22/08/2026
ALT / AST nisbəti
ALT (alaninaminotrasferaza)
Qaraciyərin ferment aktivliyi olub qaraciyər sınaqlarından biridir. ALT qaraciyərin toksik (dərman, alkoqol, reaktiv və s.) infeksion zədələnmələrində qanda normadan artıq olur. ALT daha spesifik ferment hesab edilir və onun artması qaraciyərin zədələnməsinin baş verməsindən xəbər verir.
Plazmada ALT səviyyəsinin azalma isə böyrək çatışmazlığı, piridoksin çatışmazlığı, təkrar hemodializ prosedurlarından sonra və hamilə qadınlarda mümkündür.
AST(asparatataminotransferaza) fermenti həm qaraciyərdə, həm də ürək, əzələ, böyrək, beyin, qırmızı qan hüceyrələrində istehsal edilir. ALT isə demək olar ki, yalnız qaraciyərdə istehsal olur.
AST ayrılıqda ürək sınağı sayılsa da ALT/AST nisbəti qaraciyərin toksik zədələnməsinə işarədir.ALT/AST nisbəti 1000 vahid/L olan səviyyəsi ağır qaraciyər nekrozu və ya fulminant qaraciyər çatışmazlığına dəlalət edir.
Əsas səbəblər:
* Spirtli içkilərdən istifadə edənlərdə (alkaqol hepatit və alkoqol sirrozu) AST/ALT nisbəti >2-dən çox olur və adətən AST