Sabirabad Rayon Mərkəzi Xəstəxanası

Sabirabad Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilibTƏBİB tabeli tibb müəssisələrində vətəndaşların ...
25/08/2026

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

TƏBİB tabeli tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və növbələrin daha səmərəli idarə olunması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb.

Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.

Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir. Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.

Onlayn növbə sisteminin tətbiqi pasiyent axınının daha səmərəli idarə olunmasına, gözləmə müddətinin azaldılmasına, həkimlərin iş yükünün optimallaşdırılmasına və tibbi xidmətlərə müraciət prosesinin daha rahat təşkilinə yönəlir.

25/08/2026
24/08/2026

Uşaqların peyvəndlənməsi prosesi ilə bağlı hazırladığımız video reportajı təqdim edirik. 🎥👶💉
Peyvəndlənmə uşaqların sağlamlığının qorunmasında və bir sıra yoluxucu xəstəliklərdən müdafiəsində mühüm rol oynayır. Valideynlərin peyvənd təqviminə uyğun olaraq uşaqlarını vaxtında peyvənd etdirmələri vacibdir.

Video reportajımızda peyvəndlənmə prosesi, peyvəndlərin əhəmiyyəti və valideynlər üçün faydalı məlumatlar təqdim olunur.

📌 Övladınızın peyvəndlərini vaxtında etdirin – sağlam gələcək üçün bu gün addım atın!

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərən...
20/08/2026

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Daha ətraflı: https://president.az/az/articles/view/73301

🚑 Təcili yardımı nə vaxt çağırmalı, nə vaxt çağırmamalı?Vaxtınızı və resursları düzgün istifadə edin
20/08/2026

🚑 Təcili yardımı nə vaxt çağırmalı, nə vaxt çağırmamalı?
Vaxtınızı və resursları düzgün istifadə edin

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Göstərilən xidmətlərlə bağlı rəy və təklif...
20/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır._

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

TƏBİB və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında görüş keçirilibGörüşdə TƏBİB-in İcraçı ...
19/08/2026

TƏBİB və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında görüş keçirilib

Görüşdə TƏBİB-in İcraçı direktoru Anar Bayramov, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç və digər əməkdaşlar iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Belarus arasında tibb sahəsində əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 3–6 aylıq körpələrin peyvəndlənməsi müvafiq peyvənd təqviminə uyğun şəkildə həyat...
17/08/2026

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 3–6 aylıq körpələrin peyvəndlənməsi müvafiq peyvənd təqviminə uyğun şəkildə həyata keçirilir.👶💉

Peyvəndlər körpələri bir sıra təhlükəli və yoluxucu xəstəliklərdən qorumağın ən effektiv yollarından biridir. Peyvəndlərin vaxtında aparılması uşağın sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.

❗ Peyvənd olunmayan uşaqlarda yoluxucu xəstəliklərə tutulma, xəstəliyin ağır keçməsi və ciddi fəsadların yaranması riski arta bilər.
👨‍👩‍👧 Valideynlərdən körpələrinin peyvəndlərini vaxtında etdirmələri və peyvənd təqviminə riayət etmələri xahiş olunur.

📍 Sabirabad Rayon Mərkəzi Xəstəxanası
UşaqSağlamlığı

❗️Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin BİRGƏ MƏLUMATISamux ra...
13/08/2026

❗️Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin BİRGƏ MƏLUMATI

Samux rayonu üzrə qeydə alınan qarayara ilə bağlı ilkin araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib.

🔗 Daha ətraflı: https://tabib.gov.az/media/press-reliz/214

✅Ürək-damar sağlamlığınızı qorumaq üçün xolesterin səviyyənizi nəzarətdə saxlayın.
12/08/2026

✅Ürək-damar sağlamlığınızı qorumaq üçün xolesterin səviyyənizi nəzarətdə saxlayın.

Address

Qalaqayin Kəndi Heydər Əliyev Pr/97
Sabirabad
AZ5400

Website

Alerts

Be the first to know and let us send you an email when Sabirabad Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sabirabad Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share