02/09/2026
“Müştəriniz rəqibinizdir” dediyim hissədə sizə bir neçə nümunə də verim.
Karyera səviyyəsində:
Sizin gördüyünüz işi özü də görə bilən rəhbəriniz ,müəyyən mənada sizin rəqibinizdir. Hətta elə bir rəhbəriniz varsa ki, sizin 3 saata gördüyünüz işi özü 1 saata görə bilir, orada hələ maaş və ya vəzifə artımını gözləmək üçün ciddi əsasınız olmaya bilər. Çünki rəhbərin beynində çox sadə bir sual yaranır:
“Bu işi onsuz da özüm görə bilirəmsə, niyə bu insana daha çox yatırım etməliyəm?”
Burada özünüzə başqa bir sual verməlisiniz:
Siz bu işi gördükdə hansı əlavə və fərqli nəticəni yaradırsınız ki, rəhbəriniz həmin işi sizə ötürməkdə maraqlı olsun və eyni zamanda sizə daha çox məsuliyyət, daha yüksək maaş və vəzifə vermək istəsin?
Çünki peşəkar olaraq dəyəriniz sadəcə işi görməkdən yox, həmin işi sizə həvalə etməyi rəhbər üçün daha sərfəli etməkdən yaranır.
İndi eyni məsələyə biznes səviyyəsində baxaq. Daha doğrusu, sahibkar necə düşünməlidir?
Bir çox sahədə potensial müştərinin qarşısında əslində 3 seçim var:
1. Xidməti sizdən almaq.
2. Həmin işi özü görmək.
3. Heç etməmək.
Məsələn, daşınmaz əmlak, hüquq, PR, telemarketinq, borc yığımı, interyer dizaynı, fast-food, vergi xidmətləri, konsultasiya və daha yüzlərlə sahədə müştərinin qarşısında bu seçim mövcuddur. Deməli, sizin ən böyük rəqibiniz həmişə eyni xidməti göstərən başqa şirkət deyil.
Bəzən ən böyük rəqibiniz müştərinin özüdür. Çünki müştəri öz-özünə deyə bilər: “Bunu özüm də edə bilərəm.” Və əgər müştəri sizin xidmətinizlə eyni nəticəni , yaxud sizə yaxın nəticəni özü əldə edə bilirsə, artıq qarşınızda çox ciddi bir rəqib var.Ona görə sahibkarın əsas sualı:
“Mən rəqiblərimdən nə ilə fərqlənirəm?”olmaqla bitməməlidir. Daha vacib sual budur:
“Müştəri bunu niyə özü etməsin?
Əgər bu suala güclü cavabınız yoxdursa, probleminiz rəqibiniz deyil. Probleminiz müştərini