Narmina diets

Narmina diets Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Narmina diets, Doctor, Sheki.

Harvard boşqabı sağlam qidalanmanı daha aydın qurmaq üçün sadə vizual modeldir.Boşqabın yarısını tərəvəz və meyvə, dördd...
31/08/2026

Harvard boşqabı sağlam qidalanmanı daha aydın qurmaq üçün sadə vizual modeldir.
Boşqabın yarısını tərəvəz və meyvə, dörddə birini protein, dörddə birini isə tam taxıllar təşkil edir. Su əsas içki seçimi, bitki yağları isə ölçülü şəkildə istifadə oluna bilər.

Birincili yumurtalıq çatışmazlığı (POI) yalnız aybaşıların dayanması demək deyil. Estrogen çatışmazlığı sümük, ürək-dama...
21/08/2026

Birincili yumurtalıq çatışmazlığı (POI) yalnız aybaşıların dayanması demək deyil. Estrogen çatışmazlığı sümük, ürək-damar sistemi və ümumi sağlamlığa təsir edə bilər. Buna görə vaxtında diaqnostika və düzgün seçilmiş hormon terapiyası çox vacibdir.

Идея была отличная. Особенно до того момента, пока не пришлось идти вверх. 😂Рюкзак тяжёлый.Подъём бесконечный.Погода реш...
11/08/2026

Идея была отличная. Особенно до того момента, пока не пришлось идти вверх. 😂
Рюкзак тяжёлый.
Подъём бесконечный.
Погода решила показать весь ассортимент.
В какой-то момент ты уже не любуешься горами, а ведёшь с ними личные переговоры.
Но есть у меня эта странная любовь: добровольно идти туда, где тяжело, холодно и временами возникает вопрос: «Нармина, тебе дома плохо сиделось?» 😅
А потом смотришь вокруг — и понимаешь:
нет. Не сиделось. И правильно.
Шахдаг ❤️⛰️

Məni daha yaxından tanımaq üçün bir neçə fakt 😊Sağlam həyat tərzi mənim üçün sadəcə tövsiyə deyil, həyat tərzidir.Müntəz...
13/06/2026

Məni daha yaxından tanımaq üçün bir neçə fakt 😊
Sağlam həyat tərzi mənim üçün sadəcə tövsiyə deyil, həyat tərzidir.
Müntəzəm idman edirəm, dağ yürüşlərini sevirəm və aktiv həyat sürməyə çalışıram. Pasiyentlərimə tövsiyə etdiyim prinsipləri ilk növbədə özüm tətbiq edirəm.
📍Şəkildə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü (4466 m).
Bu yüksəliş mənə bir daha göstərdi ki, həm dağa qalxmaq, həm də sağlamlığa gedən yol səbir, intizam və davamlılıq tələb edir.
Həyatda da, tibbdə də böyük nəticələr kiçik addımlarla başlayır. 💙🏔️

Niyə dəmir orqanizm üçün bu qədər vacibdir?”🔴 Dəmir – enerji mənbəyidir! Niyə buna məhəl qoyula bilməz?Özünüzü daim yorğ...
30/03/2025

Niyə dəmir orqanizm üçün bu qədər vacibdir?”

🔴 Dəmir – enerji mənbəyidir! Niyə buna məhəl qoyula bilməz?

Özünüzü daim yorğun hiss edirsiniz? Gücsüzlük, başgicəllənmə və ya dırnaqların qırılması? Ola bilsin ki, orqanizminizdə dəmir çatışmazlığı var.

✅ Dəmir nə üçün vacibdir?
– Oksigeni orqanlara və toxumalara daşıyır.
– Enerji istehsalında iştirak edir.
– İmmuniteti gücləndirir.
– Dərinin, saçın və dırnaqların sağlamlığına təsir göstərir.

❌ Dəmir çatışmazlığı nəyə səbəb olur?
– Xroniki yorğunluq.
– Saç tökülməsi və dırnaqların qırılması.
– Solğun dəri, başgicəllənmə, təngnəfəslik.
– Diqqət və konsentrasiya problemləri.

💡 Dəmir səviyyəsini necə öyrənmək olar?
Qan analizləri vermək: ferritin, serum dəmiri, serumun ümumi dəmir bağlama qabiliyyəti (TIBC)

Dəmir çatışmazlığına laqeyd yanaşmayın! Növbəti postlarda hansı qidaların bu çatışmazlığı aradan qaldıracağını və əlavə dəmir qəbulunun qaydalarını izah edəcəyəm.

Hestasiya dövrü diabeti: ana olmağa hazırlaşanlar üçün vacib faktlar! 🤰 Bu gün sizə hestasiya diabeti haqda danışmaq ist...
23/06/2023

Hestasiya dövrü diabeti: ana olmağa hazırlaşanlar üçün vacib faktlar! 🤰

Bu gün sizə hestasiya diabeti haqda danışmaq istəyirəm - hamilə qadınlarda təsadüf edilə bilən vəziyyətdir. Gəlin bu xəstəliyin əsas aspektlərini araşdıraq.

🔸 Hestasiya dövrü diabeti nədir? Hestasya diabeti bəzi qadınlarda hamiləlik dövründə yaranan diabet formasıdır. Bu, qanda şəkərin tənzimlənmə pozulması ilə bağlıdır və xüsusi diqqət və nəzarət tələb edir.

🔸 Hestasiya diabetinin hansı simptomları var? Çox vaxt onun simptomi olmur, bu səbəbdən də hamiləlik vaxtı mütəmadi olaraq tibbi müayinələrdən keçmək vacibdir. Bəzi hallarda qadınlar tez-tez sidiyə gedə bilər, daim susuzluq hiss edər və ya səbəbsiz arıqlayar.

🔸 Hestasiya diabeti uşağa necə təsir edə bilər? Gecikmiş və ya yarımçıq aparılmış müalicə dölün inkişafına təsir edə bilər, vaxtından tez doğuşun və iri döl riskini artırar və ya körpənin sağlamlığında müxtəlif problem yarada bilər.

🔸 Hestasiya diabetinin diaqnozu necə qoyulur və müalicəsi necə aparılır? Hestasiya diabetinin diaqnostikası üçün hamiləliyin 24-28-ci həftələrində qanda şəkərin səviyyəsinin yoxlamaq üçün xüsusi test aparılır. Əgər sizə hestasiya diabeti diaqnozu qoyulubsa panikaya qapılmayın!

Əksər hallarda onu düzgün qidalanma, fiziki aktivlik, bəzi hallarda isə həkimin təyin etdiyi preparatlarla uğurla nəzarətə almaq olur.
Unutmayın ki, hestasiya diabeti - müvəqqəti haldır və düzgün müalicə və baxımla siz və körpəniz minimum fəsadlarla bu dövrdən keçə bilərsiniz.
Sizə sağlam və uğurlu hamiləlik arzulayıram! 🌸💕

🔗SMM by

Address

Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Narmina diets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category