29/05/2026
– Qurban Bayramının fəlsəfəsi nədir ?
Bax bu adam eramızdan əvvəl 5-ci əsrdə Danimarkada bütlərə qurban verilmişdir ki, tanrı onlara qarşı daha rəhimli olsun və cari ildə əkin-biçin daha bərəkətli olsun. Bu adamın mumiyalanmış cəsədi 2500 ildən sonra danimarka bataqlığında olduğu kimi tapılmışdır. İnsanı qurban vermə ayinləri Hz. Ibrahimin oğlu İsmayılın yerinə qoçu qurban vermə əmrinə qədər dövlət səviyyəsində və yaxud ali səviyyədə icra edilirdi. Bunun nümunələri çoxdur.
Məsələn, Troya müharibəsindən əvvəl kral Agamemnon öz böyük qızını bütlərə qurban kəsir ki, müharibədə qalib olsun. Özünü səmavi din adlandıran xristinalıqda isə Gises ( İsus ) və ya bizdəki İsa peyğəmbər guya qurban masasında qurban edilib ki, insanlıq xilas olsun. Bu mövzu elə bəs edir ki, xristinalığı paqan dini olub və ya olmamasını müzakirə edək. Bundan əlavə astek, maya və digər sivilizasiyalarda da çoxusu uşaq və qadın olmaqla qurban kəsilirdi. Dilimizdəki, ''qurban olum; – qurbanın qoyun olsun'' dialoqu də bunu təsdiq edir. Yəni insan olmasın, heyvan olsun qurbanın. Epşteyn fayılları göstərdi ki, hal-hazırda qaranlıq və gizlin yerlərdə uşaq və qadın qurbanı ayinləri davam edir.
Bax ey müsəlman qardaş. Bax gör sənin əcdadların hansı vəhşi və barbar adətlərin kökükünü kəsibdir son 1500 il ərzində. İnsan kəsmək adətini, heyvan kəsmək adətinə çevirmişdir. Bu humanist bayram deyilmi ? İslam 1500 ildir var olandan bu iş yox olub. Ona görə səni və əcdadlarını təbrik edirəm. Bil ki, bu barbarlıq yenidən qayıda bilər. Epşteyn fayılları bunu sübut etdi. Ona görə hər il zəngin və orta təbəqənin insanları qurban bayramı festivalına qatılmalı, qurban kəsməli və neməti düzgün qaydada paylamalıdır. Necə deyərlər qurbanınız qoyun olsun, insan yox. Bir daha təbriklər 🐑🐏