Appro Hospital

Appro Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Appro Hospital, Hospital, 📍AZ1072, Bakı şəhəri, Suraxanı r-nu Mərkəzi küç, 4T, Baku.

Peşəkar həkim kollektivi və müasir tibbi avadanlıqlarla təchiz olunmuş Appro Hospital sizlərin xidmətindədir.Ağıllı binamız xalqımızı bir çox yeniliklərlə tanış edəcək.

29/06/2026

Süd vəzi xərçənginin erkən diaqnostikasında qızıl standart sayılan mammoqrafiya müayinəsi Appro Hospitalda 3D tomosintez texnologiyası ilə icra olunur.
Klassik 2D mammoqrafiyada süd vəzi toxuması tək bir müstəvidə görüntüləndiyi halda, 3D tomosintez zamanı cihaz yarım dairəvi hərəkət edərək süd vəzini fərqli bucaqlardan çəkir. Bu hərəkət sayəsində toxuma qat-qat, incə kəsiklərlə skan olunur və görüntülər üçölçülü şəkildə, tam olaraq əldə edilir.
Bu metod sayəsində ən kiçik lezyonların belə digər toxumaların arxasında gizlənmə şansı qalmır. Appro Hospitaldakı 3D tomosintez müayinəsi diaqnostik imkanlarımızın dəqiqləşdirilməsində mühüm rol oynayır.

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!

📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

27/06/2026

Zamanla Yarış və Yenidən Qazanılan Həyat! 🧠
Xəstəmiz Appro Hospital-a müraciət edərkən vəziyyəti son dərəcə ağır idi. Aparılan təcili müayinələr zamanı beyində həyati təhlükə yaradan, böyük bir abses aşkar olundu. Hər saniyənin qızıl dəyərində olduğu o anlarda itirməyə vaxtımız yox idi!
Peşəkar neyrocərrahlarımız Dr. Ağadadaş Qasımov və Dr. Rasim Ağaev tərəfindən icra olunan mürəkkəb və təxirəsalınmaz “Beyin absesinin xaric edilməsi” əməliyyatı uğurla başa çatdı.

📅 3 ay sonra...
Artıq o çətin günlərdən 3 ay keçib. Pasiyentimiz növbəti aylıq müayinəsinə gəlib və özünü çox yaxşı hiss edir!

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!

📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

🇦🇿 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Mübarək!Vətənimizin bütövlüyü, torpaqlarımızın toxunulmazl...
26/06/2026

🇦🇿 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Mübarək!
Vətənimizin bütövlüyü, torpaqlarımızın toxunulmazlığı və müstəqilliyimiz uğrunda hər an canından keçməyə hazır olan rəşadətli ordumuzla qürur duyuruq! 💪✨
Bu şanlı gündə xalqımızı qoruyan bütün əsgər və zabitlərimizi, qəhrəman qazilərimizi ürəkdən təbrik edir, cansağlığı və yeni nailiyyətlər arzulayırıq.

“Appro Hospital” olaraq hər zaman hərbçilərimizin və millətimizin sağlamlığının keşiyindəyik!

25/06/2026

Appro Hospital-ın peşəkar cərrahiyyə komandası ilə 4-cü dərəcəli artroz və diz endoprotezləşməsi əməliyyatının pərdəarxası! 📽️

Xalq arasında "duzlaşma" olaraq bilinən osteofitlər və oynaqlardakı ara məsafəsinin tamamilə itməsi pasiyentlərdə şiddətli ağrılara və ayaq əyriliyinə səbəb olur. Doktor Ceyhun İsmayılov bu videoda əməliyyatın gedişatını və rentgen analizini sizlər üçün təqdim edir.

Əməliyyat zamanı yalnız sümük üzərində işlənilmir, eyni zamanda iltihablı sinovial təbəqə təmizlənir və qısalmış bağlar korreksiya olunur. Nəticə? Tamamilə düzəlmiş ayaq oxu və ağrısız gələcək! 💪
Uğurlu cərrahiyyə tək bir həkimin deyil, hər bir etapı dəqiq bilən güclü bir komandanın işidir.

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!
📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

23/06/2026

Prostat vəzi adenoması xərçəngə çevrilə bilərmi? 🤔
Kişilər arasında ən çox verilən və narahatlıq doğuran bu suala Appro Hospital-ın uroloq-androloqu Dr. Pərviz Nəsirov videoda ətraflı aydınlıq gətirir. Adenoma ilə prostat xərçəngi arasındakı fərqləri, hər iki xəstəliyin ilkin mərhələdə niyə eyni şikayətlərlə özünü büruzə verdiyini və düzgün diaqnostikanın sirlərini öyrənmək üçün videonu mütləq sona qədər izləyin!
Müasir multiparametrik MRT və dəqiq diaqnostika imkanları ilə Appro Hospital hər zaman sağlamlığınızın keşiyindədir.

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!
📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

22/06/2026

Appro Hospital-ın Nevrologiya şöbəsində bütün növ nevroloji xəstəliklərin yüksək səviyyədə ambulator və stasionar müalicəsi həyata keçirilir. Şöbəmizdə həkim-nevroloq Dr. Zəminə Həsənova tərəfindən pasiyentlərin qəbulu və müalicəsi uğurla icra olunur.
Müasir MRT, KT, Rentgen və EEQ müayinələrinin cavabları Appro Hospital-da cəmi 30 dəqiqə ərzində xəstələrə təqdim edilir. Üstəlik, klinikamızın MRT və KT aparatları xüsusi çəkili xəstələri də tam rahatlıqla qəbul edir.
Dəqiq diaqnoz və düzgün müalicə üçün Appro Hospital-a müraciət edin.

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!
📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

20/06/2026

❤️ Ürəyinizin Ritmini Təhlükəyə Atmayın!
Bəzən ürək döyüntülərindəki narahatlıqlar adi kardioqramma (EKQ) zamanı üzə çıxmaya bilər. Çünki ürək ritminin pozulması hər an baş vermir. Bəs bu zaman nə etməli? 🤔

Appro Hospital-ın peşəkar kardioloqu Dr. Səyyarə Abdullayeva videoda adi müayinələrlə aşkarlanmayan ritm pozuntularını təyin etməyin ən effektiv yolundan bəhs edir!

💡 Ürəyin fəaliyyətini 24 saat ərzində fasiləsiz izləyən Holter cihazı ilə gizli qalan aritmiyaları vaxtında aşkarlamaq və düzgün diaqnoz qoymaq mümkündür.
Sağlamlığınızı təcrübəli mütəxəssislərimizə etibar edin. Videonu sona qədər izləyin və Holter müayinəsi zamanı nələrə diqqət etməli olduğunuzu öyrənin!

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!
📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

18/06/2026

Appro Hospitalın Endoskopist həkimi Dr. Xatirə Vəlibəyova 8 ay öncə bağırsaq deşilməsi səbəbindən əməliyyat olunan və stoma qoyulan xəstənin növbəti müayinə gedişatını bölüşür.
Həm stomadan, həm də aşağı bağırsaqdan keçilərək edilən endoskopik müayinə nəticəsində residiv (təkrar) törəmələr aşkarlanıb və xəstə onkoloji müalicəyə yönləndirilib.

📌Sağlamlığınızı təxirə salmayın, profilaktik müayinələrdən vaxtında keçin!

🏥 Appro Hospital Bizim deyil, səhhətimizin seçimidir!
📍 Ünvan: Buta Palace yaxınlığı (Koroğlu metrosundan 10 dəqiqəlik məsafədə)
📞 Çağrı mərkəzi: *0088 / 010 203 00 88

Appro Hospital ailəsi olaraq, həyatımızı əmanət etdiyimiz, gecə-gündüz demədən sağlamlığımızın keşiyində duran bütün fəd...
17/06/2026

Appro Hospital ailəsi olaraq, həyatımızı əmanət etdiyimiz, gecə-gündüz demədən sağlamlığımızın keşiyində duran bütün fədakar tibb işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirik! 🩺💚

Zəhmətiniz, sonsuz səbriniz və insanlığa bəxş etdiyiniz ümid üçün hər birinizə minnətdarıq. Bayramınız mübarək! 💐

16/06/2026

Address

📍AZ1072, Bakı şəhəri, Suraxanı R-nu Mərkəzi Küç, 4T
Baku

Alerts

Be the first to know and let us send you an email when Appro Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Appro Hospital:

Shortcuts

Share

Category