Ucar Rayon Mərkəzi Xəstəxanası

Ucar Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

✅Ürək-damar sağlamlığınızı qorumaq üçün xolesterin səviyyənizi nəzarətdə saxlayın.
12/08/2026

✅Ürək-damar sağlamlığınızı qorumaq üçün xolesterin səviyyənizi nəzarətdə saxlayın.

🤱Hər il avqust ayının 1-dən 7-dək dünyanın 120-dən çox ölkəsində Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi qeyd olunur...
04/08/2026

🤱Hər il avqust ayının 1-dən 7-dək dünyanın 120-dən çox ölkəsində Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi qeyd olunur.

Bu tədbirin əsas məqsədi ana südü ilə qidalandırmanın uşaq sağlamlığı və inkişafındakı rolu barədə ictimaiyyətin məlumatlılığının artırılması, habelə əmizdirən analara dəstəyin gücləndirilməsidir.

📌 Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in tövsiyələrinə əsasən:

• Doğuşdan sonrakı ilk saatda ana südü ilə qidalandırmaya başlanılması
• Həyatın ilk 6 ayı ərzində yalnız ana südü ilə qidalandırma
• 6 aydan sonra əlavə qidanın tətbiqi ilə yanaşı, ana südü ilə qidalandırmanın 2 yaşa və ondan sonra da davam etdirilməsi uşağın sağlam böyüməsi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Ana südü ilə qidalandırma ilə bağlı suallarınız olduqda tibb müəssisələrinin mütəxəssislərinə müraciət edə bilərsiniz.

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də q...
28/07/2026

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!

💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də qoşulun!

Əziz media nümayəndələri, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirik!
22/07/2026

Əziz media nümayəndələri, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirik!

Ümumdünya Hepatit Gününə həsr olunmuş "Hepatit: Xəbərdar ol, sağlam qal!" kampaniyası çərçivəsində Ümumdünya Səhiyyə Təş...
21/07/2026

Ümumdünya Hepatit Gününə həsr olunmuş "Hepatit: Xəbərdar ol, sağlam qal!" kampaniyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onlayn tok-şou təşkil edir.

Tədbirdə hepatitin aradan qaldırılması istiqamətində qlobal səylər, ÜST-nin Qlobal Hepatit Hesabatının əsas nəticələri, profilaktika, test və müalicə xidmətlərinə bərabər çıxış, eləcə də bu sahədə əməkdaşlıq və investisiyaların əhəmiyyəti müzakirə olunacaq.

Tok-şou canlı yayımlanacaq və iştirakçılar suallarını real vaxt rejimində ünvanlandıra biləcəklər.

Tədbirə qoşulmaq üçün qeydiyyat linki: https://who.zoom.us/webinar/register/WN_KDnyX233Sw-B4RmIePvm7A #/registration

📲Yalnız “mygov” mobil tətbiqi vasitəsilə onlayn növbə əldə edin!Son günlər TƏBİB-in tabeliyində fəaliyyət göstərən bəzi ...
18/07/2026

📲Yalnız “mygov” mobil tətbiqi vasitəsilə onlayn növbə əldə edin!

Son günlər TƏBİB-in tabeliyində fəaliyyət göstərən bəzi tibb müəssisələrinə onlayn növbə götürülməsi ilə bağlı qeyri-rəsmi platformalara rast gəlinir.

❗️Xatırladırıq ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həkim qəbuluna onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilir.

Suveren, müstəqil ölkəmizin hər bir nöqtəsində xidmət aparan və asayişin təminatçıları olan polis əməkdaşlarını təbrik e...
02/07/2026

Suveren, müstəqil ölkəmizin hər bir nöqtəsində xidmət aparan və asayişin təminatçıları olan polis əməkdaşlarını təbrik edirik!

Vətənin müstəqilliyi və suverenliyi naminə daim keşiyimizdə dayanan, lazım gəldikdə canını belə fəda etməyə hazır olan q...
26/06/2026

Vətənin müstəqilliyi və suverenliyi naminə daim keşiyimizdə dayanan, lazım gəldikdə canını belə fəda etməyə hazır olan qəhrəman hərbçilərimiz!

Sizin şücaətiniz, qətiyyətiniz və vətənə sədaqətiniz xalqımızın qürur mənbəyidir.

Bayramın mübarək, Azərbaycan əsgəri! 🇦🇿

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə həyatımızın və sağlamlığımızın keşiyində dayanan bütün tibb iş...
17/06/2026

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə həyatımızın və sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini təbrik edirik.

İnsan sağlamlığının keşiyində dayanan tibb işçiləri öz peşəkarlıqları, məsuliyyətləri və fədakar əməkləri ilə cəmiyyətin rifahına mühüm töhfə verirlər. Onların gecə-gündüz göstərdikləri xidmət insanların sağlamlığının qorunmasına, həyat keyfiyyətinin yüksəldilməsinə və gələcəyə inamın möhkəmlənməsinə xidmət edir.

Sizin sağlamlığınız və rifahınız minlərlə insanın sağlamlığı, ümidi deməkdir.

Peşə bayramınız mübarək!

🇦🇿15 İyun – Milli Qurtuluş Günüdür.Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və güclü dövlətçilik ənənələrinin tə...
15/06/2026

🇦🇿15 İyun – Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və güclü dövlətçilik ənənələrinin təcəssümüdür. Bu gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkəmizə davamlı inkişaf, rifah və tərəqqi arzulayırıq.

Address

Ucar
6100

Alerts

Be the first to know and let us send you an email when Ucar Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ucar Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category