EuroMed tibb merkezi

EuroMed tibb merkezi . Euromed Tibb Mərkəzi. � (055) 300 95 98 � Cavadxan 17 A, Bakı

Ağız qoxusu (halitoz) çox vaxt diş və diş əti problemlərindən qaynaqlansa da, hər zaman dişlərlə bağlı olmaya bilər.Mədə...
24/11/2025

Ağız qoxusu (halitoz) çox vaxt diş və diş əti problemlərindən qaynaqlansa da, hər zaman dişlərlə bağlı olmaya bilər.

Mədə və həzm sistemi problemləri:

Qastrit, reflü və ya helikobakter infeksiyası ağızda xoşagəlməz qoxuya səbəb ola bilər

Burun və boğaz xəstəlikləri:

- Xroniki sinusit, badamcıq iltihabı (tonzillit) və ya burun axıntısı (postnazal drip) ağızda bakteriya yığılmasına gətirib çıxarır

Quru ağız (ağız quruluğu - kserostomiya)

- Ağızda tüpürcək çatışmazlığı bakteriyaların çoxalmasına şərait yaradır.

- Quru ağız stress, bəzi dərmanlar və ya az su içməkdən də qaynaqlana bilər

Qidalanma və həyat tərzi:

- Soğan, sarımsaq, kofe, siqaret, spirt kimi faktorlar qoxuya səbəb olur

Ümumi sağlamlıq problemləri:

- Qan şəkərinin yüksək olması (diabetdə "aseton" qoxusu), böyrək və qaraciyər xəstəlikləri də ağız qoxusu yarada bilər.

Milli Dirçəliş Günü xalqımızın azadlıq ruhunun, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəmzidir. Müstəqil Azərbayca...
17/11/2025

Milli Dirçəliş Günü xalqımızın azadlıq ruhunun, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəmzidir. Müstəqil Azərbaycanımızın gələcəyi daim işıqlı, xalqımızın birlik və əzmi möhkəm olsun.

Milli Dirçəliş Günümüz mübarək!

Stres - təkcə beynimizə deyil, mədəmizə də təsir edir!Davamlı gərginlik, əsəb və narahatlıq zamanı bədəndə stress hormon...
01/11/2025

Stres - təkcə beynimizə deyil, mədəmizə də təsir edir!

Davamlı gərginlik, əsəb və narahatlıq zamanı bədəndə stress hormonları (kortizol) artır.

Bu isə:

Mədə turşuluğunun çoxalmasına,

Qıcqırma və ağrılara,

Hətta xora və qastrit kimi problemlərə səbəb ola bilər.

Stresi idarə et, mədəni qoru!

Qlaukoma - ya da gözdaxili təzyiqin yüksəlməsi - adətən simptomsuz başladığı üçün "səssiz görmə oğrusu" adlandırılır. Er...
22/10/2025

Qlaukoma - ya da gözdaxili təzyiqin yüksəlməsi - adətən simptomsuz başladığı üçün "səssiz görmə oğrusu" adlandırılır. Erkən mərhələlərdə xəstə heç bir ağrı və ya görmə itkisi hiss etmir, lakin xəstəlik tədricən görmə sinirini zədələyərək geri dönməz görmə itkilərinə səbəb olur. Müalicə olunmadıqda isə nəticə tam korluq ola bilər. Məhz bu səbəbdən qlaukoma həm səssiz bir risk daşıyır, həm də ciddi nəticələrə yol aça bilir. Vaxtaşırı göz dibi və göz daxili təzyiqin yoxlanması erkən diaqnoz və görmənin qorunması üçün həyati əhəmiyyət daşıyır.

İdman - sağlam həyatın açarıdır! Lakin hər hərəkət ürəyimiz üçün doğru deyil. Xüsusilə yaş artdıqca və ya yüksək təzyiq,...
16/10/2025

İdman - sağlam həyatın açarıdır! Lakin hər hərəkət ürəyimiz üçün doğru deyil. Xüsusilə yaş artdıqca və ya yüksək təzyiq, xolesterol, şəkər kimi risk faktorları olduqda, idman öncəsi ürək-damar müayinəsi mütləqdir.

🫀Ürəyini yoxla, sonra idmana başla!

Cinsi yolla keçən infeksiyalar təhlükəlidir və vaxtında müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilə...
15/09/2025

Cinsi yolla keçən infeksiyalar təhlükəlidir və vaxtında müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu infeksiyalar müalicə edilmədikdə aşağıdakı risklər yarana bilər:

✅Qadınlarda və kişilərdə sonsuzluq (infertilitet)

✅Uşaqlıq borularının zədələnməsi, endometrit və uşaqlıq xaricində hamiləlik

✅Xroniki ağrılar və iltihablar

✅Yeni doğulmuşlarda ağır infeksiyalar və doğuş zamanı komplikasiyalar

İmmunitet sisteminin zəifləməsi və digər xəstəliklərə qarşı həssaslığın artmasıBəzi cinsi yolla keçən infeksiyalar məsələn HPV, xərçəng riskini artırır.Cinsi yolla keçən infeksiyaların qarşısını almaq üçün müntəzəm tibbi müayinə, təhlükəsiz cinsi münasibətlər və vaxtında müalicə vacibdir.

Əlavə suallarınız və ya müayinələr üçün mərkəzimizə müraciət edə bilərsiniz

Vitamin D orqanizmin immun sistemini gücləndirir, sümüklərin möhkəmliyini təmin edir və əzələlərin sağlam fəaliyyəti üçü...
20/08/2025

Vitamin D orqanizmin immun sistemini gücləndirir, sümüklərin möhkəmliyini təmin edir və əzələlərin sağlam fəaliyyəti üçün vacibdir. Günəş şüaları bu vitaminin əsas təbii mənbəyidir. D vitamini çatışmazlığı yorğunluq, əzələ zəifliyi və immun sistemin zəifləməsi kimi problemlərə səbəb ola bilər.

Vitamin D-nin faydaları:

İmmunitetin gücləndirilməsi

Sümük və diş sağlamlığının qorunması

Depressiya və əhval pozuntularının azalması

Ürək-damar xəstəlikləri riskinin azaldılması

Gündəlik günəş vannası qəbul edin, D vitamini ilə zəngin qidalar (yumurta sarısı, balıq, süd məhsulları) istifadə edin və ehtiyac olduqda həkim məsləhəti ilə əlavə preparatlar qəbul etməyiniz tövsiyə olunur.

Spermoqramma analizi kişilərin reproduktiv sağlamlığını qiymətləndirən bir testdir. Bu testdən əvvəl dəqiq nəticələr əld...
13/08/2025

Spermoqramma analizi kişilərin reproduktiv sağlamlığını qiymətləndirən bir testdir. Bu testdən əvvəl dəqiq nəticələr əldə etmək üçün müəyyən hazırlıq qaydalarına riayət etmək vacibdir.

Cinsi əlaqə: Sperma sayını dəqiq ölçmək üçün testdən əvvəl ən az 2-5 gün cinsi əlaqə çəkinmək lazımdır

Alkoqoldan və siqaretdən qaçınmaq

- İsti mühitlərdən qaçınmaq (isti vannalar, saunalar) qaçınılmaq

Dərman istifadəsi

- Psixoloji hazırlıq: Stres və narahatlıq sperma keyfiyyətinə mənfi təsir göstərə biləcəyi üçün test zamanı rahat olmaq vacibdir.

Bu qaydalara uyğunluq spermoqramma testinin dəqiq və etibarlı nəticələr verməsini təmin edir.

Təzyiq dərmanı hər gün içilsə də, təzyiq normallaşmırsa, bu, təkrar yoxlanmalı ciddi problemdir.Səbəblər:✅Düzgün dərman ...
06/08/2025

Təzyiq dərmanı hər gün içilsə də, təzyiq normallaşmırsa, bu, təkrar yoxlanmalı ciddi problemdir.

Səbəblər:

✅Düzgün dərman seçilməməsi və ya dərman təsirini azaldan başqa preparatlar.

✅Təzyiqin düzgün ölçülməməsi (cihazın düzgün İşləməməsi, qolun ölçüsü, ölçmə qaydası).

✅Çox duzlu və işlənmiş qidaların qəbulu.

Artıq çəki, hərəkətsizlik və siqaret vərdişləri.

✅Tiroid, böyrək xəstəlikləri, yuxu apnoesi kimi başqa xəstəliklər.

✅Özünüzə qarşı daha diqqətli olun. Zamanında həkim müayinələrindən keçməyiniz tövsiyə olunur.

İnsulin müqaviməti hüceyrələrin insulina cavab verməməsi halıdır. Bu, qanda şəkərin yüksəlməsinə səbəb olur. Əsas səbəbl...
30/07/2025

İnsulin müqaviməti hüceyrələrin insulina cavab verməməsi halıdır. Bu, qanda şəkərin yüksəlməsinə səbəb olur. Əsas səbəbləri: artıq çəki, azhərəkətli həyat, p*s qidalanma, genetik meyl, stress, yuxusuzluq və bəzi hormon pozğunluqlarıdır.
Əgər tez-tez aclıq hissi, yorğunluq, çəki artımı və şəkərli qidalara həddindən artıq istək hiss edirsinizsə, bu insulin müqavimətinin əlaməti ola bilər.

Müayinədən keçmək və düzgün yönləndirilmə üçün Euromed klinikası yanınızdadır.

Gözləriniz sizin dünyaya açılan pəncərənizdir.Onlara yaxşı baxın:Ekran qarşısında fasilə verin - hər 20 dəqiqədən bir 20...
25/07/2025

Gözləriniz sizin dünyaya açılan pəncərənizdir.Onlara yaxşı baxın:

Ekran qarşısında fasilə verin - hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxın.

Gün eynəyi taxın - UV şüalarından qoruyur.

Sağlam qidalanın - A, C, E vitaminləri və omega-3 gözü qoruyur.

Göz gigiyenasına əməl edin - gözünüzü çirkli əllə ovmayın.

Müntəzəm göz müayinəsi - ildə bir dəfə oftalmoloqa gedin.

Göz sağlamlığınız sizin əlinizdədir!

Stres uzun müddət kortizolu artırır, kortizol iştahı və şəkər istəyini yüksəldir, nəticədə qarın nahiyəsində yağlanma ar...
21/07/2025

Stres uzun müddət kortizolu artırır, kortizol iştahı və şəkər istəyini yüksəldir, nəticədə qarın nahiyəsində yağlanma artır. Həmçinin damarları daraldır, sodyumu tutur və qan təzyiqi yüksəlir. Az hərəkət, yuxusuzluq, zəif stres idarəsi və hormon balanssızlığı da vəziyyəti ağırlaşdırır.

Stresi idarə etmək üçün meditasiya, yoga, nəfəs məşqləri edin, 7-8 saat yatın, gündəlik fiziki aktiv olun, sağlam sosial əlaqələr saxlayın və şəkər, kafeindən uzaq durun. Unutmayın, piylənmə və təzyiqlə mübarizə yalnız pəhriz deyil, həyat tərzi dəyişikliklərini tələb edir. Kortizolu azaltmaq həm arıqlamağa, həm də təzyiqi normallaşdırmağa kömək edir.

Adresse

Nəsimi Rayonu, Cavadxan Küç. 17a
Baku

Heures d'ouverture

Lundi 09:00 - 17:00
Mardi 09:00 - 18:00
Mercredi 09:00 - 18:00
Jeudi 09:00 - 17:00
Vendredi 09:00 - 17:00
Samedi 09:00 - 18:00
Dimanche 09:00 - 17:00

Téléphone

+994553009598

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque EuroMed tibb merkezi publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter La Pratique

Envoyer un message à EuroMed tibb merkezi:

Raccourcis

Partager