Sumqayıt Tibb Mərkəzi

Sumqayıt Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

03/08/2026
Yenidoğulmuşlar üçün peyvəndlər və onların əhəmiyyətiYenidoğulmuş dövründə vurulan peyvəndlər körpəni həyatı üçün təhlük...
03/08/2026

Yenidoğulmuşlar üçün peyvəndlər və onların əhəmiyyəti

Yenidoğulmuş dövründə vurulan peyvəndlər körpəni həyatı üçün təhlükəli yoluxucu xəstəliklərdən qorumağın ən etibarlı üsuludur. Doğuşdan sonra tətbiq olunan BCG və Hepatit B peyvəndləri immun sisteminin erkən qorunmasına kömək edir. Bu peyvəndlər vərəm və hepatit B kimi ağır fəsadlar törədə bilən xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Peyvəndlər uşağın immunitetini formalaşdıraraq gələcəkdə xəstəliklərə qarşı davamlılığını artırır. Vaxtında aparılan peyvəndləmə həm uşağın, həm də cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir.

Elmi araşdırmalar göstərir ki, peyvəndlər təhlükəsizdir və onların faydası mümkün yan təsirlərdən qat-qat üstündür. Peyvənddən sonra yüngül qızdırma və ya iynə yerində qızartı kimi reaksiyalar normal hesab olunur və adətən qısa müddətdə keçir.

Peyvənd təqviminə riayət etmək uşağın sağlam inkişafı üçün vacib şərtlərdən biridir. Valideynlər peyvəndlərlə bağlı qərar verərkən etibarlı məlumat mənbələrinə və pediatrın tövsiyələrinə əsaslanmalıdırlar.

Unutmayaq ki, vaxtında vurulan hər bir peyvənd körpəmizə daha sağlam və təhlükəsiz gələcək bəxş edən ən dəyərli hədiyyələrdən biridir.

03/08/2026
01/08/2026

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

31/07/2026

Hepatit B və C haqqında düzgün məlumatlanmaq, vaxtında müayinədən keçmək və zəruri hallarda müalicəyə başlamaq minlərlə insanın həyatında fərq yaradır.

❗️Özünüzün və yaxınlarınızın sağlamlığı üçün gecikməyin.

29/07/2026

❗️ Diabetin gizli forması: LADA

LADA – (Latent Autoimmune Diabetes in Adults) ilk baxışda 2-ci tip diabetə bənzəsə də, əslində autoimmun mənşəli və yavaş inkişaf edən diabet növüdür. Buna görə də çox vaxt gec aşkarlanır.

🔎 Xüsusilə:

• 30 yaşdan sonra diabet diaqnozu alanlar;
• Normal və ya arıq çəkidə olub şəkəri yüksələnlər;
• Ailəsində autoimmun xəstəlik olanlar;
• Qan şəkəri qısa müddətdə sürətlə yüksələnlər diqqətli olmalıdır.

🩺 Erkən diaqnoz düzgün müalicə və xəstəliyə nəzarət üçün vacibdir.

👉 Diabetinizin növünü dəqiqləşdirmək və vaxtında tədbir görmək üçün həkimə müraciət edin!

Address

Heydər Əliyev Prospekti, 7, AZ5000
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sumqayıt Tibb Mərkəzi:

Shortcuts

Share