Psixoloq Firuzə Qənizadə

Cómo llegar Contactar con el consultorio

Psixoloq Firuzə Qənizadə 💡Psyche_logic
Online və üz-üzə seanslar üçün⬇️
📲 +994 77 634 77 70 (WhatsApp)

Bəzən psixoterapiyaya müraciət edən şəxslərdə belə bir sual yarana bilir: "Mən pul ödəməsəydim, bu insan məni dinləyərdi...
30/09/2026

Bəzən psixoterapiyaya müraciət edən şəxslərdə belə bir sual yarana bilir: "Mən pul ödəməsəydim, bu insan məni dinləyərdimi?"

Bir klinik psixoloq olaraq deyə bilərəm ki, seans ödənişi terapevtik çərçivənin ən vacib sütunudur.

Hətta uşaq psixoanalizində də uşağın məsuliyyəti hiss etməsi üçün ondan seansa konfet gətirməsi istənilirdi. Çünki:

- Ödəniş şəxsi azad edir: Psixoterapevtə emosional borcu qalmır. İstədiyi an narazılığını bildirə, hisslərini açıq deyə bilir.
- Məsuliyyəti artırır: Kənardan kömək gözləmək əvəzinə öz dəyişikliyinə şəxsi investisiya qoymaq.
- Sərhəd qoyur: Terapiya otağındakı münasibəti dostluqdan fərqləndirən və hər iki tərəfi peşəkar rolda saxlayan ən aydın xəttdir.

Psixoloji dəstək almaq hər bir fərdin haqqıdır. Maddi imkanı məhdud olan şəxslər bu xidməti dövlət müəssisələrindən pulsuz ala bilərlər.

Şəxsi təcrübəmə gəldikdə isə işlədiyim 8 il boyunca hər zaman azı 1 pasiyentlə ödənişsiz terapiya prosesimiz olub və davam edir. Bu bir mütəxəssis olaraq mənim cəmiyyətə mənəvi borcum və peşəkar sosial məsuliyyətimdir.

Paixoterapevt ödənişi pasiyentə duyduğu empatiyaya görə yox, emosional məkanı təhlükəsiz, peşəkar və etik saxlamaq üçün alır.

4 il əvvəl səhifəmdə çalışma sahələrim haqqında bənzər bir paylaşım etmişdim. O vaxtdan bəri klinik təcrübəm genişləndi,...
22/09/2026

4 il əvvəl səhifəmdə çalışma sahələrim haqqında bənzər bir paylaşım etmişdim. O vaxtdan bəri klinik təcrübəm genişləndi, dəyişikliklər oldu.

Hazırda İspaniyada yaşadığım üçün psixoterapiya seanslarını tamamilə onlayn formatda aparıram.

Koqnitiv-Davranış Terapiyası (CBT) və Sxem Terapiya çərçivəsində 16 yaşdan böyük fərdlərlə işləyirəm.

📌 Əsas Çalışma Sahələrim:

Fərdi terapiya:
- Əhval-ruhiyyə pozuntuları,
- Depressiya,
- Həyəcan-təşviş pozuntuları, fobiyalar
- Panik pozuntu,
- OKP (Obsessiv Kompulsiv Pozuntu),
- Travma, Post travmatik stress pozuntusu,
- Şəxsiyyət pozuntuları,
- Yemə pozuntuları (Anoreksiya, Bulimia, emosional yemə pozuntuları),
- Cinsi pozuntular (Vaginizm, Erektil disfunsiya, cinsi istəksizlik, orqazm pozuntuları)
- Stress və stressə bağlı problemlər,
- Özgüvən əskikliyi və şəxsi inkişaf və s.

Cütlük terapiyası:
- Ünsiyyət çətinlikləri,
- Güvən problemləri,
- Xəyanət sonrası münasibətin bərpası,
- Həddindən artıq qısqanclıq və kontrol davranışları,
- Münasibətdə sərhəd problemləri,
- Sağlam ayrılıq prosesi,
- Ayrılıq sonrası adaptasiya,
- Boşanma öncəsi qərarvermə

Qeyd: Yüksək intihar riski kimi canlı klinik müdaxilə tələb edən hallardan başqa, bütün seanslar dünyanın hər yerindən qoşula biləcəyiniz onlayn formatda davam edir.

İş metodum, təhsilim və psixoloji mövzularda yazdığım məqalələrlə daha ətraflı tanış olmaq üçün veb-saytıma daxil ola bilərsiniz.

Ətraflı məlumat və onlayn seansa yazılmaq üçün link profilimdədir.

Məni illərdir izləyən köhnə izləyicilərimə təşəkkür edirəm, yeni qoşulanlara isə xoş gəldiniz deyirəm! 🌸

Uşaqlıq dövründə valideyn (xüsusilə ana) tərəfindən qurula bilməyən güvən bağı, ehtiyacların qarşılanmaması güvənsiz bağ...
15/09/2026

Uşaqlıq dövründə valideyn (xüsusilə ana) tərəfindən qurula bilməyən güvən bağı, ehtiyacların qarşılanmaması güvənsiz bağlanma stili formalaşdırır. Və bu da yetkin həyatda, xüsusilə romantik münasibətlərdə özünü göstərir.

Qarşılanmamış uşaqlıq ehtiyaclarının romantik münasibətlərdə ortaya çıxma forması müxtəlif olur:

- Qərar vermək üçün həddindən artıq dəstəyə və ya təsdiqə ehtiyac hiss etmək.

- Partnyorun ehtiyaclarına dərhal cavab vermirsə (məsələn, mesajlara gec geri dönüş etdikdə), özünü qəzəbli, tərk edilmiş, aldadılmış, qısqanc hiss etmək.

- Partnyorunla "birləşmiş və ya iç-içə keçmiş" münasibət saxlamaq. Partnoyun yoxluğuna dözə bilməmək

- Valideyninin mənfi xüsusiyyətlərini partnyoruna əks etdirmək.

- Partnyorunu özündən üstün tutmaq və daha ağıllı, daha bacarıqlı və daha dəyərli olduğunu düşünmək.

- Partnyorun getməsinə və ya yanında olmamağına dözə bilməmək və ya buna uşaqlıqda hiss etdiyin kimi reaksiya vermək.

- Partnyorundan səmimiyyət, yaxınlıq gözləməmək (çünki bunu valideyndən almamısan və başqasından da gözləmirsən)

- Tez-tez partnyor dəyişmək, uzun müddətli münasibət yaşaya bilməmək.

Qeyd edilən bütün əlamətləri aradan qaldırmaq, güvənli bağlanma tərzi formalaşdırmaq doğru aparılan psixoterapiya ilə mümkündür.

Klinik psixoloq Firuzə Qənizadə

08/09/2026

Bu dəfə Azərbaycana 2 həftəlik gəlişimdə cəmi 2 günü canlı seanslara ayıra bildim. Və bu gün son canlı seans günüm idi.

​Səmimi şəkildə bildirim ki, terapiya otağında, eyni fiziki məkanda qarşı-qarşıya oturmağın, ordakı canlı kontaktın özünəməxsus bir istiliyi var və zaman-zaman bunun üçün darıxdığımı hiss edirəm.

​Lakin artıq uzun müddətdir seanslarımı ölkədən uzaqda tamamilə onlayn şəkildə davam etdirirəm və praktiki təcrübəm mənə göstərir ki, terapiyanın effektivliyi fiziki məkandan deyil, qurulan psixoloji əlaqədən və təhlükəsiz zonadan asılıdır.

​İnsanın özünü rahat hiss etdiyi, fokuslandığı hər hansı bir yerdən seansa qoşulması terapevtik prosesin dərinliyinə heç bir zərər vermir.

03/09/2026

İnsan çox vaxt səhv addım atmaqdan o qədər qorxur ki, ümumiyyətlə addım atmır. Amma psixoloji olaraq qərarsız qalmaq da bir seçimdir və adətən ən çox peşmanlıq gətirən seçim elə budur.

​Kierkegaard bizə mükəmməl, risksiz bir həyat vəd etmir. Həyatın mahiyyətinin seçim etmək və o seçimin gətirdiyi yükü cəsarətlə daşımaq olduğunu xatırladır.

​Qərar verərkən özünüzdən bunu soruşun:
"Etdiklərimə görə yaşayacağım peşmanlıq, yoxsa etmədiklərimə görə içimdə qalacaq o 'kaş ki' hissi?"
​

Psixologiya sahəsində inkişaf təkcə oxuduğunuz kitablarla ölçülmür.Etik yanaşma, özünü tanıma, superviziya, real praktik...
29/08/2026

Psixologiya sahəsində inkişaf təkcə oxuduğunuz kitablarla ölçülmür.

Etik yanaşma, özünü tanıma, superviziya, real praktik bacarıqlar, bunların hamısı bir psixoloqu şəxsiyyət olaraq da formalaşdırır.

Universitet illərində bunlara yatırım etmək gələcək kariyeranıza yatırım deməkdir.

Sırf psixoloji bilik toplamaq yox, işinə vicdanla yanaşan bir şəxsiyyət olaraq formalaşmaq üçün etik yanaşmanı əldən verməmək önəmlidir.

Bəlkə gördüyünüz nümunələr sizi çaşdıra bilər.

Ancaq unutmayın ki, özünüz psixoloji dəstək alacağınız insanın necə biri olmasını istəyirsinizsə o cür də davranmağınız lazımdır.

Xüsusilə müraciət edən şəxsin anonimliyini qorumaq üçün universitetin ilk illərindən etibarən şəxsi həyatınızda da sirr saxlamağı öyrənməyiniz lazımdır.

Bəzən müəllimlərin danışdığı terapiya hekayələri sizə çox maraqlı gəldiyi üçün bunu yaxınlarınızla paylaşmaq ehtiyacınız olsa da çalışın elə bu anlarda sirr saxlamağı praktika edin.

Yeni başlayan bütün psixologiya tələbələrinə uğurlar. Yolunuz dəyərlidir.


26/08/2026

İlk dəfə idi ki, uşaqlığımın keçdiyi yerdən bu qədər uzun müddət uzaq qalırdım. Və bu dəfə İspaniyadan Azərbaycana yaşamağa yox sadəcə qısa bir ziyarət üçün qonaq kimi gəldim.

​Lakin ölkəyə ayaq basan kimi daxilimdə baş verən o ani rahatlama mənə neyrobioloji bir reallığı yenidən xatırlatdı:

​İnsan ölkəsindən kənarda öz həyatını qursa da, çox uğurlu adaptasiya olsa da sinir sistemi davamlı olaraq yüngül bir ayıqlıq rejimində olur. Yeni dil, fərqli sosial kodlar, yad səs və qoxular. Bədən hər an ətrafı müşahidə üçün fərqində olmadan əlavə energi xərcləyir.

​Amma müəyyən müddət sonra, hətta qısa bir ziyarət üçün olsa belə uşaqlığımızın keçdiyi o köhnə mühitə qayıdanda başqa bir şey baş verir. Sinir sistemi öz tanıdığı stimuli (məsələn, küləyin qoxusu, tanış küçələr, anadili) hiss etdiyi an təhlükəsiz zonaya, yəni "döyüş/qaç" rejimindən "sakitləş və dincəl" rejiminə keçir.
​
Əgər siz də uşaqlığınızın keçdiyi yerdən uzaqda yaşayırsınızsa və zaman-zaman ora qayıdanda daxilinizdə ani bir yüngüllük, "nəfəs alma" hissi yaranırsa bilin ki, bu sadəcə nostalgiyadır deyil. Bu vəziyyət sinir sisteminizin öz evinə qayıtmasıdır.


22/08/2026

Bəzən insan hər şeyə sahib olsa da daxilində dərin bir boşluq, mənasızlıq və yadlaşma hiss edə bilir.
"Mən nə üçün yaşayıram?", "Seçimlərim doğrundurmu?", "Həyatın əsl mənası nədir?" sualları zehnimizi məşğul etməyə başlayanda əslində ekzistensial bir oyanışın içindən keçirik.

​Bu dövrdə insana nəsihətlər əvəzinə bəzən yollardan keçən insanların hekayəsini oxumaq faydalı ola bilər.

Videoda qeyd eydiyim kitablar ö*lüm qorxusu, tənhalıq, özünü tapmaq və həyatın mənasını inşa etmək haqqındadır.
Əgər siz də hazırda belə bir daxili keçid dövründəsinizsə və həyata başqa bir pəncərədən baxmaq istəyirsinizsə bu kitablar sizə tək olmadığınızı hissetdirəcək.

Xoş mütaliələr! 🌸

Passiv-aqressiya daxildəki incikliyi, qəzəbi və ya narazılığı birbaşa deməyə cəsarət etməyib, onu davranışlarla qarşı tə...
19/08/2026

Passiv-aqressiya daxildəki incikliyi, qəzəbi və ya narazılığı birbaşa deməyə cəsarət etməyib, onu davranışlarla qarşı tərəfə ödətdirmək cəhdidir. Açıq ifadə olunmayan qəzəb zaman keçdikcə dolayı yolla münasibəti zəhərləyir.

Yuxarıda qeyd olunan passiv-aqressiv davranışlar insanın özünə və münasibətlərinə zərbə vurur.

Qarşınızdakı insan nə hiss etdiyinizi, nə üçün qəzəbləndiyinizi bilmədiyi üçün bu davranışların səbəbini anlamır, bir müddət sonra soruşmaqdan yorulur. Nəticə bir-birini anlamayan 2 insan hisslərini dolayı yolla, qıcıqlandırıcı davranışlarla göstərərək münasibəti zəhərləyirlər.

15/08/2026

"Əgər məni həqiqətən sevsəydi nə hisslər keçirdiyimi soruşmadan bilərdi."
Bu fikir romantik münasibətlərdə tez-tez rast gəlinən yanlış inanclardan biridir.
​Bu düşüncə münasibəti sehrli bir telepatiya kimi görməkdən qaynaqlanır.

​Heç kim sizin zehin oxuya bilməz, Neçə il bir arada olursunuzsa olun, qarşı tərəfin sizin daxili dünyanızı, anlıq duyğu dəyişikliklərinizi hər saniyə dəqiqliklə təxmin etməsi mümkün deyil.

Partnyorunuzun empatiya bacarığı yüksək olsa belə empati telepatiya deyil. Həqiqətən sevən insan sizin yerinizə düşünüb hiss edən deyil, siz özünüzü ifadə edəndə sizi mühakimə etmədən dinləməyə və anlamağa hazır olan insandır.

Bu cür gözləntilər ünsiyyəti öldürür. "O özü başa düşməlidir" deyib susmaq, münasibətdə passiv-aqressiv gərginlik və davamlı xəyal qırıqlığı yaradır.

​Ehtiyaclarınızı, incikliklərinizi və duyğularınızı qarşı tərəfin təxmin etməsini gözləmək əvəzinə, açıq şəkildə ifadə etmək yetkin davranışdır. Bu yetkin davranışlar hesabına münasibəti sağlam şəkildə davam etdirmək olur.

Dirección

28013
Madrid
28013

Página web

Notificaciones

Sea el primero en enterarse: le enviaremos un correo electrónico cuando Psixoloq Firuzə Qənizadə publique novedades y promociones. Su dirección de correo electrónico no se utilizará para ningún otro fin y puede darse de baja en cualquier momento.

Contactar Con El Consultorio

Enviar un mensaje a Psixoloq Firuzə Qənizadə:

Atajos

Patrocinado

Compartir

Categoría