Green Light Autism Center

Call Directions Contact the practice

Green Light Autism Center Azərbaycanda ilk və ən böyük autizm idman və sağlamlıq mərkəzlərindən biri olan Green Li

🏸🏆 BİZİM ÜÇÜN HƏR BİRİ ÇEMPİONDUR! 🏆🏸Bu gün uşaqlarımız üçün qürurverici və unudulmaz gün oldu! 💙💚Azərbaycan Respublikas...
30/09/2026

🏸🏆 BİZİM ÜÇÜN HƏR BİRİ ÇEMPİONDUR! 🏆🏸

Bu gün uşaqlarımız üçün qürurverici və unudulmaz gün oldu! 💙💚

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi badminton üzrə yarışda iştirak edən uşaqlarımızın hər biri öz kateqoriyasında I yerə layiq görülərək QIZIL MEDAL qazandı! 🥇

Bu qələbə sadəcə bir medal deyil…
Bu, zəhmətin, səbrin, davamlı məşqlərin, özünə inamın və heç vaxt təslim olmamağın nəticəsidir. ❤️

👏 Bu möhtəşəm nəticəyə görə bütün idmançılarımızı, onların ailələrini və bu yolda əziyyəti olan məşqçilərimizi ürəkdən təbrik edirik!

Sizinlə qürur duyuruq! 🏆💙

Təşkilatçılıq və göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinə təşəkkür edirik. 🤝

Green Light Autism Center
Hər bir uşağın potensialına inanırıq. 💚

10 il… Bir ümidin, minlərlə kiçik qələbənin hekayəsi. 💙💚Bu gün Green Light Autism Center-in 10 yaşı tamam olur.10 il ərz...
13/09/2026

10 il… Bir ümidin, minlərlə kiçik qələbənin hekayəsi. 💙💚

Bu gün Green Light Autism Center-in 10 yaşı tamam olur.

10 il ərzində qapımızdan içəri daxil olan hər bir uşaq bizə səbir, sevgi və ümidi yenidən öyrətdi. İlk dəfə göz təması quran balalar, ilk “ana” sözünü eşidən ailələr, birlikdə sevindiyimiz hər kiçik addım bizim ən böyük mükafatımız oldu.

Bu yol təkcə bizim deyil — bizimlə inanan valideynlərin, fədakar mütəxəssislərin və hər zaman yanımızda olan hər kəsin yoludur.

10 ildir birlikdə işıq oluruq. Və bu, hələ başlanğıcdır.

Sevginiz, etibarınız və dəstəyiniz üçün sonsuz təşəkkür edirik.

Autizm hər zaman görünən bir fərqlilik deyil.Amma hiss olunan, yaşanan və gündəlik həyata toxunan bir gerçəklikdir.Bəzən...
02/04/2026

Autizm hər zaman görünən bir fərqlilik deyil.
Amma hiss olunan, yaşanan və gündəlik həyata toxunan bir gerçəklikdir.

Bəzən səsə həssaslıq,
bəzən ünsiyyətdə çətinlik,
bəzən dəyişikliklərə qarşı güclü reaksiya,
bəzən isə sadəcə anlaşılmamaq…

Bunların hər biri bir uşağın gündəlik həyatında
görünməyən, amma çox real olan yükə çevrilə bilər.

Autizm haqqında maarifləndikcə
daha az mühakimə edər,
daha çox anlayar,
daha doğru yanaşar və
daha inklüziv bir cəmiyyət qura bilərik.

Çünki hər uşaq eyni şəkildə öyrənməsə də,
hər biri eyni dəyərə sahibdir.

Bu gün fərqliliyi etiketləmək yox,
anlamaq üçün bir addım ataq.

2 Aprel — Autizm Maarifləndirmə Günü 💙

Merry Christmas 🎅🏾🎄
28/12/2025

Merry Christmas 🎅🏾🎄

Address

Tələt Şıxəliyev 20
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994518314949

Website

Alerts

Be the first to know and let us send you an email when Green Light Autism Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Green Light Autism Center:

Shortcuts

Share

Nearby clinics