18/08/2026
0–3 Ayınadək olan yenidoğulmus və körpələrdə aparılan peyvəndlər və qoruduğu xəstəliklər.
Körpənin həyatının ilk üç ayı onun immunitet sisteminin formalaşması üçün ən məsuliyyətli dövrdür. Milli Peyvənd Təqviminə əsasən, bu dövrdə vurulan peyvəndlər uşaqları infeksion xəstəliklərdən qoruyur.
1. Doğum Evində
Vərəm (BCG)* : Yenidoğulmuşun həyatının ilk 12 saati ərzində vurulur. Bu peyvənd uşağı vərəm xəstəliyinin ağır, həyat üçün təhlükəli formalarından (məsələn, vərəm meningiti) qoruyur.
2. Hepatit B (1-ci doza):* Həyatın ilk 12 saattı ərzində olunur. Qaraciyərin ağır zədələnməsinə, xroniki hepatitə və gələcəkdə qaraciyər sirrozuna səbəb ola biləcək Hepatit B virusuna qarşı immunitet yaradır.
3. 2 aylıq tamam olduqda uşağa kombinə olunmuş 6 xəstəliyə qarsı olan *HEXAXİM peyvəndi* (Göyöskürək, Difteriya, Tetanus, Hepatit B, ,Hib Poliomielit) vurulur
3 Pnevmokok peyvəndi də körpənin iki ayı tamam olanda vurulur.
Bu vaksinlər aşağıdakı xəstəliklərin qarşısını alır:
1.DİFTERİYA*
: Nəfəs yollarının ağır zədələnməsi, boğulma və ürək əzələsinin zədələnməsi ilə nəticələnə bilən infeksiya.
2.TETANUS*
Zədələnmiş dəri və yaralardan bədənə keçən, şiddətli əzələ qıcolmaları və tənəffüs iflicinə səbəb olan ağır xəstəlik.
3. GÖYÖSKÜRƏK*
: Xüsusilə körpələrdə uzunmüddətli, boğucu öskürək tutmaları və tənəffüsün dayanması ilə nəticələnə bilən təhlükəli yoluxucu xəstəlik.
4. Hepatit B (2-ci doza)* : Viruslu hepatit B-yə qarşı müdafiəni möhkəmləndirir.
5. Hemofilus İnfuenza Tip B (Hib)* : Körpələrdə meningit (beyin qişasının iltihabı), pnevmoniya (ətraf ağciyər iltihabı) və ağır tənəffüs yolu infeksiyalarına səbəb olan bakteriyadan qoruyur.
6. Poliomielit (İPV - İnaktivləşdirilmiş poliomielit vaksini* ): Onurğa beynini zədələyərək ömürlük şikəstliyə (iflicə) səbəb olan poliomielit virusunun qarşısını alır.
*Pnevmokok İnfeksiyası (1-ci doza)* :
Pnevmoniya (ağciyər iltihabı), orta qulaq iltihabı (otit), sepsis və meningit kimi ağır bakterial xəstəliklərdən müdafiə edir.
İlk 3 ayda aparılan immunizasiya körpənin orqanizmində güclü antitel cavabı yaradaraq onu ətraf mühitdəki ən təhlükəli infeksiyalardan etibarlı şəkildə qoruyur.