AZERA Holding

AZERA Holding AZERA - Dünyaya səslənən Azərbaycan Erası!

Azera Holdinqə daxil olan Binə Aqro, Agroland və Fruitland şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab...
12/08/2026

Azera Holdinqə daxil olan Binə Aqro, Agroland və Fruitland şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan əmək yarmarkasında iştirak edib. Yarmarka çərçivəsində holdinqin stendini ziyarət edən vətəndaşlara şirkətlərin fəaliyyət istiqamətləri və mövcud vakansiyalar barədə ətraflı məlumat verilib. Ümumilikdə 100-ə yaxın müraciət qəbul olunub, 50-dən çox namizəd qiymətləndirilmə üçün qeydə alınıb.

01/08/2026

Azera Holdinqə daxil olan Agrolid şirkətinin meyvə bağlarında yetişdirilən əriklər müasir suvarma sistemi ilə yetişdirilir.

Təbiiliyi və yüksək keyfiyyəti ilə seçilən məhsulların yetişdirilməsi prosesinin hər mərhələsində müasir yanaşmalar tətbiq edilir. Məhsulun yetişdirilməsindən yığımına qədər hər mərhələdə keyfiyyətə və təbiiliyə xüsusi diqqət yetirilir.

31/07/2026

Azera Holdinqə daxil olan Agrolid şirkətinin Qarabağ ərazisində yerləşən meyvə bağlarında yetişdirilən gavalılar artıq satışa təqdim olunub.

Məhsullar yığım prosesinin tamamlanmasının ardından satışa çıxarılıb və mövsüm ərzində istehlakçılara təqdim olunacaq. Münbit torpaqlarda yetişən bu məhsullar yerli kənd təsərrüfatının inkişafına verilən töhfənin növbəti nümunəsidir.

30/07/2026

Azera Holdinqə daxil olan Agrolid və Kraun Ko-R şirkətlərinin Xocalı, Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd rayonlarında yerləşən əkin sahələrində buğda və arpa biçini prosesi uğurla başa çatdı.

Xidməti olan hər kəsə təşəkkür edirik.

🖋️ 22 İyul – Milli Mətbuat Günüdür. İctimaiyyətin doğru və etibarlı informasiya ilə təmin olunmasına töhfə verən bütün m...
21/07/2026

🖋️ 22 İyul – Milli Mətbuat Günüdür.

İctimaiyyətin doğru və etibarlı informasiya ilə təmin olunmasına töhfə verən bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayırıq.

10/07/2026

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası istiqamətində həyata keçirilən layihələr uğurla davam edir. Azera Holdinqin tərkibində fəaliyyət göstərən Agro Lid MMC-nin Xocavənd rayonu ərazisində salınan müasir intensiv meyvə bağları ölkənin aparıcı media orqanlarında geniş işıqlandırılıb.

08/07/2026

ALZA Fish MMC Mingəçevir ərazisində, Kür çayı hövzəsində balıqçılıq təsərrüfatının inkişafında yeni mərhələyə keçir.

25/06/2026

26 İyun — Silahlı Qüvvələr Günümüz mübarək! Bu torpağın hər qarışını canından əziz bilən, onu gözbəbəyi tək qoruyan qalib əsgərlərimizə dərin hörmət və ehtiramımızı bildiririk!

Dövlət rəsmiləri Xocalıda yerləşən “Agro Lid” MMC-nin intensiv meyvə bağlarını ziyarət ediblər.Görüş zamanı şirkətin rəh...
19/06/2026

Dövlət rəsmiləri Xocalıda yerləşən “Agro Lid” MMC-nin intensiv meyvə bağlarını ziyarət ediblər.

Görüş zamanı şirkətin rəhbəri Xəqani Məmmədov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kənd təsərrüfatı layihələri, bağçılıq sahəsində görülən işlər və gələcək inkişaf planları barədə ətraflı məlumat təqdim edib.

Qeyd olunub ki, “Agro Lid” MMC 2021-ci ildən Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında fəaliyyətə başlayıb, 2023-cü ildən Xocalı və Xocavənd rayonlarında intensiv meyvə bağlarının salınması və meyvə məhsullarının istehsalı sahəsində bir sıra layihələr həyata keçirir. Hazırda işğaldan azad olunmuş ərazilərdə 200 ha yeni müasir intensiv meyvə bağları salındığı, növbəti il ərzində əlavə 1000 ha ərazidə yeni meyvə bağlarının yaradılacağı diqqətə çatdırılıb.

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Sağlamlığımızın keşiyində fədakarlıqla dayanan bütün tibb işçilərini tə...
17/06/2026

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Sağlamlığımızın keşiyində fədakarlıqla dayanan bütün tibb işçilərini təbrik edirik. Peşə bayramınız mübarək!

Address

12 Alaskar Gaibov
Baku
1122

Alerts

Be the first to know and let us send you an email when AZERA Holding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AZERA Holding:

Shortcuts

Share