MemorialHospital.az

Call Directions

MemorialHospital.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MemorialHospital.az, Medical Lab, A. M. Cümə küç. 46E, Baku.

Mavi rəngimiz milli kimliyimiz, qırmızı rəngimiz müasirliyə və inkişafa doğru iradəmiz, yaşıl rəngimiz isə mənəvi dəyərl...
08/11/2026

Mavi rəngimiz milli kimliyimiz, qırmızı rəngimiz müasirliyə və inkişafa doğru iradəmiz, yaşıl rəngimiz isə mənəvi dəyərlərimiz və mədəni irsimizdir.
Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və azadlıq eşqimizin rəmzidir. O, Vətənimizin səmasında dalğalandıqca qəlbimiz qürurla döyünür, gələcəyə inamımız daha da güclənir.
Bayrağımız daim ucalarda dalğalansın, müstəqilliyimiz əbədi olsun!
Dövlət Bayrağı Günümüz mübarək!

8 Noyabr — xalqımızın birliyinin, əzminin və sarsılmaz iradəsinin təntənəsi!Bu şanlı Zəfər Vətən torpağı uğrunda mübariz...
07/11/2026

8 Noyabr — xalqımızın birliyinin, əzminin və sarsılmaz iradəsinin təntənəsi!
Bu şanlı Zəfər Vətən torpağı uğrunda mübarizə aparan qəhrəmanlarımızın fədakarlığının, şəhidlərimizin müqəddəs xatirəsinin və qazilərimizin şücaətinin tarixə yazılmış təcəssümüdür.
Bu gün azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və sonsuz sevinc doğurur.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, xalqımızı Zəfər Günü münasibətilə təbrik edirik! Zəfərimiz daim, bütövlüyümüz əbədi olsun!

Fruktozamin a**lizi təxminən son 2–3 həftə ərzində qanda orta qlükoza səviyyəsi haqqında məlumat verir.Amma nəticəni şər...
07/11/2026

Fruktozamin a**lizi təxminən son 2–3 həftə ərzində qanda orta qlükoza səviyyəsi haqqında məlumat verir.
Amma nəticəni şərh edərkən bir məqamı nəzərə almaq lazımdır. Fruktozamin miqdarı albumin və digər serum zülallarının səviyyəsindən asılı olaraq dəyişə bilər. Çünki fruktozamin qanda olan zülallara, əsasən albuminə bağlanmış qlükozanın miqdarını əks etdirir.
Bu səbəbdən:
🔹 Albumin səviyyəsinin azalması
🔹 Ümumi zülal dəyişiklikləri
🔹 Zülal mübadiləsinə təsir edən bəzi vəziyyətlər
fruktozamin müayinəsinin nəticəsinə təsir göstərə bilər.

Uşağa laktat a**lizi yazılıbsa, bu, valideyni narahat edə bilər. Bəs bu a**liz niyə istənilir?Laktat yalnız fiziki aktiv...
05/11/2026

Uşağa laktat a**lizi yazılıbsa, bu, valideyni narahat edə bilər. Bəs bu a**liz niyə istənilir?
Laktat yalnız fiziki aktivlikdən sonra yüksələn göstərici deyil. Laktat testi pediatriyada bəzi metabolik və enerji mübadiləsi pozğunluqlarının araşdırılması zamanı həkim üçün vacib diaqnostik məlumat verə bilər.

Analiz siyahısını görüb heç belə düşünmüsünüz? “Bu a**lizlərin hamısı həqiqətən lazımdırmı?” “Həkim niyə bu qədər a**liz...
04/11/2026

Analiz siyahısını görüb heç belə düşünmüsünüz? “Bu a**lizlərin hamısı həqiqətən lazımdırmı?” “Həkim niyə bu qədər a**liz yazıb?”
Əslində a**lizlərin hamısının məqsədi xəstəliyi tapmaq deyil. Bəzi a**lizlər həkimə müəyyən xəstəliyi və ya vəziyyəti istisna etməyə kömək edir. Məsələn, pasiyentdə müəyyən simptomlar var, amma onların səbəbi bir neçə fərqli xəstəlik ola bilər. Həkim bəzi a**lizləri məhz bu ehtimallardan birini inkar etmək üçün təyin edə bilər.
Bu halda nəticənin neqativ və ya normal çıxması - “Analiz boş yerə verildi” demək deyil. Əksinə: “Bu ehtimalı dəstəkləyən laborator sübut yoxdur” məlumatını verir.
Həkim a**liz nəticələrini simptomlar, müayinə və digər məlumatlarla birlikdə qiymətləndirərək növbəti addımı müəyyən edir. Çünki laborator diaqnostikada bəzən cavabın özü qədər, hansı ehtimalın istisna edildiyi də önəmlidir.
Analiz — sadəcə rəqəm deyil. Həkimin klinik qərarına kömək edən məlumatdır.

Qaraciyərin fəaliyyəti pozulduqda proses yalnız ALT və AST artımı ilə məhdudlaşmır. Zamanla qaraciyər toxumasında fibroz...
02/11/2026

Qaraciyərin fəaliyyəti pozulduqda proses yalnız ALT və AST artımı ilə məhdudlaşmır. Zamanla qaraciyər toxumasında fibroz, yəni çapıqlaşma inkişaf edə bilər.
Bəs bu prosesi necə qiymətləndirmək olar?
Hialuron turşusu (HA) qaraciyərdə birləşdirici toxuma və hüceyrəxarici matriksin formalaşmasını təmin edən biomarkerlərdən biridir. Fibroz prosesi aktivləşdikdə HA-nın parçalanması və xaric olunması dəyişə, nəticədə qandakı səviyyəsi arta bilər.
Bu səbəbdən HA:
🔹 qaraciyərdə fibroz prosesinin qiymətləndirilməsində,
🔹 fibrozun dinamikasının izlənilməsində,
🔹 digər klinik və laborator göstəricilərlə birlikdə qaraciyər fibrozunun qeyri-invaziv qiymətləndirilməsində istifadə oluna bilər.
Qaraciyər fibrozu bəzən simptomsuz gedişə malik olur.
HA qaraciyər fibrozunun erkən və orta mərhələlərinin qiymətləndirilməsində həssas seroloji biomarkerdir və laborator təyini prosesi erkən mərhələdə aşkarlamağa kömək edə bilər. Lakin HA nəticəsi təkbaşına “fibroz var” və ya “fibroz yoxdur” demək üçün kifayət deyil. Diaqnozun yekun təyini və qaraciyərdəki fibroz dəyişiklikləri kompleks şəkildə qiymətləndirmək üçün qaraciyər fermentləri, USM/elastoqrafiya, HA ilə birgə digər fibroz markerlər (Laminin + Kollagen tip IV + PIIINP) və klinik məlumatlar birgə dəyərləndirilməlidir.

30/10/2026
Yatağa uzanırsınız, amma ayaqlarınızı hərəkət etdirmək ehtiyacı hiss edirsiniz?Ayaqlarda:• xoşagəlməz dartılma və ya nar...
29/10/2026

Yatağa uzanırsınız, amma ayaqlarınızı hərəkət etdirmək ehtiyacı hiss edirsiniz?
Ayaqlarda:
• xoşagəlməz dartılma və ya narahatlıq
• iynələnmə, qaşınma hissi
• ayaqları tərpətmək üçün güclü istək
ən əsası, bu hisslərin istirahətdə və xüsusilə gecə saatlarında artması sizə tanışdır?
Belə hisslər hər zaman yorğunluqla əlaqəli olmayıb, orqanizmdə dəmir çatışmazlığına və ya dəmirin mübadilə pozğunluğuna bağlı ola bilər.
Bu vəziyyət narahat ayaqlar sindromu adlanır.
Belə şikayətləri olan pasiyentlərdə dəmir statusunun qiymətləndirilməsi vacibdir.
Ferritin bu qiymətləndirmədə əsas laborator göstəricilərdən biri olub, ehtiyac yarandıqda digər dəmir mübadiləsi göstəriciləri ilə birgə araşdırılır.
Nəzərə almaq lazımdır ki, bu şikayətlər nevroloji və ya digər vəziyyətlərlə də əlaqəli ola bilər.
Əgər gecələr ayaqlarınızı hərəkət etdirmədən rahatlaşa bilmirsinizsə, şikayəti sadəcə “yorğunluq” kimi qəbul etməyin.
Bəzən yuxunuzu pozan səbəb ayaqlarınızın özündən yox, dəmir ehtiyatlarınızın azlığından qaynaqlanır.

Heç düşünmüsünüzmü ki, laborator testin  icrasına məhdudiyyətlər tətbiq edilə bilər?Analiz nəticəsi yalnız laboratoriyan...
28/10/2026

Heç düşünmüsünüzmü ki, laborator testin icrasına məhdudiyyətlər tətbiq edilə bilər?
Analiz nəticəsi yalnız laboratoriyanın işi ilə bağlı deyil. Nəticəyə a**lizdən əvvəl, a**liz zamanı və hətta a**lizdən sonra müxtəlif amillər təsir göstərə bilər.
Məsələn:
“Acqarına gəlmişdim, amma səhər idman etmişdim.”
İntensiv fiziki fəaliyyət bəzi laborator göstəriciləri dəyişə bilər.
“Analizdən əvvəl vitamin və dərmanlarımı qəbul etdim.”
Bəzi dərmanlar və bioloji aktiv əlavələr müəyyən testlərin nəticəsinə təsir göstərə bilər.
“Xəstə idim, amma a**liz verdim.”
Kəskin infeksiya və digər müvəqqəti vəziyyətlər bəzi göstəricilərdə dəyişiklik yarada bilər.
“Nəticəm normaldır, amma şikayətim davam edir.”
Normal nəticə hər zaman xəstəliyin tam istisna edilməsi demək deyil.
“Nəticəm yüksək çıxdı. Deməli, xəstəyəm?”
Yüksək nəticə də həmişə konkret xəstəlik demək deyil. Bəzən əlavə müayinə və ya testin təkrar edilməsi lazım gəlir.
Laborator a**lizlər düzgün diaqnostika və müalicə prosesinin çox mühüm hissəsidir. Sadəcə bir nəticəni bütün klinik mənzərədən ayrı qiymətləndirmək olmaz.
Analizin nəticəsi: pasiyentin şikayətləri + anamnez + müayinə + laborator və instrumental nəticələr birlikdə dəyərləndirildikdə daha düzgün məna qazanır.
Ona görə a**liz cavabını yalnız “normal” və ya “yüksək” kimi oxumayın.
Əsas sual budur: “Bu nəticə mənim vəziyyətimdə nə deməkdir?”

Qurd invaziyası sadəcə qarın ağrısı deyil.Uşaqda parazit infeksiyası olduqda diqqət yalnız qarın ağrısı və ya a**l qaşın...
27/10/2026

Qurd invaziyası sadəcə qarın ağrısı deyil.
Uşaqda parazit infeksiyası olduqda diqqət yalnız qarın ağrısı və ya a**l qaşınmaya yönəlməməlidir.
Bəzi qurd invaziyaları uzun müddət davam etdikdə azyaşlının qidalanmasına, qan göstəricilərinə, hətta fiziki inkişafına da təsir göstərir.
1. Qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsi pozulur.
Bəzi parazitlər bağırsaqda qida maddələrinin mənimsənilməsinə və ya istifadəsinə təsir göstərdiyinə görə iştahasızlıq, çəki artımının zəifləməsi, müxtəlif mineralların əskikliyi yaranır.
2. Dəmir çatışmazlığı və anemiya
Xüsusilə qan itkisinə səbəb olan bəzi parazitlər uzunmüddətli proseslər zamanı dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər. Bu zaman halsızlıq, dəridə və selikli qişalarda solğunluq, tez yorulma, diqqətin azalması müşahidə olunur.
3. Böyümə və inkişaf ləngiyə bilər
Uzunmüddətli və ağır parazit infeksiyalarında kifayət qədər qidalanmamaq çəki və boy artımına təsir göstərə bilər.
4. Yuxu və gündəlik həyat fəaliyyəti pozula bilər
Xüsusilə enterobioz zamanı gecə saatlarında güclənən qaşınma uşağın yuxusunu pozur. Yuxusuzluq isə gündüz yorğunluq və diqqət dağınıqlığına səbəb ola bilər.
5. Həzm sistemi ilə bağlı problemlər yarana bilər
Qarın ağrısı, köp, ürəkbulanma, ishal, qəbizlik kimi şikayətlər ortaya çıxır.
6. Nadir hallarda daha ciddi fəsadlara da rast gəlinir.
Ağır invaziyalarda bəzi parazitlər bağırsaq keçməməzliyinə və ya öd yollarının tutulmasına səbəb ola bilər.
Bəs uşağın qurd infeksiyası olduğunu necə müəyyən etmək olar?
Parazitin növündən və klinik vəziyyətdən asılı olaraq həkim nəcis müayinəsi, peria**l yaxma və digər laborator müayinələr təyin edə bilər.

Address

A. M. Cümə Küç. 46E
Baku
AZ1033

Telephone

+994122101050

Website

Alerts

Be the first to know and let us send you an email when MemorialHospital.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby clinics