14/08/2026
3–6 aylıq körpələrdə peyvəndləmə sağlam gələcəyin təməlidir.
Körpənin həyatının ilk ayları onun immun sisteminin formalaşması baxımından ən həssas dövrlərdən biridir. Bu dövrdə aparılan peyvəndlər uşaqları bir çox ağır və həyati təhlükə yarada bilən yoluxucu xəstəliklərdən qoruyur, sağlam böyümə və inkişafına dəstək olur.
3–6 aylıq dövrdə Milli Peyvənd Təqviminə əsasən aşağıdakı peyvəndlər tətbiq edilir:
💉 Difteriya – tənəffüs yollarını zədələyən və ciddi fəsadlara səbəb ola bilən infeksiyadan qoruyur.
💉 Tetanus – sinir sistemini zədələyən, əzələ spazmlarına səbəb olan təhlükəli xəstəliyin qarşısını alır.
💉 Göyöskürək – xüsusilə körpələrdə ağır keçən və nəfəsalma çətinliyi yaradan infeksiyaya qarşı müdafiə yaradır.
💉 Hepatit B – qaraciyəri zədələndirən virus infeksəsindən qoruyur və gələcəkdə xroniki qaraciyər xəstəliklərinin riskini azaldır.
💉 Haemophilus influenzae tip b (Hib) – meningit, pnevmoniya və digər ağır bakterial infeksiyaların qarşısını almağa kömək edir.
💉 Poliomielit (uşaq iflici) – ömürlük iflicə səbəb ola bilən virus xəstəliyindən qoruyur.
💉 Pnevmokok – pnevmoniya, qulaq iltihabı, meningit və qan infeksiyası kimi ağır xəstəliklərin yaranma riskini azaldır.
📌 Peyvəndlər yalnız peyvənd olunan uşağı deyil, həm də cəmiyyətdə infeksiyaların yayılmasının qarşısını almaqla digər uşaqların və həssas insanların sağlamlığının qorunmasına xidmət edir.
✅ Valideynlərə tövsiyə olunur ki, uşaqların peyvəndlərini Milli Peyvənd Təqviminə uyğun, vaxtında etdirsinlər və hər hansı sual yarandıqda ailə həkimi və ya pediatrla məsləhətləşsinlər. Vaxtında vurulan hər bir peyvənd sağlam uşaqlıq, sağlam ailə və sağlam cəmiyyət deməkdir.