuşların sağlamlığının qorunması, erkən dövrdə inkişafının izlənilməsi və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə 0–3 aylıq körpələrin neonatoloq və pediatr tərəfindən müayinəsi mütəmadi olaraq həyata keçirilir.

Müayinələr zamanı körpələrin ümumi sağlamlıq vəziyyəti, fiziki inkişaf göstəriciləri və yaş xüsusiyyətlərinə uyğun inkişaf dinamikası qiymətləndirilir. Eyni zamanda valideynlərə yenidoğulmuş dövründə aparılan peyvəndlərin əhəmiyyəti, Milli Peyvənd Təqviminə uyğun immunlaşdırmanın vacibliyi və peyvəndlərin yoluxucu xəstəliklərdən qorunmasinda rolu barədə ətraflı məlumat verilir.

Yenidoğulmuşlara doğulduqdan sonra tətbiq edilən peyvəndlər immun sisteminin formalaşmasına dəstək olmaqla yanaşı, vərəm, hepatit B və poliemilelit kimi yoluxucu xəstəliklərdən qorunmada mühüm rol oynayır. Peyvəndlərin vaxtında və təqvimə uyğun şəkildə aparılması uşaqların sağlam böyüməsi, xəstəliklərin qarşısının alınması və ictimai sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qobustan Rayon Mərkəzi Xəstəxanası valideynləri övladlarının sağlam inkişafının təmin olunması məqsədilə profilaktik müayinələrdə mütəmadi iştirak etməyə və Milli Peyvənd Təqviminə uyğun olaraq immunlaşdırmanı vaxtında həyata keçirməyə çağırır. Körpələrin sağlam gələcəyinin təməlində erkən müayinə və vaxtında aparılan peyvəndləmə mühüm yer tutur.

Address

Qobustan Rayon, Qobustan şəhəri, Heydər Əliyev Prospekti, 272
Qobustan
3700

Alerts

Be the first to know and let us send you an email when Qobustan Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qobustan Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share