Quba Rayon Mərkəzi Xəstəxanası

Quba Rayon  Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

26/08/2026
26/08/2026
Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Göstərilən xidmətlərlə bağlı rəy və təklif...
19/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır._

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin roluQuba Regional Ağciyər Xəstəlikləri Xəstəxanasında Ağciyər Xəstəlikl...
19/08/2026

Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu

Quba Regional Ağciyər Xəstəlikləri Xəstəxanasında Ağciyər Xəstəlikləri Mərkəzinin təşkilatçılığı ilə “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda təlim təşkil olunub.

Təlimdə Quba Regional Xəstəxanası və Quba Rayon Mərkəzi Xəstəxanasının rəhbər heyəti, həmçinin ailə sağlamlıq mərkəzləri, həkim və tibb məntəqələrinin terapevt və pediatrları iştirak ediblər.

Müzakirələrdə vərəmin erkən diaqnostikasının vacibliyi, risk qruplarının vaxtında müayinəyə cəlb edilməsi, şübhəli halların düzgün qiymətləndirilməsi, pasiyentlərin ixtisaslaşmış müəssisələrə yönləndirilməsi, müalicəyə sadiqliyin artırılması, dərman təminatının effektiv təşkili və VOT (videonəzarətli müalicə) sisteminin tətbiqi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Eyni zamanda ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmətlər arasında koordinasiyanın gücləndirilməsinin xəstəliyin yayılmasının qarşısının alınmasında və müalicə nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

Təlim interaktiv təqdimatlar, sual-cavab sessiyası və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır  Quba Rayon Mərkəzi Xəstəxanasında hemofiliya və digər qan la...
19/08/2026

Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır

Quba Rayon Mərkəzi Xəstəxanasında hemofiliya və digər qan laxtalanma pozuntularına həsr olunmuş elmi-praktiki seminar keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində keçirilən seminarda hemofiliyanın müalicəsində tibb bacılarının rolu, multidisiplinar yanaşma, evdə müalicə və qanaxmalar zamanı təcili tibbi yardım mövzuları müzakirə olunub.

Tədbirin açılışında Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Azər Zeynalov çıxış edərək, hemofiliya xəstələrinin tibbi xidmətlə təmin olunmasında peşəkar əməkdaşlığın və bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Seminarda mütəxəssislər tərəfindən məruzələr təqdim olunub, qanaxmaların qarşısının alınması ilə bağlı praktiki nümayişlər keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Layihənin əsas məqsədi hemofiliya xəstəliyinin ev şəraitində müalicə və profilaktikası modelinin təşviqi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması, eləcə də xəstələrin həyat keyfiyyətinin yüksəldilməsidir.

Address

Fətəli Xan 42
Quba

Telephone

+994233353747

Website

Alerts

Be the first to know and let us send you an email when Quba Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Quba Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category