MODERN HOSPITAL

MODERN HOSPITAL http://modernhospital.az/ Poliklinika şöbəsində cərrahi və terapevtik olmaqla əsas kliniki xidmət sahələri fəaliyyət göstərir : 1. ginekologiya, 2. pediatriya, 3.

urologiya və andrologiya, 4. nevrologiya, 5. oftalmologiya, 6. otolorinolarinqologiya, 7. qastroenterologiya, 8. kardiologiya, 9. koloproktologiya, 10. endokrinologiya, 11. mammologiya, 12. dermatologiya, 13. allerqologiya,14. kliniki virusologiya, 15. pediatriya). Fizioterapiya, zərbə-dalğalı terapiya, instrumental diaqnostika və kliniki laboratoriya da poliklinik şöbəyə aid edilir. Eyni zamanda poliklinik şöbənin göstərdiyi xidmət sahələrinə təcili tibbi yardım xidməti də aiddir.

İnstrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Diaqnostik aparatlar həm ambulator, həm də stasionar şəraitdə xəstələrə xidmət göstərməyə imkan verir. Təcili tibbi yardım şöbəsi mobil inhalyasion narkoz aparatları, xəstənin ürək-damar, tənəffüs sisteminə nəzarət etmək üçün mobil monitor sistemləri və qanın oksigenasiyasını təyin etmək üçün xüsusi tibbi avadanlıqla təchiz edilmişdir. Xəstələrin daşınmasını həyata keçirmək üçün ən müasir avadanlıqlarla təmin edilmiş təcili tibbi yardım maşınları fəaliyyət göstərir. Klinikanın 3 cü mərtəbəsində yerləşən stasionar şöbəsi əməliyyatdan sonrakı xəstələrlə yanaşı, müxtəlif terapevtik xəstəliklərin, o cümlədən bəzi mürəkkəb diaqnostik müdaxiləyə uğrayan xəstələrin müalicəsi və bir sıra tibbi manipulyasiyaların aparılması üçün bütün imkanlara malikdir. Stasionar şöbəsində hər cür komfort şəraitə malik iki nəfərlik VİP və üç nəfərlik palatalar yerləşir. Hər bir palata ayrıca sanitar qovşağa və duş kabinəsinə malikdir. 500 kanallı sputnik televiziya, tam havalandırma sistemi, kondisioner, klinikadaxili və şəhərə çıxışı olan telefon əlaqələri, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlar xəstənin özünü tam rahat hiss etməsinə zəmin yaradır. Dördüncü mərtəbədə əməliyyat blokları, anestezioloji bölmə, reanimasiya və intensiv terapiya şöbəsi yerləşir.

Əməliyyat bloku 4 əməliyyatxanadan, alətlərin sterilizasiyası bloku və tibb işçilərinin işə hazırlıq otağından (paltarların dəyişdirilməsi, duş kabinəsi) təşkil olunmuşdur. Beləliklə əməliyyat bloku digər şöbələrdən demək olar ki, tam izolyasiya olunmuşdur, bu isə xəstəxanadaxili infeksiyaların yayılma dərəcəsinin minimuma enməsinə səbəb olmuşdur. Dörd əməliyyatxanadan üçü endoskopik tibbi avadanlıqlar istehsalı sahəsində dünya lideri sayılan “KARL STORZ” firmasına məxsus aparatlar ilə təchiz olunmuşdur. Bu avadanlıqlar cərrahiyyə, ginekologiya, artrologiya, travmatologiya, urologiya, döş qəfəsi cərrahiyyəsi sahəsində istənilən diaqnostik və operativ müdaxilələri həyata keçirməyə imkan verir. Əməliyyat blokunun tabeliyində anestezioloji xidmət fəaliyyət göstərir. Tibbin ən son yeniliklərini özündə cəmləşdirən avadanlıqlar nəinki əməliyyat zamanı həkimlərin rahat şəraitdə işləməsini təmin edir, eyni zamanda paralel fasiləsiz olaraq xəstənin əsas həyati funksiyalarını nəzarətdə saxlamağa imkan verir. Reanimasiya və intensiv terapiya şöbəsi 8 çarpayı üçün nəzərdə tutulmuşdur. Şöbə ürək-damar, tənəffüs sisteminin fəaliyyətini tam olaraq nəzarətdə saxlamağa imkan verən monitor sistemləri, intellektual destekli respiratorlarla təchiz edilmişdir.Eyni zamanda qanın qaz tərkibini təyin etmək üçün xüsusi avadanlıqdan istifadə olunur. Şöbə sutka ərzində tam olaraq fəaliyyət göstərir. Klinikanın laboratoriya şöbəsində geniş spektrli kliniki müayinələr aparılır. Qanın ümumi müayinəsi tam avtomat rejimdə işləyən Beckman Coulter (ABŞ) hematoloji analizatorunda aparılır. Müayinəyə hemoqlobin, hematokrit, eritrosit, leykosit, trombosit də daxil olmaqla qanın 20-yə yaxın göstəricisi daxildir. Qanın hər bir parametrini ayrılıqda təyin edərək dinamikanı izləmək mümkündür. Eyni zamanda laboratoriyada periferik qandan götürülmüş yaxmanın mikroskopiyası həyata keçirilir. Retikulositlər təyin edilir. Immunohematoloji müayinələr – qan qrupu və rezus faktorun təyini, qanın ABO sistemi üzrə uyğunluq reaksiyası (Minor və Major Cross Match), Kumbs reaksiyası və s. aparılır. Qanın laxtalanma faktorları – laxtalanma vaxtı, trombin və protrombin vaxtı və protrombin indeksi, fibrinogen, İNR, APTT və s. avtomatik fotometriya metodu vasitəsilə təyin edilir. Sidiyin ümumi analizi Yaponiyanın ARKRAY firmasının istehsalı olan avtomatik analizatorda aparılır. Burada sidiyin fiziki və biokimyəvi göstəriciləri ilə bərabər sidik çöküntüsünün mikroskopik müayinəsi də aparılır. Helmintozların və bağırsaq protozoylarının, mədə-bağırsaq traktında həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır. Uroginekoloji və androloji müayinələrdə geniş istifadə olunan urogenital, prostat vəzi şirəsindən hazırlanmış yaxmaların mikroskopiyası, Kursrok-Miller və Şuvarski sınaqları, spermoqramma, spermada fruktozanın təyini, qanda və spermada antispermal antitellərin təyini və s. müayinələr həyata keçirilir. Sidiyin, nəcisin, bəlğəmin, urogenital və prostat vəzi şirəsindən alınmış yaxmaların, qanın və s. bioloji möhtəviyyatların əkilməsi və 20 –dən artıq antibiotikə qarşı həssaslığının təyin edilməsi mikrobioloji laboratoriyanın əsasını təşkil edir. Bundan əlavə udlaqdan alınmış yaxmada streptokokk A-nın, vaginal yaxmada streptokokk B-in ekspress təyini də aparılır. Klinikamızda sanitar – epidimioloji xidmət adlı bir şöbə də mövcuddur ki, bu da geniş profilli aktiv funksional fəaliyyətli Klinika üçün çox vacibdir.Daimi olaraq klinikanın sanitar-epidimioloji rejimini nəzarətdə saxlamaq bu xidmətin əsas funksiyasıdır. Eyni zamanda requlyar olaraq Klinikanın hər bir işçisi də sağlamlıq kontrollarından keçirlər. Klinikanın enerji təchizatı da bütün standartlara uyğun şəkildə qurulmuşdur. Daimi olaraq elektrik cərəyanının gərginliyini stabilizə edən sistem – UPS qurulmuşdur. Hər hansı bir problem baş verdikdə isə avtomatik olaraq generatorlar işə salınır. Daimi su təchizatı ilə yanaşı, rezerv olaraq çox tonlu rezerv çənlərdən də ehtiyac yarandığı hallarda istifadə edilir. Təhlükəsizlik xidməti 24 saat ərzində Klinikanın təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Əsas təsirləriə aşağıdakılar daxildir:Qastrit: Mədə divarının iltihabına yol açır, nəticədə qarında ağrı, köp və ürəkbul...
28/08/2026

Əsas təsirləriə aşağıdakılar daxildir:
Qastrit: Mədə divarının iltihabına yol açır, nəticədə qarında ağrı, köp və ürəkbulanma müşahidə edilir.
Peptik Xora: Mədə və onikibarmaq bağırsaqda yaraların yaranmasının əsas səbəblərindəndir.
Həzm Pozğunluğu: Acqarına şiddətlənən mədə ağrısı, yanma hissi və tez-tez yaranan iştahsızlıqla özünü büruzə
verir. Mədə Xərçəngi Riski: Uzunmüddətli infeksiya xərçəng riskini artıran genetik dəyişikliklərə və hüceyrə
zədələnməsinə səbəb ola bilər.

Основные последствия включают:
Гастрит: вызывает воспаление слизистой оболочки желудка, приводящее к болям в животе, вздутию и тошноте. Язвенная болезнь желудка: одна из основных причин язв желудка и двенадцатиперстной кишки.
Расстройство пищеварения: проявляется болями в желудке, усиливающимися натощак, ощущением жжения и частой потерей аппетита.
Риск рака желудка: длительная инфекция может вызывать генетические изменения и повреждение
клеток, что повышает риск развития рака.

📞(012) 949
📲(070) 295 09 49

Tibbi tərəfdaşı olduğumuz “Sabah” futbol klubunu möhtəşəm qələbə qazanaraq adını Çempionlar Liqasının əsas liqa mərhələs...
26/08/2026

Tibbi tərəfdaşı olduğumuz “Sabah” futbol klubunu möhtəşəm qələbə qazanaraq adını Çempionlar Liqasının əsas liqa mərhələsinə yazdırması münasibəti ilə təbrik edirik!🇦🇿✨
Növbəti qarşılaşmalarda da möhtəşəm qələbələr qazanması diləyi ilə, uğurlar Sabah!🩷💪🏻

Birinci Vitse Prezident Mehriban Əliyevanı Doğum günü münasibəti ilə təbrik edirik və ona fəaliyyətində uğurlar arzulayı...
26/08/2026

Birinci Vitse Prezident Mehriban Əliyevanı Doğum günü münasibəti ilə təbrik edirik və ona fəaliyyətində uğurlar arzulayırıq!

Mədə sağlamlığımız qidalanmamızdan tutmuş gündəlik fəaliyyətimizə qədər təsir edən amildir. Bəs, mədəmiz danışsaydı bizə...
24/08/2026

Mədə sağlamlığımız qidalanmamızdan tutmuş gündəlik fəaliyyətimizə qədər təsir edən amildir. Bəs, mədəmiz danışsaydı bizə hansı məsləhətləri verərdi?
(012) 949
(070) 295 09 49

Mədə sağlamlığımız qidalanmamızdan tutmuş gündəlik fəaliyyətimizə qədər təsir edən amildir.Bəs, mədəmiz danışsaydı bizə ...
19/08/2026

Mədə sağlamlığımız qidalanmamızdan tutmuş gündəlik fəaliyyətimizə qədər təsir edən amildir.
Bəs, mədəmiz danışsaydı bizə hansı məsləhətləri verərdi?

Здоровье желудка-это фактор, который влияет на все, от нашего питания до
повседневной деятельности.
Итак, какой совет дал бы нам наш желудок, если бы он заговорил?

📞(012) 949
📲(070) 295 09 49

Dəniz və ya hovuzlarda istirahət edən insanların sayı yay aylarındaəhəmiyyətli dərəcədə artır.Lakin,gigiyenasına diqqət ...
12/08/2026

Dəniz və ya hovuzlarda istirahət edən insanların sayı yay aylarında
əhəmiyyətli dərəcədə artır.Lakin,gigiyenasına diqqət edilməmiş sularda
mikroorqanizmlər infeksiyalara yol aça bilər.

В летние месяцы значительно увеличивается число людей,
отдыхающих на море или в бассейнах. Однако микроорганизмы в
негигиеничной воде могут вызывать инфекции.

📞(012) 949
📲(070) 295 09 49

Statistik məlumatlar göstərir ki, ölkəmizdə əhaliarasında ən çox rast gəlinən xəstəliklərdən biri dəməhz duodenitdir.⠀(0...
10/08/2026

Statistik məlumatlar göstərir ki, ölkəmizdə əhali
arasında ən çox rast gəlinən xəstəliklərdən biri də
məhz duodenitdir.

(012) 949
(070) 295 09 49

Diz oynaqlarının endoprotezləşməsi (diz artroplastikası) — zədələnmiş və ya aşınmış oynaq qığırdağınınmetal, keramika və...
05/08/2026

Diz oynaqlarının endoprotezləşməsi (diz artroplastikası) — zədələnmiş və ya aşınmış oynaq qığırdağının
metal, keramika və xüsusi plastik materiallardan hazırlanan süni protezlə əvəz edilməsi prosedurudur. Bu cərrahi
əməliyyat xroniki ağrıları aradan qaldırmaq və oynağın itirilmiş hərəkət funksiyasını bərpa etmək üçün tətbiq
olunur.
Əməliyyat ümumiyyətlə aşağıdakı hallarda tövsiyə edilir:
Dərmanlar, fizioterapiya və inyeksiyalar kimi bütün konservativ müalicələr effektsiz olduqda
Şiddətli qonartroz (diz oynağının duzlaşması və ya artrozu) nəticəsində qığırdağın tamamilə aşınması
Yeriməkdə çətinlik və şiddətli ağrılar səbəbindən həyat keyfiyyətinin ciddi şəkildə pisləşməsi
(012) 949
(070) 295 09 49

Təzyiqin yuxarı olması yalnız ürək-damar vəbeyin mənşəli deyil, həmçinin dəböyrək mənşəli ola bilər.Böyrəklərimizdə prob...
29/07/2026

Təzyiqin yuxarı olması yalnız ürək-damar vəbeyin mənşəli deyil, həmçinin də
böyrək mənşəli ola bilər.
Böyrəklərimizdə problem olduğu zaman bədənimizdə duz və su balansı pozularaq
təzyiqin yüksəlməsinə səbəb olur.
Повышенное давление может иметь не только сердечно-сосудистое, но и
почечное происхождение.
Когда у нас проблемы с почками, в нашем организме нарушается солевой и
водный баланс, что приводит к повышению артериального давления.
(012) 949
(070) 295 09 49

Address

Babek Avenue, 85
Baku
AZ1119

Alerts

Be the first to know and let us send you an email when MODERN HOSPITAL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MODERN HOSPITAL:

Shortcuts

Share

Category