Ege Hospital

Call Directions Website Contact the practice

Ege Hospital Sağlamlığınız güvənli əllərdə!

17/11/2026

16/11/2026

Ege Hospitalda “360 Dərəcə Analıq Məktəbi-1” tədbiri keçirildi

Gələcək anaların hamiləlik və doğuş prosesinə daha məlumatlı, hazırlıqlı və güvənli yanaşmasına dəstək olmaq məqsədilə Ege Hospitalda “360 Dərəcə Analıq Məktəbi -1” adlı maarifləndirici tədbir keçirildi. Hospitalımızın ginekoloqu Uzm. Dr. Şəlalə Məmmədovanın rəhbərliyi ilə baş tutan görüşdə ana və körpə sağlamlığını əhatə edən müxtəlif mövzularda mütəxəssis tövsiyələri səsləndirildi. Tədbir çərçivəsində:

-Ginekoloq Uzm. Dr. Şəlalə Məmmədova “Hamiləlikdə orqanizmdə nə baş verir və hansı testlər önəmlidir?” və “Keysəriyyə, yoxsa normal doğuş? Kimə hansı doğuş üsulu uyğundur?” mövzularında çıxış edərək gələcək anaları hamiləlik dövründə baş verən dəyişikliklər, vacib müayinələr və doğuş üsulları barədə məlumatlandırdı.
-Pediatr Uzm. Dr. Emil Nuriyev körpə sağlamlığı və yenidoğulmuşlara qulluq haqqında;
-Psixiatr Uzm. Dr. Vüsal Əliyev ananın psixoloji hazırlığı və atanın hamiləlik boyu rolu haqqında;
-Dietoloq Aygün Abdullayeva hamiləlik dövründə düzgün və balanslı qidalanma barədə;
-Həkim-ana bloqqer Aygün Yaqublu analıq təcrübəsi və gündəlik həyatla bağlı;
-İxtisaslaşmış mama Samirə Rzayeva isə doğuşa hazırlıq və ana qayğısı haqqında öz tövsiyələrini iştirakçılarla bölüşdülər. Görüş iştirakçıların suallarının cavablandırılması, mütəxəssislərlə fikir mübadiləsi və faydalı məlumatların paylaşılması ilə davam etdi. Tədbirin sonunda gələcək analara xoş xatirə olaraq hədiyyələr təqdim olundu və görüş səmimi, xoş atmosferdə yekunlaşdı.
Ege Hospital olaraq ana və körpə sağlamlığının qorunması, ailələrin maarifləndirilməsi və sağlam gələcəyə dəstək olmaq üçün yanınızdayıq. 💒

📞 Tel: 1117 ; 012 599 1117, 050 299 1117
📍 Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

A vitamini çatışmazlığı (dəridə quruluq, saçların qırılması, axşamlar görmənin zəifləməsi, yaraların gec sağalması və s....
16/11/2026

A vitamini çatışmazlığı (dəridə quruluq, saçların qırılması, axşamlar görmənin zəifləməsi, yaraların gec sağalması və s.)

B qrup vitaminlərin çatışmazlığı (yorğunluq, iştahsızlıq, əsəbilik, yuxusuzluq, dodaqda və dildə çatlar, dəri və saçların quruması, dildə yanma hissi, sinir ağrıları və s.)

C vitamini çatışmazlığı (iştahsızlıq, diş əti və damaqda qanamalar, dərialtı ləkələr, tez-tez xəstələnmə və s.)

D vitamin çatışmazlığı (sümük və əzələ ağrıları, yorğunluq, halsızlıq, depressiya və s.)

E vitamin çatışmazlığı (dəri quruluğu, zəiflik, cinsi problemlər)

K vitamini çatışmazlığı (yaraların gec sağalması, qanamaların gec dayanması, diş əti, burun qanamalarına meyillilik və s.)

Bu əlamətlər vitamin çatışmazlığından xəbər verə bilər. Həkim təyinatı olmadan özbaşına vitamin qəbul etməyin. Bəzi vitaminlərin normadan artıq qəbulu (hipervitaminoz) daha ciddi problemlər yarada bilər.

📞 Tel: 1117 ; 012 599 1117, 050 299 1117
📍 Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

Diabet dünyada milyonlarla insanı əhatə edən, vaxtında diaqnoz qoyulmadıqda ürək-damar sistemi, böyrəklər, gözlər və sin...
14/11/2026

Diabet dünyada milyonlarla insanı əhatə edən, vaxtında diaqnoz qoyulmadıqda ürək-damar sistemi, böyrəklər, gözlər və sinir sistemində ciddi ağırlaşmalara səbəb ola bilən xroniki xəstəlikdir.

Diabetin erkən aşkarlanması və düzgün idarə olunması üçün:
🔹 Qanda şəkərin səviyyəsini mütəmadi yoxlayın.
🔹 Sağlam və balanslaşdırılmış qidalanmaya üstünlük verin.
🔹 Fiziki aktivliyi gündəlik həyatınızın bir hissəsinə çevirin.
🔹 Artıq çəkidən və zərərli vərdişlərdən uzaq durun.
🔹 Profilaktik müayinələri gecikdirməyin.

Unutmayın! Erkən diaqnostika və düzgün müalicə diabetlə bağlı ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır.

📞 Tel: 1117 ; 012 599 1117, 050 299 1117
📍 Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

13/11/2026

Hospitalımızın ginekoloqu Uzman Dr. Şəlalə Məmmədova "Hamiləsiniz və güclü baş ağrılarınız var?" sualına cavab verir. Mövzu ilə əlaqədar suallarınız olarsa, şərh bölməsində qeyd edin.

📞 Tel: 1117 ; 012 599 1117, 050 299 1117
📍 Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

12/11/2026

Hospitalımızın Tibbi Onkoloqu, Uzman Dr. Nigar Rüstəmova Cənnət Azərbaycan Tibb Universitetinin (2007-2013) məzunudur. Daha sonra Acıbadem Mehmet Ali Aydınlar Universitetində Daxili xəstəliklər üzrə uzmanlıq (2014-2019) və Gazi Üniversiteti Xəstəxanasında (2020-2025) Tibbi Onkologiya üzrə Yandal Uzmanlıq dərəcəsi almışdır. Əlavə olaraq ABŞ, Baltimoredə Johns Hopkins Hospitalda Daxili xəstəliklər üzrə ixtisaslaşmışdır. Bir çox yerli və beynəlxalq konfranslarda iştirakçı və məruzəçi kimi iştirak etmişdir. Türkiyədə bir neçə tibb müəssisələrində çalışmış Tibbi Onkoloq Uzman Dr. Nigar Rüstəmova Cənnət hazırda Ege Hospitalda fəaliyyət göstərir.

📞 Tel: 1117; 012 599 1117; 050 299 1117
📍 Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

Ege Hospitalın nümayəndələri 20-ci Azərbaycan–Alman Tibb Günlərində iştirak ediblər7–8 noyabr tarixlərində Almaniyanın B...
11/11/2026

Ege Hospitalın nümayəndələri 20-ci Azərbaycan–Alman Tibb Günlərində iştirak ediblər

7–8 noyabr tarixlərində Almaniyanın Berlin şəhərində 8 Noyabr – Zəfər Gününə və Azərbaycan Almaniya arasında tibb sahəsində əməkdaşlığın 20-ci ildönümünə həsr olunmuş 20-ci Azərbaycan–Alman Tibb Günləri konfransı keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan və Almaniyada fəaliyyət göstərən 200-dək tibb işçisi iştirak edərək tibbin müxtəlif istiqamətləri üzrə fikir və təcrübə mübadiləsi aparıblar. Konfransda Ege Hospitalın Müşahidə Şurasının sədri Dr. Barat Yusubov və xəstəxananın ümumi cərrahı Dr. Ayxan Abbasov da iştirak ediblər. Səfər çərçivəsində həkimlər Almaniyada fəaliyyət göstərən robotik cərrahiyyə mərkəzlərinin işi ilə tanış olub, müasir cərrahi texnologiyaların tətbiqi və bu sahədə qabaqcıl təcrübəni yaxından öyrəniblər.
Bu cür beynəlxalq görüşlər tibbi biliklərin paylaşılması, yeni texnologiyaların öyrənilməsi və Azərbaycan Almaniya arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

📞 Tel: 1117 ; 012 599 1117, 050 299 1117
📍 Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

Address

Ak. Həsən Əliyev Küç. 38
Baku
1078

Telephone

1117

Alerts

Be the first to know and let us send you an email when Ege Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ege Hospital:

Shortcuts

Share

Category

Nearby clinics