Dr. Vahid Vahidzada - Stomatologist

Wskazówki dojazdu

Dr. Vahid Vahidzada - Stomatologist Dane kontaktowe, mapa i wskazówki, formularz kontaktowy, godziny otwarcia, usługi, oceny, zdjęcia, filmy i ogłoszenia od Dr. Vahid Vahidzada - Stomatologist, Lekarz, Warsaw.

Rumıniya bizdə çox insanın düşündüyünün əksinə “qaraçılar yaşayan” bir ölkə deyil. Özünü hər baxımdan kifayət qədər inki...
20/08/2026

Rumıniya bizdə çox insanın düşündüyünün əksinə “qaraçılar yaşayan” bir ölkə deyil. Özünü hər baxımdan kifayət qədər inkişaf etdirmiş avropa ölkəsidir. Arxitekturası, tarixi və təbiətinin gözəlliyi isə bu həqiqəti daha da güclü edir. Buxarest və Transilvaniya ən azı bir dəfə mütləq görülməlidir. Ən azı deyirəm, çünki təkrar mütləq gəlmək istəyərəm 👍 🇷🇴

Sofiyaya qarşı gəlməzdən öncə bir az ön yarğılı yanaşmışdım. Çox da gözləntim yox idi. İlk saatlarda köhnə sovet arxitek...
17/08/2026

Sofiyaya qarşı gəlməzdən öncə bir az ön yarğılı yanaşmışdım. Çox da gözləntim yox idi. İlk saatlarda köhnə sovet arxitekturası bu fikrimi təstiqləsə də sonra gəzdikcə gördük ki, əslində çox gözəl və yaşanılası yer imiş. Mənə görə isə şəhəri iki əsas xüsusiyyəti daha yaxşı edir: Birinci səbəb şəhərdə parklar çox olsa da şəhərin özü sanki böyük bir parkın içindədir. Piyada gəzərək şəhər kənarında meşəlik əraziyə, dağlara çıxa bilirsən. İkinci səbəb isə yeməkləridir. Bir azərbaycanlı burda dəqiq ac qalmaz 😄 🇧🇬

Lüksenburq hər il demək olar ki, ölkədə yaşayan işçilərə ən yüksək maaş verən ölkələr arasında ilk üçlükdə olur və bu iş...
01/06/2026

Lüksenburq hər il demək olar ki, ölkədə yaşayan işçilərə ən yüksək maaş verən ölkələr arasında ilk üçlükdə olur və bu işçilərin əksər hissəsi bankçılıq sektorunda işləyir. Maaşlar yüksək olduğu üçün qonşu ölkələrdən ( Fransa, Almaniya ) insanlar hər gün bura işə gəlib-gedirlər. İsveçrə bankçılığı daha çox şəxsi sərvətlər üzərində qurulub, Lüksenburq bankçılığı isə investisiya fondlarının paytaxtı hesab olunur. Şəhər bizim Şuşa timsalı qayalar üzərində qurulub və öz qədimliyini orijinallığını qoruyub saxlayıb. Heyrətamiz dərəcədə qəşəng görünür hər tərəfdən. Lüksenburq hazırda dünyada qalan yeganə müstəqil Hersoqluqdur. Buna görə də ölkənin rəsmi adı “Grand Duchy of Luxembourg”-dur və dövlət başçısı da kral yox, Grand Duke adlanır. Bura gəlməmişdən əvvəl 3 Notre-Dame kilisəsi görmüşük, 1-cisi və ən məşhuru Parisdə, 2-cisi Strazburqda, 3-cüsü Brüsseldə və ən son Lüksenburqda. 🇱🇺 🇱🇺

Necə deyərlər “the best thing you can leave behind is love in the hearts others”. Belçika əvvəldən də təxmin etdiyimiz k...
28/05/2026

Necə deyərlər “the best thing you can leave behind is love in the hearts others”. Belçika əvvəldən də təxmin etdiyimiz kimi memarlığı ilə bizi özünə aşiq etməyi bacardı.

Rotterdam ikinci dünya müharibəsində demək olar ki, tamamilə dağıdıldığı üçün şəhər yenidən qurulub və köhnə bina demək ...
27/05/2026

Rotterdam ikinci dünya müharibəsində demək olar ki, tamamilə dağıdıldığı üçün şəhər yenidən qurulub və köhnə bina demək olar yoxdur. Hollandiyanın ən modern arxitekturaya malik şəhəridir demək olar. Avropanın ən böyük liman şəhəridir və çox uzun illərdir bu statusunu qoruyub saxlayır. Bir dəfə gəlməyə dəyər.

Amsterdama dəfələrlə gəlmək üçün çox sayda səbəblər var, güllər, velosipedlər, su kanalları, kartpostal kimi kəndləri, ş...
26/05/2026

Amsterdama dəfələrlə gəlmək üçün çox sayda səbəblər var, güllər, velosipedlər, su kanalları, kartpostal kimi kəndləri, şəhər evləri və ən əsası insanları. İnsanları çox gülərüzdür, demək olar hər yerdə ən yaxşı şəkildə qarşılandıq. Hollandlar digər avropalılardan çox fərqlidirlər. Neçə əsrlərdir bataqlıqları qurudub özlərinə ölkə qurublar. Heyran olmamaq mümkün deyil 🇳🇱🤍

Dehli Hindistana açılan ilk qapıdır və çox vaxt ən böyük şok effekti də elə buradan başlayır 🇮🇳 Birinci qarşılaşacağın ş...
29/03/2026

Dehli Hindistana açılan ilk qapıdır və çox vaxt ən böyük şok effekti də elə buradan başlayır 🇮🇳 Birinci qarşılaşacağın şey hava çirkliliyidir, aeroportdan ilk dəfə şəhərə çıxanda adama elə gəlir sanki nəfəsin indi dayanacaq və bu çirklilik hətta gözlə də görünür 😅 İkinci əsas problem səs-küydür, şəhər isə demək olar ki heç vaxt sakit olmur, sanki hər tərəf “20 yanvar dairəsi”dir. Bu tempə uyğunlaşmaq üçün adətən 1-2 gün vaxt lazımdır amma öyrəşəndən sonra artıq başqa tərəfini görməyə başlayırsan, təmiz restoranlar da var sakit yerlər də tapmaq olur və şəhərin mədəniyyəti doğrudan da çox zəngindir. Bir daha gələrəm mi sualına 51 % hə deyirəm 🤣

Jaipur şəhəri özü səs küylü olsa da səssiz ( elan verilməyən ) aeroportu da ilk dəfə burada gördük. Hinfistanın ilk müas...
24/03/2026

Jaipur şəhəri özü səs küylü olsa da səssiz ( elan verilməyən ) aeroportu da ilk dəfə burada gördük. Hinfistanın ilk müasir şəhərlərindən biridir. Çox binalar çəhrayı rəngə boyandığı üçün dünyada “Pink City” adı ilə də tanınır. Bu rəng qonaqpərvərliyin simvoludur. Dağlıq olduğu üçün havası digər şəhərlər kimi çirkli deyil ( nisbətən), bir az “Qəbələ”-yə bənzəyir dağlıq hissələri 😄

Tac Mahal ilə görüşdük nəhayət 😄 Şah Cahan həyar yoldaşı Mümtaz Mahal-ı Taj Mahalın gözəlliyi qədər sevirmiş. Bu sevgi d...
23/03/2026

Tac Mahal ilə görüşdük nəhayət 😄 Şah Cahan həyar yoldaşı Mümtaz Mahal-ı Taj Mahalın gözəlliyi qədər sevirmiş. Bu sevgi dünyanın 7 möcüzəsindən birini yaradıb. Hər səyahətsevər ömründə ən azı bir dəfə Hindistana gəlməli, bu xaosu və bu xaosdan əmələ gələn gözəllikləri öz gözləri ilə görməlidir.
Hindistana ayaq basdığımız ilk 5-6 saatda ciddi mədəniyyət şoku yaşadıq. Səs-küy, rənglər, qoxular ( daha çox p*s ), xaos hamısı birdən adamın üstünə gəlir. Uyğunlaşa bilməyənlər üçün ilk başda kiçik “cəhənnəm” hissi yaşada bilər. Ancaq bütün çətinliklərinə baxmayaraq çox unikal ölkədir və mütləq görülməlidir.

828 metrlik insan əməyi ilə də şəklimiz olsun ))
02/02/2026

828 metrlik insan əməyi ilə də şəklimiz olsun ))

Adres

Warsaw

Strona internetowa

Powiadomienia

Bądź na bieżąco: wyślemy Ci e-mail, gdy Dr. Vahid Vahidzada - Stomatologist opublikuje nowości i promocje. Twój adres e-mail nie zostanie wykorzystany do żadnego innego celu, a subskrypcję możesz anulować w dowolnym momencie.

Skróty

Udostępnij

Kategoria