29/07/2026
Bu gün ömrümün 42-ci ilinə qədəm qoyuram.
Yaşadığım hər an, keçdiyim hər yol üçün Tanrıya sonsuz şükür edirəm. İnanıram ki, həyatımda yaşadığım hər şey — yaxşısı da, pisi də — məni bugünkü günə hazırlayıb. Hər yaşanmış hadisə mənə bir dərs, bir təcrübə qazandırıb.
Keçən il ürəyimdə tutduğum arzuların gerçəkləşdiyini görmək mənim üçün ən böyük xoşbəxtliklərdən biri oldu. Şükürlər olsun! Amma insanın arzuları heç vaxt bitmir. Bu il də yeni ümidlərim, yeni diləklərim var. Ümid edirəm ki, gələn il ad günümdə yenə eyni minnətdarlıqla yazacam: “Şükür ki, keçən ilki diləyim də həyata keçdi.”
Nə yaxşı ki, mən varam. Nə yaxşı ki, həyatımda ailəm, dostlarım və sevdiklərim var. Hər birinizə həyatımda olduğunuz, günlərimi gözəlləşdirdiyiniz və bu yolu mənimlə birlikdə addımladığınız üçün ürəkdən təşəkkür edirəm.
Yeni yaşımın sağlamlıq, sevinc, rahatlıq və gerçəkləşən arzularla dolu olması diləyi ilə…