LIV Bona Dea Hospital

  • Home
  • LIV Bona Dea Hospital

LIV Bona Dea Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LIV Bona Dea Hospital, Medical and health, 2 Mehdi Abbasov, Baku 1060, .

Bədənimizin ən mürəkkəb "idarəetmə mərkəzi" cəmi təxminən 1,4 kiloqramdır.Amma həmin 1,4 kiloqram...⚡ milyardlarla sinir...
22/07/2026

Bədənimizin ən mürəkkəb "idarəetmə mərkəzi" cəmi təxminən 1,4 kiloqramdır.

Amma həmin 1,4 kiloqram...
⚡ milyardlarla sinir əlaqəsini idarə edir,
🎯 hərəkətlərimizi koordinasiya edir,
🧩 xatirələrimizi qoruyur,
💙 bizi biz edən bütün xüsusiyyətləri formalaşdırır.

Beyin sağlamlığına diqqət yalnız problem yarandıqda deyil, hər gün göstərilməlidir.

Milli Mətbuat Günü münasibətilə cəmiyyətin doğru, operativ və etibarlı məlumatlandırılması naminə çalışan bütün media nü...
22/07/2026

Milli Mətbuat Günü münasibətilə cəmiyyətin doğru, operativ və etibarlı məlumatlandırılması naminə çalışan bütün media nümayəndələrini təbrik edirik. 🩵

Qələminiz iti, sözünüz dəyərli, yolunuz daim açıq olsun. Peşə fəaliyyətinizdə yeni uğurlar və tükənməyən ilham arzulayırıq! 📰

20/07/2026

Kök hüceyrələrin keyfiyyəti onların saxlanıldığı və hazırlandığı mühitdən başlayır. 🧬

Steril laboratoriya şəraiti, 24 saat fasiləsiz monitorinq, beynəlxalq standartlara uyğun proseslər və hər il həyata keçirilən beynəlxalq yoxlama prosesi– bunlar keyfiyyətə verdiyimiz önəmin ayrılmaz hissəsidir.

Kök hüceyrə mütəxəssisimiz Dr. Rəşad Rəsulovun təqdimatında kök hüceyrələrin hazırlanması prosesinin arxasında duran əmək və yüksək standartlarla tanış olun.

17/07/2026

❤️ Həyatla ölüm arasında gedən mübarizə… və möcüzə ilə nəticələnən bir hekayə.

37 yaşlı, hamiləliyinin 37-ci həftəsində olan bir qadın ürək ritm pozğunluğu və ürək çatışmazlığı şikayətləri ilə bir neçə tibb müəssisəsinə müraciət etdikdən sonra gecikmiş şəkildə Liv Bona Dea Xəstəxanasına gətirildi. Xəstəxanaya qəbul zamanı ana bətnində olan körpənin həyat əlamətlərinin olmadığı müəyyən edildi. Qısa müddət sonra baş verən ürək dayanması (kardiyak arrest) səbəbindən həkimlər tərəfindən təxminən 10 dəqiqə ərzində kardiopulmonar reanimasiya (CPR) aparıldı. Həyati göstəriciləri stabilləşdirildikdən sonra təcili qeysəriyyə əməliyyatı icra edildi və həyatını itirmiş döl xaric edildi.

Əməliyyatdan sonra intensiv terapiya şöbəsinə qəbul edilən xəstəyə ECMO (süni ürək-ağciyər) dəstək sistemi qoşuldu. Beş gün davam edən intensiv müalicə və peşəkar həkim müdaxiləsi nəticəsində xəstə ECMO-dan, ardınca isə süni tənəffüs aparatından ayrıldı. Cəmi 7 gün sonra vəziyyəti stabilləşərək reanimasiyadan palataya köçürüldü.

Xəstəmizi sağlamlığına qovuşmuş şəkildə evə yola saldığımız bu hadisə göstərir ki, vaxtında diaqnoz, müasir tibbi texnologiyalar və peşəkar komandanın birgə fəaliyyəti ən çətin anlarda belə insan həyatını xilas etməyə imkan verir.

1 avqust tarixində Liv Bona Dea Hospitalda “Antiseptika, Dezinfeksiya və Sterilizasiya qaydaları” mövzusunda seminar keç...
16/07/2026

1 avqust tarixində Liv Bona Dea Hospitalda “Antiseptika, Dezinfeksiya və Sterilizasiya qaydaları” mövzusunda seminar keçiriləcək.

Tibbi təhlükəsizliyin əsasını təşkil edən dezinfeksiya və sterilizasiya proseslərində son yanaşmalar, yeni texnologiyalar və beynəlxalq standartlar bu görüşdə müzakirə olunacaq.

Peşəkar mühitdə bilik mübadiləsi, praktiki yanaşmalar və səhiyyədə keyfiyyətin yüksəldilməsinə yönəlmiş dəyərli təqdimatlar iştirakçıları gözləyir.

Təhlükəsiz səhiyyə steril mühitdən başlayır. 🩵

Ətraflı məlumat və qeydiyyat üçün: 0555171000

Tez-tez yorğun hiss edirsiniz? 😴Əgər kifayət qədər yatsanız belə gün ərzində özünüzü halsız və enerjisiz hiss edirsinizs...
15/07/2026

Tez-tez yorğun hiss edirsiniz? 😴

Əgər kifayət qədər yatsanız belə gün ərzində özünüzü halsız və enerjisiz hiss edirsinizsə, bunu sadəcə yorğunluq kimi qəbul etməyin. Bu, orqanizmin sizə göndərdiyi bir siqnal ola bilər.

Belə hallarda bu 4 müayinəni gecikdirməmək tövsiyə olunur:
✅ Ümumi qan analizi
✅ Dəmir və ferritin göstəriciləri
✅ Qalxanabənzər vəzi hormonları (TSH və s.)
✅ D vitamini səviyyəsi

Erkən diaqnostika yorğunluğun səbəbini müəyyən etməyə və vaxtında müalicəyə başlamağa kömək edir.

13/07/2026

"Böyrəklərim ağrımır, deməli sağlamdır." ❌

Bu, ən çox rast gəlinən yanlış fikirlərdən biridir. Çünki bir çox böyrək xəstəlikləri uzun müddət heç bir ağrı və ya aydın simptom vermədən inkişaf edə bilər.

Böyrəklərinizin sağlamlığını yalnız ağrı ilə qiymətləndirməyin. Vaxtında müayinə və həkim nəzarəti erkən diaqnoz üçün vacibdir.

11/07/2026

Süd vəzi xərçəngi erkən mərhələdə hər zaman özünü aydın əlamətlərlə göstərməyə bilər. Lakin bədənin verdiyi siqnallara diqqət etmək erkən diaqnoz üçün böyük əhəmiyyət daşıyır.

Uzm. Dr. Günel Məmmədova bu videoda süd vəzi xərçənginin diqqətdən qaçırılmamalı əlamətlərindən, nə zaman həkimə müraciət etməli olduğunuzdan və erkən müayinənin vacibliyindən danışır. 🎗️

Videonu izləyin, məlumatlanın və bu vacib məlumatı yaxınlarınızla paylaşın. 🩷

Uşaq hematoloq və onkoloqu Uzm. Dr. Damət Bağışov Liv Bona Dea Hospitalda xəstə qəbuluna başladı.Ətraflı məlumat və həki...
10/07/2026

Uşaq hematoloq və onkoloqu Uzm. Dr. Damət Bağışov Liv Bona Dea Hospitalda xəstə qəbuluna başladı.

Ətraflı məlumat və həkim qəbuluna yazılmaq üçün 📞900 və ya 012 525 09 00 nömrəsi ilə əlaqə saxlayın.

Liv Bona Dea Hospital - Sağlamlığın Gələcəyi!

09/07/2026

Uşağınız gil, torpaq yeyir və ya divarı yalayır? 🤔

Bu, vərdiş deyil, bəzən orqanizmdə müəyyən çatışmazlıqların və ya tibbi vəziyyətin əlaməti ola bilər.

Uzm. Dr. Rövşanə Həsənzadə bu davranışın mümkün səbəblərini və valideynlərin necə davranmalı olduğunu izah edir.

Address

2 Mehdi Abbasov, Baku 1060

1060

Alerts

Be the first to know and let us send you an email when LIV Bona Dea Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share